Mühazirə Məşğələ Laboratoriya 6 7


ÇOXKANALLI VERİLİŞ SİSTEMLƏRİNİN TƏŞKİLİ



Yüklə 2,58 Mb.
səhifə6/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
EL və ORX.(muh)

ÇOXKANALLI VERİLİŞ SİSTEMLƏRİNİN TƏŞKİLİ. Rabitə xətləri ilə informasiyanı daşıyan elektrik və ya optik siqnalların ötürülməsi iki üsulla, analoq və rəqəm veriliş sistemləri vasitəsi ilə həyata keşirilir. Analoq veriliş sistemləri (AVS) kanalların tezlik əlamətinə görə bölünməsinə əsaslanır. Elektrik süsgəclərinin köməyi ilə verilən spektrin hamısı tezlik zolaqlarına bölünür. Ölçü vahidi kimi eni 4 kHs (bu qiymətə kanalın tonal tezliyidə deyilir) olan telefon kanalı qəbul edilir. Deməli, rabitə xətlərinin uzunluğu boyunca ötürülən tezlik zolağının eni nə qədər geniş olarsa, telefon kanallarının sayı da bir o qədər çox olacaqdır. Bu isə bir istiqamətdə yaradılan telefon kanallarının ucuz başa gəlməsi, fasiləsiz, keyfiyyətli və sürətli rabitə deməkdir.
Rəqəm veriliş sistemləri (RVS) kanalların vaxt əlamatinə görə bölünməsinə əsaslanır. Burada müxtəlif məlumatları daşıyan siqnalların xətlə ötürülməsi növbə ilə, yəni vaxtın sürüşdürülməsi ilə həyata keçirilir. Bu halda impulslar rəqəm şəkilli siqnallara çevirilir, müəyyən ardıcılıq və müddətlə xətt boyunca yayılırlar. Bunun üçün bütün növ informasiyalar əvvəlcədən kodlaşdırılır. TKŞ-lərində RVS-lərinin müasir nəsilindən hesab edilən, mikro- və nanosaniyələrlə ölçülən impulslara malik impuls kod modulyasiyası (İKM) geniş yayılmışdır.
RVS-ləri bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: rabitənin uzaqlığını xeyli artırmaq mümkündür; dövrələrin mühafizə olunmasına qoyulan təlabatlar asanlaşır; RVS-lərinin aparaturalarının istehsal texnologiyaları sadədir; TKS-lərini bütünlüklə vahid inteqral rabitə sistemlərində birləşdirmək mümkündür; elektron hesablama maşınına (EHM) qoşulmaq və onun köməyi ilə informasiyanın emal olunmasının sürətləndirməyin mümkünlüyü; məlumatların ötürülməsinin avtomatlaşdırılması; kampüyütir və internet şəbəkələrinə çıxış. Bütün bunlarla yanaçı, RVS-lərinin tezliyə görə telefon kanalının eninin 4 kHs-dən 64 kHs-ə qədər genişlənməsi onun çatışmayan cəhətlərindəndir.
Analoq və rəqəm veirliş sistemləri magistral, zonalararası, kənd və şəhər TKS-lərindən təşkil olunmuş şəbəkələrdə geniş istifadə olunur. Bunların əsas parametrləri, tezlik spektri (kHs) və verilişin sürəti (kbit/san), gücləndirici (regenerasiya) məntəqələr (GM) arasındakı məsafə (km), xidmət olunan gücləndirici (regenerasiya) məntəqələr (XOGM) arasındakı maksimum məsafə (km), rabitənin əhatə etdiyi zonanın uzaqlığı və s. kimi göstəricilərdən ibarətdir.
G(R)M-ləri arasındakı məsafə, xidmət olunmayan gücləndirici (regenerasiya) məntəqələrin (XOlGM, XOlRM) bir-birindən olan məsafələrini göstərir. Məsələn, km. XOlGM uzaqdan, yəni XOGM-lərdən, eləcə də XOlRM-ləri XORM-lərindən qidalanırlar. XOGM və XORM-ləri yaşayış məntəqələrində TKS-ləri olan stansiyalarda quraşdırılır. Burada texniki personallar stansiyada quraşdırılan avadanlıqlara və xətt qurğularına, o cümlədən XOlGM və XOlRM-lərinə xidmət göstərirlər.
Hal-hazırda ölkənin TKŞ-lərində AVS-ləri kimi K-60P; K-300; və K-1920 sıxlaşdırma apparaturalarından geniş istifadə olunur.
TKŞ-lərinin perspektiv inkişafı RVS-lərinin bütün nəsillərinin və ORK-lərinin bu şəbəkələrdə tətbiqinə əsaslnır. ORK-lərinin köməyi ilə ŞTŞ-də stansiyalararası rabitəni təşkil etmək üçün İKM-30 və İKM-120, zonzlararası rabtənin təşkilində İKM-480 və magistral TKŞ-lərində İKM-1920 tipli RVS-ləri kimi sıxlaşdırma aparaturalarından geniş istifadə olunur.
İSTİQAMƏTLƏNDİRİCİ VERİLİŞ SİSTEMLƏRİ. Müasir TKŞ-lərində rabitə kabellərinin (RK) tətbiqi ilə yanaşı informasiyanın ötürülməsində, qəbulunda və emalında başqa ötürücü vəsaitlərdən də istifadə olunur. Telekommunikasiya və informasiya texnologiyaları şəbəkələrində istifadə olunan ötürücü sistemlərə (vəsaitlərə) hava və kabel rabitə xətləri (HRX; KRX), dalğa- və işıqötürücülər (DÖ; İÖ), müstəvi şəkilli dalğavari və ifratkeçirici xətlər (MŞDX; İKX), radio- və lent şəkilli kabellər (RK; LŞK) və s. daxildir. Bütün bunlar hamısı ümumi bir, yəni, istiqamətləndirici sistemlər (İS) adı altında birləşmişdir.
İS dedikdə, elektromaqnit enerjisinin ötürülməsini istənilən istiqamətə yönəltmək üçün istifadə edilən qurğu başa düşülür. Deməli, elektromaqnit dalğası təkcə fəzada (atmosfer, kosmos və s.) deyil, eləcə də qapalı sistemlərdə də yayıla bilər. Müxtəlif elekrtik və optik xassələrə malik olan, iki mühit birlikdə İS-lərin vəzifəsini görə bilər. Belə bir xüsusiyyətə metal, yarımkeçirici və dielektriklər malikdirlər.
İnformasiyanı həyata keçirən elektrik və optik siqnalların ötürülmısini, qəbulunu və emalını müxtəlif konstruksiyaya, elektrik və optik xassəyə malik olan İS-lər görür. İS-lərin göstərilən növlərindən dövrə və danlşıq trktları yaradılır. Dövrəni təşkil etmək üçün iki cərəyan keçirən naqil və ya naqil-dielektrik, danışıq traktı üçün isı dielektrik-dielektrik, yəni dielektrik nüfuzluğu olan ötürücü sistemlərdən istifadə olunur. Elektromaqnit dalğasının (EMD) yayılmasını təmin edən müasir İS-lər aşağıdakılardan ibarətdir: hava rabitə xətləri (HRX); simmetrik kabellər (SK) (a); koaksial kabellər (KK) (b); ifrat keçirici kabellər (İKK) (c); metal dalğaötürücülər (MDÖ) (ç); dielektrik dalğaötürücülər (DDÖ) (d); işıq ötürücülər (İÖ); optik kabellər (OK) (e); müstəvi şəkilli dalğavari xətlər (MşDvX) (ə); lent şəkilli kabellər (LşK) (f); zolaq şəkilli xətlər (ZşX) (g); radiotezliklərdə işləyən kabellər (RK). Müxtəlif İS-lərin konstruksiyaları şəkil 4-də göstərildiyi kimidir.
HRX-lərinin və SK-lərin konstruksiyaları simmetrik dövrələr qrupuna aiddir. Simmetrik dövrə dedikdə, konstruktiv cəhətdən və elektrik xassəsinə görə eyni olan iki naqildən (məftildən) təşkil olunmuş sxem başa düşülür.
HRX-lərində cərəyan keçirən element məftil, SK-lərdə isə izolə olunmuş naqil və ya damar adlanır. HRX-lərində istifadə olunan məftillər, yüksək elektrik keçiriciliyinə, böyük mexaniki mökəmliyə, kifayyət qədər elastikliyə, korroziyaya qarşı davamlı və iqtisadi cəhətdən səmərəli olan materialdan hazırlanmalıdır. Bu təlabatları mis, bimetal və polad materiallarından hazırlanmış məftillər ödəyir. Məftillərin diametrləri aşağıdakı kimidir: dCu=3; 3,5; 4 mm; dFe=1,5; 2,5; 3÷5 mm; dBM =1,2; 1,6; 2÷4 mm.
HRX-lərinin məftilləri ağac və ya dəmir beton dirəklərdə quraşdırılmış qarmaq, travers və ya qarışıq profilə malik, izolyator geydirilmiş armaturalara bərkidilir. Dövrəni təşkil edən iki məftillər arasındakı məsafə travers profilli xətlər üçün 20 sm, qarmaq profilli xətlər üçün isə 30 sm təşkil edir. Dövrənin məftilləri biri-birindən hava təbəqəsi ilə izolyasiya olunur. HRX-lərinin profili dedikdə, dövrələrin və ya məftillərin dirəklərdə yerləşdirilmə qaydası başa düşülür.
Hal-hazırda SRK-lərinin 1x2÷2400x2 damarların ümumi mühafizə örtüyü altında yerləşmiş konstruksiyaları məlumdur. HRX-lərinin məftilləri arasındakı məsafədən fərqli olaraq SK-lərin damarları arasındakı məsafə çox kiçikdir . Burada -damarların mərkəzləri arasındakı məsafədir, mm; isə damarın diametridir, mm.
Şəkil 4,b-də KK-in əsas elementi olan koaksial cütlüyün (KC) konstruksiyası göstərilmiçdir. Koaksial dedikdə, biri o birinin içərisində konsentrik şəkildə yerləşdirilmiş, eyni simmetriya oxuna və simmetriya mərkəzinə malik olan, iki silindrin konstruksiyası başa düşülür. Şəkildən göründüyü kimi a-naqili konsentrik olaraq, yarımsilindir şəkilində hazırlanmış b-naqilinin içərisində yerləşdirilmişdir. Daxili naqil (a) xarici naqildən (b) müxtəlif izolyasiya növləri ilə izolə olunur. İzolyasiya üçün mökəm dielektrik material seçilir və onlar şayba, balon, kordel və s. şəkildə hazırlanırlar.
Şəkil 4,c-də İKK-in əsas elementi olan KC konstruksiyası göstərilmişdir. İKK-in konstruksiyası KK-in konstruksiyasının eynidir. Lakin bunların qabarit ölçüləri xeyli kiçikdir və çox aşağı, yəni -2690S temperatur altında yerləşir.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin