MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ARASINDAKI ƏLAQƏ VƏ MÜXTƏLİFLİKLƏR
M&Q hər bir layihə və ya proqramın tərkib hissəsi hesab olunur. M&Q donor tərəfindən məcburi şəkildə təyin olunmuş nəzarət aləti və ya hər hansı bir layihə və proqramın ikinci dərəcəli seçimi deyildir. M&Q bütün maraqlı tərəflər arasında inkişaf və gedişat prosesi üzrə dialoq kimi başa düşülür.
Ümumiyyətlə, monitorinq qiymətləndirmənin ayrılmaz hissəsidir. Qiymətləndirmə zamanı əvvəlki monitorinq proseslərindən əldə olunmuş məlumat layihə və ya proqramın necə inkişaf etdiyini və dəyişikliklərin təşviqi yollarını anlamaq üçün istifadə olunur.
Monitorinq və qiymətləndirmə bir-birini tamamlayır. Nəticə və prosesin əsas götürüldüyü monitorinqdən fərqli olaraq, qiymətləndirmə nəticə (məsələn, təşkilatın gücləndirilmiş potensialı), effekt (məsələn, yaxşılaşdırılmış xidmətlər/məhsullar) və təsir (məsələn, sonuncu hədəf qrup üçün yaşayış səviyyəsinin yaxşılaşdırılması) arasında əlaqələrə çıxışı təmin etmək üçün istifadə olunur.
Monitorinq və qiymətləndirmə qarşılıqlı təsirə malikdir. Monitorinq məlumatları zəruri olsa da, daha ciddi qiymətləndirmənin aparılması üçün yetərli daxili resurs hesab edilmir. Monitorinq məlumatları cari idarəetmə məqsədləri üçün toplana və istifadə oluna bilərsə, bu cür növ məlumatdan asılılıq pozuntu hallarına yol aça bilər, çünki o adətən proqram və ya layihə fəaliyyətlərinin müəyyən ölçülərini əhatə edir və bu səbəbdən gözlənilməyən davranış meyllərinin qarşısını almaq üçün bu məlumatların istifadəsinə diqqətlə yanaşmaq lazımdır. Buna qarşılıq, qiymətləndirmə fəaliyyətin daha balanslı təfsirini təminetmə potensialına malikdir.
Monitorinq və Qiymətləndirmə arasındakı fərq:
Dostları ilə paylaş: |