Elektromaqnit sahəsinin enerjisi. Materiyanın başqa formaları kimi EMS-də enerjiyə malikdir. Bu enerji fəzada, İS-lərdə yayıla bilir, enerjinin bir formasından başqa formasına çevirilir. υ həcmindəki enerji ehtiyatı elektrik və maqnit sahələrinin enerjilərinin cəmi ilə təyin edilir: W=We+Wm. s səthi ilə əhatə olunmuş υ həcmindəki EM enerjisinin inteqral şəkildə yazılışı aşağıdakı kimidir:
. (a)
Elektromaqnit enerjisinin sıxlığım aşağldakı kimidir:
. (b)
Onda aşağıdakı ifadəni alarıq:
-div[EH]dv= . (4.41)
(4.41) ifadəsindən dv həcmində toplanmış EM enerjisini təyin edək.
Astroqrad-Haus teoreminə əsasən (4.41) ifadəsinin sağ tərəfindəki birinci həddə göstərilən v həcmi üzrə inteqrallama S səthi üzrə inteqrallamaya çevirilə bilər. Beləki, bu teoremə görə aşağıdakı bərabərliyi yazmaq olar:
. (4.42)
Bu ifadə Umov-Poytinq teoremi kimi məlumdur. İfadənin sol tərəfi, vahid zamanda elektromaqnit enerjisinin sərf olunmasını xarakterizə edir. Sağ tərəfindəki hədlər isə, vahid zamanda v həcmində toplanmış enerjinin nəyə sərf olunmasını göstərir.
Poytinq vektoru adlanır s sahəsindən keçərək vahid zamanda yayılan enerji miqdarınını göstərir və həmişə enerji selinin yayıldığı istiqamətə perpendikulyar olur.
Poytinq vektoru ilə EMS-nin kompanentləri arasındakı əlaqə burğu qaydqsı ilə ifadə olunur. Burğunun fırlanma istiqaməti vektorun irəli hərəkətini, dəstəyin müstəvi üzərindəki fırlanma hərəkəti isə, E vektorundan H vektoruna qədər ən qısa məsafədəki istiqaməti göstərir.
Umov-Poytinq teoremi EMS-nin intensivlikləri olan E və H ilə hər hansı səthlə əhatə olunmuş həcmə daxil olan və ya ondan çıxan enerji seli arasında əlaqə yaratmağa imkan verir. Beləki, EvəH sahələrinin qiymətləri məlum olduqda, kabelin səthi tərəfindən udulan və ya ondan çıxan enerjini təyin etmək olar.
Beləliklə, xəttin uzunluğu boyunca yayılan enerji WzEMS-nin Er və Hφ kompanentləri və onlarla birlikdə, sağvint sistemi əmələ gətirən Poytinq vektorunun Пz toplananı ilə xarakterizə olunur. Bu proses şəkil 4.6-da göstərilmişdir.
Bu prosesin riyazi yazılışı aşağıdakı kimidir:
. (4.45,a)
Ətraf mühitə şüalanan enerji Poytinq vektorunun radial toplananı Пrvə onunla əlaqədar olan EMS-nin Ezvə Hφ kompanentləri ilə xarakterizə olunur (şəkil 4.6,b). Bu prosesin riyazi yazılışı aşağıdakı kimidir:
. (4.45,b)
Şəkil 4.6,c-də EMS-nin naqilin en kəsiyinə nüfuz etmə prosesi göstərilmişdir. Bu enerjinin ətraf mühit tərəfindən udulma prosesi adlanır. Enerjinin udulması Poytinq vektorunun radial Пrvə EMS-nin Ez və Hφ toplananları ilə xarakterizə olunur. Bu prosesin riyazi şəkildə yazılışı aşağıdakı kimidir:
(4.45,c)
(4.45,c) düsturu İS-lərdə veriliş parametrlərini təyin etməyə imkan verir. Enerjinin udulması(Пr) naqildən axan cərəyan (İ) və naqilin daxili müqaviməti(Z)arasında aşağldakı münasibət mövcuddur: Пr=Z·İ2. Naqilln tam daxili müqaviməti(Z)isə aşağıdakı ifadə ilə təyin olunur:
, (4.46)
burada R-naqilin aktiv müqaviməti, Om/km; L-daxili induktivlik, Hn/km; Ez-naqilin uzunluğu boyunca onun səthindəki ES-nin toplananı, V/m; naqilin səthindəki MS-nin tangensial toplananının qoşmasınının qiyməti, A/m; r-naqilin radiusudur, mm. Beləliklə, (4.46) düsturundan göründüyü kimi, İS-lərin naqillərindən təşkil olunmuş dövrənin aktiv müqavimətini (R)və onun induktivliyini (L) təyin etmək olar. Bu dövrənin birinci veriliş parametrlərini təyin etmək üçün əsas üsullardan biridir.