Mühazirə Məşğələ Laboratoriya 6 7


Kafedra müdiri,t.e.d.,dosent T.M. Mansurov



Yüklə 2,58 Mb.
səhifə2/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
EL və ORX.(muh)

Kafedra müdiri,t.e.d.,dosent T.M. Mansurov

Dekan professor A.N. Həsənov

Mövzu 1
G İ R İ Ş
Xalq təsərrüfatının səmərəli idarə olunmasında, dövlət aparatının təcili məlumatlarıni vaxtında, sürətlə və dəqiq şəkildə lazımi ünvanlara çatırılmasında və əksinə onlardan qəbul edilməsində, əhalinin mədəni-məişət səviyyəsinin yüksəldilməsində, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində və bütövlükdə cəmiyyətin gələcək inkişafında telekommunikasiya sistemlərinin (TKS) tətbiqinin böyük rolu vardır.
Ölkədə müasir TKS-lərinin köməyi ilə emal olunan informasiyanın bütün növləri dünyanın hər bir ölkəsinə ötürülür və onlardan qəbul edilir.
Hal-hazırda magistral rabitə şəbəkələrində kabel rabitə xətlərindən (KRX), radiorele xətlərindən (RRX) və yerin süni peyki kimi ötürücü sistemlərdən geniş istifadə edilir və bunların tətbiq sahələrinin inkşafı rabitəçi mütəxəssislərin diqqət mərkəzindədir. Bu rabitə xətlərinin köməyi ilə analoq və rəqəm veriliş sistemlərindən istifadə etməklə bütün informasiya növlərinin müxtəlif unvanlara ötürülməsi təmin edilir. Atmosferdə elektrik boşalmalarından və eləcə də başqa xarici təsir mənbələrindən mühafizə olunmasında, informasiyanın yüksək keyfiyyətlə qəbul edilməsində, dayanıqlı, etibarlı, davamlı və uzun ömürlü rabitənin təşkilində xüsusi rolu olan KRX-ləri telekommunikasiya şəbəkələrinin əsas hissəsini təşkil edir. Statistika göstərir ki, ölkədə informasiyanın ötürülməsinin, qəbulunun və emal olunmasının 85÷90%-ə qədəri KRX-lərinin payına düşür.
Ölkənin siyasi-iqtisadi durumu, cəmiyyətin inkişafı və başqa amillər müxtəlif informasiya növlərinin həcminin sürətlə artmasına şərait yaradır. İnformasiya mübadiləsinin vaxtlı-vaxtında, sürətlə və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək üçün TKS-lərinin stansiya avadanlıqlarını və xətt qurğularını elm və texnikanın yeni naliyyətlərinə uyğun olaraq qurmaq lazım gəlir. Bu məsələnin müsbət həlli stansiya avadanlıqlarında analoq veriliş sistemlərindən (AVS) rəqəm veriliş sistemlərinə (RVS) keçməklə, xətt qurğularında isə istifadə olunan adi elektrik rabitə kabellərini optik rabitə kabelləri (ORK) ilə əvəz etməklə mümkündür.
ORK ilə rabitənin təşkili aktual məsələlərdən biri olub, elm və texnikanın naliyyətlərinə və müasir texnologiyaya cavab verir. Optik TKS-ləri və ORK-ləri nəinki yerli, zonalararası və magistral telekommunikasiya şəbəkələrində (TKŞ), eləcə də təsviri göstərən telefonlarda, radio yayımlarda, televiziya verilişlərində, hesablama və kompüter texnikasında, hərəkətdə olan rabitə sistemlərində, texnoloji proseslərin avtomatik idarə olunmasında, hava, su, dəmir və avtomobil yol nəqliyatlarında, teleradio aparaturalarında və s. kimi TKS-də istifadə oluna bilər.
ORK-lərinin əsas üstün cəhətləri rabitə kanallarının geniş burxma zolzğına malik olması, enerji itkisinin, yəni siqnalın sönməsinin azlığı, xarici və qarşılıqlı elektromaqnit sahələrinin təsirlərinə qarşı davamlılığı, kənar cərəyandan yaranan qısa qapanmaya məruz qalmaması, az kütləyə və kiçik həndəsi ölçülərə və s. malik olmasıdır.
Optik rabitənin yaranması haqqında qısa məlumat. Yaxın keçmişdə informasiyanı müəyyən məsafəyə ötürmək üçün işıq şüalarından istifadə edirdilər. Buna misal olaraq semafor və mayak kimi işıq mənbələrini göstərmək olar. Lakin metroloji şəraitdən asılı olaraq bu mənbələr vasitəsi ilə təşkil olunan rabitənin keyfiyyəti aşağı olurdu. X1X əsrin sonunda radiorabitənin yaranması informasiyanın semaforla ötürülməsinə son qoydu.
Sərbəst atomlar sükunətdə olduqda və ya stasionar vəziyyətdə olduqda müəyyən enerjiyə (ε12,.......) malikdirlər. Elektromaqnit dalğası yayılan zaman onun udulma və şüalanması hesabına atomun bir stasionar vəziyyətdən digərinə keçməsi hadisəsi baş verir.
Lazerin tətbiq sahələri genişdir. O, bir sıra xassəsinə görə texniki sahəyə nüfuz etmişdir. Belə ki, lazer yüksək dərəcədə monoxromatik, koherent qidalanma xassəsinə və çox böyük intensivliyə malikdir. Koherent latın sözü olub, bir neçə rəqsin və ya dalğanın, eləcə də hərəkətdə olan fotonların zamana və fazaya görə razılaşdırılaraq yayılması deməkdir. Monoxromatik dedikdə, tezlikləri eyni olan işıq şüalarının rəqsləri başa düşülür. Adi işıq şüası ilə lazer şüasını müqayisə etsək görərik ki, hər iki halda fotonların axıntısı baş verir. Lakin adi işıq şüası istilik xarakterinə malikdir, fasiləsiz və çox geniş spektirli tezliklə şüalanır. Lazer şüası isə elektromaqnit və zamana görə fazlanma xassəsinə malikdir. Deməli, lazer şüaları elektromaqnit və kvant nəzəriyyəsinə tabedir.
Elektromaqnit nəzəriyyəsi işığın dalğa xassəsini göstərən, yəni onun fəzada yayılması, interferensiyası və difraksiyası kimi xassələrini öyrətdiyi halda, kvant nəzəriyyəsi daha qabağa gedərək, işığın səpələnmə, udulma, sınma, qayıtma, dispersiya və s. kimi geniş miqyaslı xassələrə malik olduğunu gösdərdi.
1960-cı illərdə lazer şüalarının modulyasiya olunması (bu modulyasiya növlərinə tezlik, faza, amplitud, intensivlik, tezlik-impuls, polyarizasiya və s. kimi çevirmələr daxildir) lazerlə rabitənin təşkilinə səbəb oldu. Laboratoriya şəraitində lazer şüalarını rabitə kanallarına daxil etmək üçün tədqiqat işləri aparılırdı. Aparılan təcürbələrin nəticələrinə görə optik liflə informasiyanı daşıyan optik siqnalları uzaq məsafəyə ötürmək təklif olundu.
Beləliklə, 1966-1970-ci illərdə optik liflə rabitənin təşkilinin əsası qoyuldu. Lakin bu dövrdə OL ötürülən siqnalın sönməsi çox böyük idi (α>1000 dB/km). OL-lərin hazırlandığı materialların, texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində 1979÷1980-cı illərdə sönmənin qiyməti α=0,2 dB/km-ə çatdırıldı. Beləliklə, 1980-cı il optik rabitənin yaranmasının başlanğıcı oldu.

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin