Mühazirə Məşğələ Laboratoriya 6 7


ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNİN QURULMA PRİNSİPLƏRİ



Yüklə 2,58 Mb.
səhifə8/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
EL və ORX.(muh)

ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNİN QURULMA PRİNSİPLƏRİ. ŞTŞ-nin vəzifəsi, ilk növbədə şəhərin daxilindəki müxtəlif kateqoriyadan olan abunəçiləri telefon rabitəsi ilə təmin etməkdən ibarətdir. ŞTŞ qurulma prinsipinə görə rayonlaşmamış və rayonlaşmış kimi iki yerə bölünür. Rayonlaşmamış şəbəkədə tutumu NATS≤10000 nömrə olan bir avtomat telefon stansiyası (ATS) quraşdırılır. Şəhərdə yaşayan əhalinin sayından, onun inzibati-sənaye əhəmiyyətindən asılı olaraq, şəhərin ərazisi rayonlara bölünür və hər rayonun öz əhalisinə xidmət edən rayon ATS-i (RATS) quraşdırılır. Bu halda şəbəkənin tutumu Nşəb.>10000 nömrədən böyük olur və şəhərin ərazisində iki və ikidən çox RATS quraşdırmaq lazım gəlir. Şəbəkənin tutumu şəhər ərazisində mövcud olan RATS-ların tutumlarının cəminə bərabərdir. Bu aşağıdakı ifadə ilə təyin olunur:
Nşəb.=NRATS-1+NRATS-2+···+NRATS-ί,
ŞTŞ-də fəaliyyət göstərən hər bir RATS şəhərlərarası avtomat telefon stansiyaları (ŞaATS və ya ŞaTS), eləcə də beynəlxalq şəbəklərlə (BŞ) bilavasitə əlaqə saxlamaq imkanlarına malikdirlər.
Nəzəri cəhətdən Nşəb.>80000 nömrə olduqda giriş məlumat qovşağı (GMQ) tətbiq edilir. Lakin ŞTŞ-nin perspektiv inkişafını nəzərə alaraq, onun tutumu Nşəb.≥50000 nömrə olduqda, qovşaq əmələ gətirən avadanlıqlardan (GMQ) istifadə edilə bilər. Bu halda ŞTŞ-də nömrələnmə altı rəqəmli olur. ŞTŞ-nin tutumu Nşəb.≤500000 nömrəyə qədər olduqda, adətən GMQ-dan istifadə olunur. Bundan böyük, yəni Nşəb.>500000 nömrə olduqda isə GMQ-ğı və ÇMQ-larının (çıxış mılumat qovşağı) tətbiqi məqsədə uyğun hesab edilir.
Rayon stansiyaları arasında əlaqə aşağıda göstərilən metodlardan hər hansı biri ilə həyata keçirilə bilər:
-“biri hər biri” prinsipi (şəkil 3,a);
-radial (şəkil 2.3,b);
-GMQ tətbiq etməklə (şəkil 3,c);
-GMQ və ÇMQ-dan istifadə etməklə (şəkil 3,ç).

Rayonlaşmış şəbəkədə ATS-lə abunəçi apparatını birləşdirən xətt “Abunəçi xətti”, RATS-ları birləşdirən xətt isə “Birləşdirici xətt” adlanır. Abunəçi xətti müxtəlif üsullarla qurulur. Bunlardan ən geniş yayılanı iki sistemdir: Şkaflı və şkafsız.
ŞTŞ-nin xətt qurğusu mürəkkəb, həddindən artıq böyük həcmili və xeyli dərəcədə baha başa gələn bir sistemdir. Bunlara aşağıdakılar daxildir:
- stansiyalararası birləşdirici və abunəçi xəttinin vəzifəsini görən kabel rabitə xətləri (KRX);
- boru kəmərlərini və kabel rabitə quyularını (KRQ) özündə birləşdirən telefon kanalizasiyası;
- kiosk, paylayıcı şkaflar, kabel yeşiklşri və paylayıcı qutulardan ibarət olan paylayıcı kabel qurğuları;
- stansiya quyusunu, kabel şaxtasını, kompressor siqnal qurğusunu (KSQ) və krosun xətt tərəfini özündə birləşdirən kabellərin ATS-in binasına daxil olmasını təmin edən giriş qurğuları.
ŞTŞ-də simmetrik, mikroölçülü koaksial və OK-lərin hər biri, istər abunəçi, istərsə də stansiyalararası birləşdirici xətlər kimi tətbiq edilə bilər. Abunəçi xəttinin qurulma prinsipi şəkil 4-də göstərilmişdir.
Şəkildən göründüyü kimi, ATS-in binasından radiusu R=500 m olan çevrə daxilində yerləşən abunəçilər bilavasitə ATS-in özünə qoşulurlar. Bu halda ATS-dən çıxan az tutumlu kabellər paylayıcı qutulara (PQ) və ya kabel yeşiklərinə daxil olur, oradan isə abunəçinin telefon apparatı ilə birləşdirilir. Bu sahə birbaşa qidalanma zonası (BQZ) və ya şkafsız prinsiplə qurulan sistem adlanır.
BQZ-dan kənarda yerləşən abunəçilər üçün abunəçi şəbəkəsi şkaflı prinsip üzrə qurulur. PŞ-ın tipi və tutumu seçilən kabelin markasına uyğun olaraq təyin edilir.
Şəkil 4-ə əsasən demək olar ki, abunəçi xətti üç hissədən: 1.ATS-PŞ arasındakı sahəni birləşdirən, magistral; 2.PŞ-PQ arsındakı hissəni birləşdirən, paylayıcı və 3.PQ-TA-nı (abunəçinin telefon apparatı) birləşdirən, abunəçi naqilindən i barətdir.
PŞ-ın olması rabitə kabellərinin sınaqdan keçirilməsi, lazımi məqsədlər üçün ölçü aparılması, magistral və paylayıcı kabellərin hər hansı cütlüklərinin bir-biri ilə birləşdirilməsi, onların yerlərinin dəyişdirilərək yenidən başqası ilə qoşulması, lazım gəldikdə abunəçilərin nömrələrinin dəyişdirilməsi, istismarda olan RK-lərində baş verən zədələnmə yerlərinin təyin olunması və s. kimi hadisələri müəyyənləşdirmək üçün görüləcək işləri asanlaşdırmağa imkan verir.
Bundan başqa, magistiral kabel şəbəkəsində istismar zamanı kabeldə ehtiyat üçün saxlanılması tələb olunan cütlüklərin sayı, paylayıcı kabel şəbəkəsindəkinə nisbətən xeyli azdır ki, buda magistiral kabelin tutumunun qənaətlə işlədilməsinə zəmin yaradır.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin