Mühazirə Məşğələ Laboratoriya 6 7


Mövzu 8 RABİTƏ KABELLƏRİNİN MÜHAFİZƏ ÖRTÜKLƏRİ VƏ ZİREHLƏRİ



Yüklə 2,58 Mb.
səhifə16/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
EL və ORX.(muh)

Mövzu 8
RABİTƏ KABELLƏRİNİN MÜHAFİZƏ ÖRTÜKLƏRİ VƏ ZİREHLƏRİ
RK-nin özəyi qurşaq izolyasiyası ilə sarındıqdan sonra, su və hava keçirməyən germetik örtük altında yerləşdirilir. Örtüyün vəzifələrindən biridə, kabel nəqliyatla daşınarkən, tikilən zaman çəkilərkən və istismar olunarkən, onu yarana biləcək mexaniki təsirlərdən qorumaqdan ibarətdir. Kabel texnikasında, metal, plastmas və metal plastmas örtüklər geniş tətbiq olunur.
Metal örtüklər qurğuşum (Pb), alüminium (Al) və polad (Fe) materiallarından hazırlanır. Plastmas örtüklərə, polietilen, polivinilxlorid və poliizobutilen kompazisiyalarından hazırlanmış örtüklər daxildir.
Plastmas örtüyün xüsusiyyətləri. Plastmas örtük nəmliyə, sirkələnməyə, elektrik və kimyəvi korroziyaya qarşı davamlı, yüngül və elastikdir. Lakin zaman keçdikcən su parları yavaş-yavaş plastmas örtüyün daxilinə nüfuz edir. Bu isə kabelin izolyasiya müqavimətinin aşağı düşməsinə gətirib çıxardır. Ona görə də plastmas örtükdən polietilen, polivinilxlorid, ftoroplast və s. kimi dielektriklə izolyasiya olunmuş damarlardan ibarət kabellərdə istifadə olunur.
Hal-hazırda metalplastmas örtüklərin kütləvi sayda növləri məlumdur. Lakin bunlardan ən çox istifadə olunanları “alüminium-polietilen”, “polad-polietilen”, “qurğuşum-polietilen” kimi örtüklərdir.
Mühafizə örtüklərinin göstərilən konstruksiyalarını müqayisə etsək görərik ki, alüminium və poladdan olan örtükləri polietilen şlanqla mühafizə etməklə alınan metalplastmas ortüklər daha perspektivlidir.
RK-lərinin örtüklərinin üzərindən zireh çəkilir. Zireh vəzifəsi, RK-lərini mexaniki zədələnmələrdən və korroziyadan qorumaq, onun xidmət müddətini uzatmaq, kabel dövrələrini xarici elektromaqnit sahəsinin təsirlərindən mühafizə etməkdən ibarətdir.
RK-lərinin çəkilişi və istismarı zamanı mexaniki qüvvələrin təsirindən asılı olaraq iki növ zireh tətbiq olunur: 1)iki polad lent (B) və 2) dairəvi polad məftil (K). Bunlardan başqa, müxtəlif növ zirehlərin kombinasiyasından düzəldilmiş ikiqat gücləndirilmiş zirehlərdən də (BK; KK) istifadə olunur.
Zirehlənmiş təbəqə iki hissədən ibarətdir: 1) polad lent; və 2) qıra hopdurulmuş iki kabel iplik (juqut). Juqutdan olan təbəqələrdən biri polad lentlə kabelin örtüyü arasında yerləşdirilir ki, bunada “yastıq” deyilir. “Yastıq”, polad lent təbəqəsi tərəfindən kabelin örtüyünə göstərilən təzyiqi azaldır. İkinci cuqut təbəqəsi isə zirehin üstündən çəkilir və xarici təbəqə adlanır. Bu təbəqə kabelin metal hissəsinin (zirehin) çürüməsinin qarşısını alır.
Korroziyaya qarşı həssas olan metallar haqqında. Korroziyaya qarşı daha həssas olan Al və Fr örtüyünə malik kabellərdə nəmliyə qarşı gücləndirilmiş örtüklər (Şp) tətbiq olunur. Bu suvaşqan yapışqandan və polietilen şlanqdan (Şp) ibarət olub, birbaşa örtüyn üst təbəqəsinə çəkilir. Polietilen şlanqın üst təbəqəsindən polad lent və ya polad məftildən ibarət zireh çəkilə bilər. Polad örtüyü korroziyadan mühafizə etmək və onun xidmət müddətini xeyli uzatmaq məqsədi ilə mühafizə əmsalının qiymətini artırmaq lazımdır. Ona görə də xaricdən əlavə olaraq polietilen şlanq tətbiq edilir.
“B” tipli zireh qalınlığı, tpol.=0,3÷0,8 mm, eni isə apol.=25÷45 mm olan polad lentdən, “K” tipli zireh isə diametri d=4 mm olan polad məftildən hazırlanır. “B” tipli zirehə malik kabellər bilavasitə torpağa basdırılır, “K” tipli kabellər isə suyun altı ilə (çay, göl, dəniz, okean) çəkilir.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin