Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə72/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#126641
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   83
az dili

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Nitq ünsiyyətinin növləri və formaları.

Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Dil və nitq arasında əlaqə obyektiv zərurətdir, çünki dil öz varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmazsa dil, dil olmazsa nitq prosesi təzahür edə bilməz. Nitq dilin inkişafı üçün şərait yaradır. Dilin lüğət tərkibində və qrammatik quruluşunda baş verən yeniləşmə nitqdə özünü göstərir. Nitqdə baş verən dəyişikliklər dildəki köhnə sxemləri, modelləri yeniləşdirir və bu yeniliklər dildə öz əksini tapır. Nitq bir şəxs tərəfindən söylənilir, başqaları tərəfindən dinlənilir. Nitq prosesində hər kəs özü bacardığı şəkildə danışır, yazır. Axı nitqin funksiyası ünsiyyət yaratmaq, məlumat çatdırmaq, həmsöhbət tapmaqdır. Nitq də yalnız dil vasitəsilə ünsiyyətə xidmət edir. Görkəmli Azərbaycan yazıçıları nitq və dil məsələlərinə xüsusi diqqət yetirmişlər. Şah İsmayıl Xətai yazmışdır:


Söz vardır kasdirar başı, Söz vardır kasar savaşı. Söz vardır ağulu aşı. Bal ilan edar yağ hir söz.
M.Füzuli sözü, nitq qabiliyyətini insana verilmiş misilsiz sərvət adlandırmışdır. O, "Ənisül-qəlb" əsərində yazır ki, insanı onun dili ilə fərqləndirirlər. Nitqlə təfəkkür arasında sıx əlaqə görən, nitqi insanın şüurlu fəaliyyətinin nəticəsi sayan şair dilin ictimai mahiyyəti barədəki fikrini bir beytdə belə ümumiləşdirir:
Eylasan tutiya talim adayi-kalimat. Nitqi insan olur, amma özü insan olmaz.
XX əsrin əvvəllərində görkəmli maarifpərvər, tənqidçi, Azərbaycanda ilk seminariyanın təsisçisi və yaradıcısı Firidun bəy Köçərli ana dilimiz haqqında yazırdı: "Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur" (Firidun bəy Köçərli. "Ana dili" məqaləsi). Bütün bu deyilənləri belə ümumiləşdirmək olar ki, dil və nitq bir-biri ilə dialektik vəhdətdə olub bir- birini tamamlasa da, aralarında müəyyən fərqlər də vardır: 1) Dil həcmcə nitqdən genişdir; 2) Dil ümumxalq, nitq fərdi səciyyə daşıyır; 3) Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir; 4) Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdmr; 5) Nitqin əsas cəhəti onun məzmunluluğu, aydınlıq, mənahlıq, təsirli- lik və dəqiqliyidir; 6) Dil nitqin məhsuludur, kollektivin bəhrəsidir, məna ilə akustik obrazı birləşdirən işarələr sistemidir. Nitq dilin hər dəfə yenidən işlədilməsidir; 7) Dil ictimai-tarixi təcrübənin mövcudluğu, saxlanması və verilməsidir. Nitqə adlandırmaq, ümumiləşdirmək və kommunikativ funksionallıq əlamətləri xasdır; 8) Dil ictimai, ümumi, nitq isə fərdi hadisədir. Nitq vasitəsilə fərdin öz fikrini ifadə etmə anlama və qavrama aktıdır. Hər şəxsin öz danışıq manerası vardır; 9) Dil imkana, nitq gerçəkliyə uyğun gəlir; 10) Dil nitqə nisbətən sabit, nitq dilə nisbətdə dinamikdir. 11) Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir (18 səh. 40). Nitq milli səciyyəlidir, hər bir xalqın, millətin özünə məxsus nitqi, danışığı, tələffüz forması vardır. Xalqın psixoloji xarakteri maddi yaşayış tərzi və mədəniyyəti dil ümumiliyi ilə bağlıdır. Məhz bu cəhət hər bir xalqı, o cümlədən də bizim xalqımızı, onun mədəniyyətini, eləcə də nitq mədəniyyətini başqa xalqlar- dakmdan fərqləndirir. Azərbaycan dili nəinki hind-Avropa dillərindən, eləcə də türk dillərindən, hətta oğuz qrupuna daxil olan
Türkiyə türkcəsindən, türkmən və qaqauz dillərindən də fərqlənir.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin