Mühazirə materialları Bakı 2019 Mövzu 1


Layihə və Layihə Menecmenti anlayışları



Yüklə 0,73 Mb.
səhifə3/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   98
LM muhazire materiallari

Layihə və Layihə Menecmenti anlayışları


«Layihə» hər hansı miqyaslı bir tədbirin planlaşdırılması və həyata keçirilməsi kimi qəbul edilir, «layihələrin idərə edilməsi» isə bu proseslərin idarə edilməsinə deyilir. Layihə hər hansı bir nəticə əldə edilməsini deyil, məhz bu proseslərin uğurla idarə olunmasını nəzərdə tutur, çünki layihənin uğurla başa çatması onun düzgün idarə edilməsindən asılıdır. Layihə yerinə yetirilərkən hər bir aralıq mərhələdə görülən işlərin gedişi və nəticələr yoxlanılmalı və son məhsulun keyfiyyəti qiymətləndirilməlidir. İstənilən layihə «nəyisə dəyişmək» ideyasından başlayır. İnsanın fəaliyyət göstərdiyi istənilən sahədə - elmdə, incəsənətdə, istehsalatda, məişətdə və s. ətraf mühitimizi dəyişmək ideyası mövcuddur. Bu dəyişiklik qlobal dəyişikliklərdən başlayaraq zavodlarda yenidənqurma və daha sonra məişət əşyalarının alınması sahəsinə kimi əhətə edə bilər. Bu səbəbdan deyilir ki, layihələr dünyasının sərhədi yoxdur. Tədqiqat layihəsi, istehsalat ilə bağlı layihə, təhsil, səhiyyə, informasiya texnologiyaları, maliyyə, mədəniyyət və investisiya fəaliyyəti ilə bağlı layihələrin olması buna sübutdur. Layihənin daxilində yerinə yetirilən işlərin

həcmindən asılı olaraq onun üçün müvafiq idarəetmə sistemləri yaradılır. Layihələr onlarla, yüzlərlə və minlərlə parametrlərlə xarakterizə oluna bilər. Ona görə də iri layihəni idarə etmək hətta bir neçə insanın imkanları daxilində deyildir. Belə layihələri idarə etmək üçün yeni informasiya texnologiyalarından istifadə etmaklə bir neçə qrup mütəxəssislər işə cəlb olunurlar, layihə ofisi yaradılır. Üç parametr: vaxt, büdcə və keyfiyyət rəhbərlərin həmişə diqqət mərkəzində olmalıdır. Layihəni vaxtında bitirməyəndə onun icra müddəti uzanır, icra müddəti uzandıqca ona çəkilən xərc artır. Layihələrin idarə edilməsi zamanı mahz bu üç parametrlərin paylaşdırılması elə olmalıdır ki, hər hansı bir layihə vaxtında, keyfiyyətli və büdcə müqabilində yerinə yetirilsin. Fənnin tədrisində layihələrin idarə olunması ilə bağlı aşağıdakı məsələlər izah olunur. Əvvəlcə layihələrə verilən təriflər, layihəni səciyyələndirən əlamətlər, layihənin növləri və təsnifatı layihənin mühiti və iştirakçıları, layihənin məqsədi, strukturu və həyat dövrü kimi məsələlər araşdırılır. Eyni zamanda layihəni səciyyələndirən on əlamətin hər biri ayrı-ayrılıqda izah edilir və layihələrə təsir edən qüvvələrin qrafik təsviri göstərilir. Daha sonra layihələrin idarə edilməsi prosesi və zərurəti, layihələrin idarə edilməsindən faydalanan tərəflər və layihələrin intellektual idarəetmə sistemləri ilə bağlı mövzuların tədrisi nəzərdə tutulur. Layihələrin idarə edilməsinin Qərb modeli, layihələrin idarə edilməsi üzrə Avropa və Amerika beynəlxalq təşkilatları haqqında, keçmişin və bu günün müsbət tendensiyalarının təhlilləri haqqında məsələlər açıqlanır. Layihənin təşkilatı strukturlarının yaradılması prinsipləri və təşkilati strukturların növləri, layihə komandasının üzvlərinin bilik və təcrüblərinin beynəlxalq standartlar əsasinda qurulması prinsiplərinə baxılır. Eyni zamanda Yapon sahibkarının idarəetmə üslubu nəticəsində yüksək nəticələrin əldə edilməsi nümunə kimi və bir model kimi göstərilir. Layihələrin idarə edilməsində yaranmış münaqişələrin növləri, layihə rəhbərinin münaqişələrdə rolu, münaqişələrin nəticələri,

münaqişənin digər işlərə təsiri və onun idarə edilməsi modelləri kimi mövzular izah edilir.

Keyfiyyətin idarə edilməsi, keyfiyyətin idarə edilməsində layihə rəhbərinin rolu və apardığı siyasəti, onun bu istiqamətdə strategiyasi, keyfiyyət sistemi və bu sistemə olan tələblər araşdırılır. Keyfiyyət sisteminə və siyasətinə olan tələblərin nümunələri verilir. Layihələrin idarə edilməsində biliklər modeli, texnologiyası və biliyin transfer edilməsi mexanizmi, layihələrin idarə edilməsinin melodologiyasının konseptual modeli açıqlanır və izah edilir. Layihə ofisinin yaradılması, onun idarə edilməsi, treninqlərin keçirilmə standartları, təşkilatın layihə menecerləri ilə təmin edilməsi və digər məsələlər haqqında məlumatlar verilir. Layihə daha geniş, daha da məzmunlu və mürəkkəb bir sistemdir. Onun dəqiq və yeganə tərifi yoxdur. Hər bir alim hər bir mütəxəssis layihəyə öz düşüncələri çərçivəsində tərif verir. Əvvəlcə layihələrə verilən təriflər, layihəni səciyyələndirən əlamətlər, layihənin növləri və təsnifatı, layihənin mühiti və iştirakçıları , layihənin məqsədi və strukturu və həyat dövrü kimi məsələləri, layihəni səciyyələndirən on əlaməti və layihələrə təsir edən qüvvələrin qrafik təsvirini öyrənək. İctimai yaşayış binalarının inşası, sənaye obyektlərinin tikilməsi, kompüter sistemləri üçün proqram təminatının yaradılması, yeni texnologiyanın və texnikanin kəşfi, yeni müəssisənin açılması, kino və filmlərin çəkilişi, vergi sisteminin dəyişdirilməsi və bu kimi digər dəyişiklər layihə xarakterli tədbirlər adlanır. Bu tədbirlər ilə layihə arasında fərq nədən ibarətdir? Layihə nə deməkdir?

Layihələrə aşağıdakı kimi təriflər verilir:

Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu LAYİHƏ adlanır.



LAYİHƏ - insanlar, materiallar və maliyyə resurslarının cəmləşdirilib məhdud vaxt və büdcə şəraitində nadir işlər toplusunu yerinə yetirmək

üçün təşkil edilmiş hərəkətlər çoxluğudur. Layihələr müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri aparmaqla yerinə yetirilir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin