Mövzu 7 İZOLYASİYA NÖVLƏRİ RK-ləri istehsal olunan zaman, onların cərəyan keçirən naqilləri və optik siqnalları daşıyan OL-ləri izolyasiya olunurlar. İzolyasiya üçün tətbiq edilən materil, zamana görə yüksək və stabil elektrik xarakteristikasına, elastikliyə, mexaniki möhkəmliyə və sadə istehsal texnologiyasına malik olmalıdır.
İzolyasiyanın elektrik xassəsi dedikdə aşağıdakı parametrlər başa düşülür:
-elektrik gərginliyinə qarşı möhkəmliyi, U. Bu gərginlik normativ qiymətdən artıq olduqda, izolyasiya deşilir ki, bu da deşilmə gərginliyi adlanır;
-dielektrikdə sızma cərəyanını xarakterizə edən xüsusi müqavimət, ρ; -elektrik sahəsinin təsiri nəticəsində dielektrikdə sürüşmənin (polyarizasiyanın) dərəcəsini xarakterizə edən dielektrik nüfuzluğu, ε; -dielektrik itki bucağı (və ya dielektrik itkisinin qiyməti), tgδ. Bu kəmiyyət dielektrikdə yüksəktezlikli enerjinin itməsini xarakterizə edir.
Ən yaxşı dielektrik hava hesab edilir. Havanın izolyasiya parametrləri aşağıdakı kimidir:
ε→1; ρ→∞; tg δ→0.
Lakin təkcə havadan izolyasiya təbəqəsi yaratmaq mümkün deyil. Ona görə də kabel texnikasında hava və dielektrikdən ibarət, yəni kombinə olunmuş izolyasiyadan istifadə olunur. İzolyasiya cərəyan keçirən naqillərin bir-birinə toxunması nəticəsində yarana biləcək qısa qapanmaların qarşısını almaqdan ibarətdir.
RK-lərində polmerləşdirilmiş plastmasın növlərindən olan polistirol (stirofleks), polietilen, ftoroplast, polixlorvinil və s. kimi dielektriklərdən geniş istifadə olunur.
Kabellə otürülən tezlik zolağının eni istifadə olunan dielektrikin keyfiyyəti ilə (ε, tg δ), ilk növbədə dielektrik itkisinin qiyməti ilə xarakterizə olunur. Kabelin dielektrikindəki yüksəktezlikli enerji itkisi (αd) bilavasitə tgδ-nın qiyməti ilə əlaqədardır və tezlikdən asılı olaraq düzxətt qanunu ilə artır.
Kabel texnikasında izolyasiya üçün aşağıdakı materillardan istifadə olunur:
kağız-aşağı tezlik kabellərinin cərəyan keçirən naqillərini izolyasiya etmək üçündür. Yüksək tezlik kabellərində izolyasiya üçün istifadə olunan kağızın qalınlığı, tkağ.=0,12; 0,17 mm-dir;
kordel-kağız-kabel kağızından burlaraq sap şəkilində hazırlanır. Kordel-kağız sapın diametri, δk.s.=0,6; 0,76; 0,85 mm-dir, möhkəmlik həddi, F=70 MPa (7 kqg/mm2) təşkil edir;
polistirol (stirofleks)-stirol məhlulundan hazırlanır. Xammal kimi neft və ya daş kömürdən istifadə olunur. Polistrol şəffaf və elastikdir. Bundan eni 10÷12 mm, qalınlığı tpol.=0,045 mm lent, diametri δk.p.=0,8 mm olan kordel sap hazırlanır. Mənfi cəhəti, istiliyə qarşı davamsız olmasıdır (65÷800S);
polietilen-bunu etil məhlulunu polimerləşdirməklə alırlar. İki üsulla istehsal olunur: yüksək təzyiq (150÷350 MPa və ya 1500÷3500 at) və 2000S temperatur altında; aşağı təzyiq (0,3÷0,4 MPa və ya 3÷4 at) və 700S temperatur altında. Onun rəngi süd kimi ağdır, şama oxşayır, 1100S temperaturda yumuşalır. Adi temperaturda turşu və qələvi ona təsir göstərmir. Yavaş-yavaş, hissiz və göy alovla yanır;
porist-polietilen-bunu almaq üçün polietilen kompozisyalarının tərkibinə qaz və ya müəyyən temperaturdan sonra qaza çevrilən parofor daxil edilir;
polivinilxlorid-vinilxloridi polimerləşdirməklə alınır. O kimyəvi reaksiyalara qarşı davamlıdır. Əsas xassələrindən biri oda davamlı olmasıdır. Ona görə də stansiya kabellərinin örtüklərinin hazırlanmasında geniş tətbiq olunur. Mənfi cəhəti: aşağı temperaturda möhkəmliyini itirir, yüksək temperturda isə elektrik xassəsi pisləşir.
Göstərilən dielektrik materiallardan istifadə edərək, izolyasiya örtüklərinin müxtəlif konstruksiyaları işlənib-hazırlanmışdır. Bunlardan kabel texnikasında geniş istifadə olunur. RK-lərində tətbiq olunan izolyasiya növlərindən bir n eçəsi şəkil 3.5-də göstərildiyi kimidir.
Bu izolyasiya növlərini ayrı-ayrılıqda araşdıraq:
-boru-kağız və plastmas lentdən hazırlanır, cərəyan keçirən naqilin üzərinə sarınır (şəkil 3.5,a);
-kordel-kordel sapdan ibarətdir, vintvari şəkildə naqilin üzərinə sarınır və onun üstündən lent çəkilir (şəkil 3.5,b);
-bütöv-plastmas materialdan hazırlanır (şəkil 3.5,c);
-porist-penoplast (plast köpüyü) təbəqəsindən əmələ gəlir (şəkil 3.5,ç);
-balon-nazik divarlı plastmas boruya bənzəyir. Naqil bunun daxilində sərbəst şəkildə yerləşdirilir. Naqilin izolyasiyanın mərkəzində etibarlı dayanması üçün, boru periodik olaraq naqilə sıxılır (şəkil 3.5,d,e);
-şayba-bərk dielektrikdən şayba şəkilində hazırlanır, 25 mm məsafədən bir daxili naqilə geydirilir (şəkil 3.5,ə);
-spiral (yay)-naqilin uzunluğu boyunca bərabər şəkildə paylanmış, en kəsiyi düzbucaq formasında olan plastmas spirala bənzəyir (şəkil 3.5, f).
Plastmas materialdan hazırlanmış kordel-boru izolyasiyada məlumdur. Bütün göstərilən izolyasiya növlərindən simmetrik və koaksial kabellərin cərəyan keçirən naqillərini izolyasiya etmək üçün istifadə edilir.
Kvarsdan hazırlanmış OL-in mexaniki və atmosfer təsirlərinə qarşı möhkəmliyini artırmaq və xarici maneələrdən mühafizə etmək məqsədi ilə, onları plastmas materialdan hazırlanmış örtüyün daxilində yerləşdirirlər. Bundan başqa, bu örtük OL-lərin səthində çatlar və başqa zədələnmələr olduqda, işıq şüasının özəkdən çıxaraq ətraf mühitə səpələnməsinin qarşısını alır. Plastmas örtüklə yanaşı, OL-lərin üzəri müxtəlif materiallardan olan təbəqə ilə örtülür. Belə təbəqələrə misal olaraq, lak pərdəni, epoksid qətranı, silikonu, uretanı və bunlara oxşar başqa materialları göstərmək olar. Bütün bunlar müxtəlif amillər hesabına yaranan maneə və qüvvələrdən OL-ləri mühafizə etmək üçün tətbiq edilir.