BURULMA NÖVLƏRİ. Simmetrik kabelin elementi adlanan izolə olunmuş damarlar (naqillər) bir-birinə burularaq qrup əmələ gətrir. Burulma üç funksiyanı yerinə yetirir:
-dövrələr arasında elektromaqnit əlaqələri azalır, onların qarşılıqlı və xarici təsirlərdən mühafizə olunma qabiliyyəti artır;
-kabelin əyilən yerlərində damarların qarşılıqlı yerdəyişmələrini asnlaşdırır, onun daha davamlı və dairəvi şəkil almasını təmin edir;
-kabelin elastikliyini yaxşılaşdırır, montaj prosesini sürətləndirir və onun dəqiq yerinə yetirilməsinə zəmin yaradır.
Damarların qrup şəkilində burulmasının bir neçə metodu mövcuddur. Bunlar aşağıdakılardan ibarətdir:
cüt burulma (CB)-iki izolə olunmuş damar 300 mm-dən bir bir-birinə bnurularaq, qrup əmələ gətirir. Burada h=300 mm burulma addımıdır. Burulma addımı dedikdə, qrupların və ya damarların burulma oxu ətrafında cızdığı tam bir dövrün (çevrənin) uzunluğu başa düşülür.
Dördlük və ya ulduz burulma (D və ya; UB)-dörd izolə olunmuş damar bir-birinə burularaq qrup əmələ gətirir. Burulma addımı, h=150÷300 mm arasında dəyişir.
İkiqat cüt burulma (İQCB)-əvvəlcə dörd damardan ikisi bir-birinə burularaq iki cüt bürulmuş qrup əmələ gətirir. Sonra bu iki qrup bir-birinə burularaq İQCB-muş qrup əmələ gətrir. Bu halda cüt-cüt burulmuş qrupların addımı, hCB=400÷800 mm, dördlük şəkildə burulmuş qrupun addımı isə, hDB=150÷300 mm arasında dəyişir.
İkiqat ulduz burulma (İQUB)- əvvəlcədən bir-birinə burulmuş dörd cütlük birlikdə burularaq, səkkizə oxşar qrup əmələ gətirir. Səkkizə oxşar cüt burulmuş qrupun burulma addımı, hCB=150÷250 mm, səkkizə oxşar İQUB-muş qrupun burulma addımı isə, hİQCB=200÷400 mm arasında dəyişir. Cüt və səkkizlik burulmuş qrupların burulma istiqamətləri bir-birinin əksinə yönəlir.
Səkkizə oxşar burulma (SB)-səkkiz damar izolyasiya materialından olan özəyin ətrafında konsentrik şəkildə yerləşdirilir. İzolyasiya materialı kimi stirofleksdən (polietilendən) hazırlanmış kordel sap götürülə bilər. Səkkiz damardan iki dördlük yaradıla bilər. 1-ci dördlük tək damarlardan, 2-ci dördlük isə cüt yerdə duran damarlardan ibarətdir. Bütünlükdə dörd əsas cütlük və iki eyni veriliş parametrlərinə malik fantom cütlük alına bilər. Yuxarıda göstərilən burulma növləri şəkil 3.6-da göstərilmişdir.
Dövrələr arasındakı təsirləri azaltmaq üçün montaj zamanı (muftada) müntəzəm olaraq naqillərin yerlərini dəyişirlər. Bu proses izolə olunmuş damarların çarpazlaşması adlanır.
Burulmuş damarların əmələ gətirdikləri qrupların diametrləri aşağıdakı qayda ilə tapılır. İlk növbədə izolə olunmuş damarın diametri (d1) hesablanır:
d1=d+2 δkor.(1-σ)+2nΔ, mm (3.4)
burada d-cərəyan keçirən naqilin diametridir, mm; δkor.-kordel sapın diametridir, mm; σ-əzilmə əmsalıdır; Δ-izolyasiya lentinin bir təbəqəsinin qalınlığıdır, mm; n-izolyasiya təbəqəsindəki lentlərin sayıdır.
Əzilmə nəzərə alınmadıqda, cüt burulmuş qrupun diametri, dCB=2d1 qəbul edilir. Cüt burulmuş qrupun diametrinin effektiv və hesabat qiyməti, dCB=(1,65÷1,71)·d1 mm-dir.
Ulduz və ya dördlük şəkilində burulmuş qrupun diametrinin effektiv və hesabat qiyməti aşağıdakı kimidir:
Dul=(1+ )d1; Dul=(2,2÷2,41)·d1, mm (3.5)
Təbəqənin diametri, dördlük kabel üçün, Dtəb.=2,41·Dul və yeddilik kabel üçün isə, Dtəb.=3·Dul mm qəbul edilir.
Bu qayda ilə başqa qrupların diametrləri təyin edilir. Beləki, DİQCB=(2,6÷2,72)·d1 mm; DİQUB =(3,9÷3,98)d1 mm; DSB=(3,54÷3,60)·d1 mm.
Polimer materiallar kateqoriyasına daxil olan təbəqə ilə örtülmüş OL-in diametri aşağıdakı kimidir:
DOL = 2 · (b+Δ1+ΔPET.). mkm (3.6)
İzolə olunmuş damarlardan yaradılmış qruplar müəyyən sistem şəkilində bir yerə toplanaraq RK-lərinin özəyini əmələ gətirir.
RK-lərinin özəklərinin qurulmasından asılı olaraq, iki burulma sistemindən geniş istifadə edilir. Bunlar təbəqə və dəstə şəkilli burulma sistemləridir.
Əvvəlcə 50 və ya 100 qrup bir-birinə burularaq dəstə, sonra bu dəstələr burularaq kabelin özəyini əmələ gətirir (şəkil 3.7,a). Dəstə şəkilli burulmuş özəkdən aşağı tezlikli simmetrik və ORK-lərində istifadə edilir.
Müasir RK-lərində təbəqə şəkilində burulmuş özəklərdən daha çox istifadə olunur (şəkil 3.7,b). Qruplardan təşkil olunmuş təbəqələr ardıcıl olaraq məkəzi təbəqə ətrafında yerləşdirilir. Mərkəzi təbəqədəki qrupların sayı, n=1÷5-ə qədər ola bilər.
Mərkəzi təbəqənin diametri aşağıdakı düsturla hesablanır:
D1=dqr. , mm (3.7)
burada dqr.-qrupun diametridir, mm; n-mərkəzi təbəqədəki qrupların sayıdır.
Təbəqələrin sayından (m) asılı olaraq, hər bir təbəqənin diametri aşağıdakı düsturla tapılır:
Dtəb.=D1+(m-1)·2dqr. mm (3.8)
RK-nin müəyyənləşdirilmiş özəyi tam yığılıb qurtardıqdan sonra, onun üzərindən bir neçə təbəqədən ibarət kağız və ya polietilen lent sarnır ki, bunada qurşaq izolyasiyası deyilir. Qurşaq izolyasiyası ilə birlikdə RK-nin özəyinin diametri aşağıdakı kimi olacaqdır:
Döz.=Dtəb.+2nlentqi. ,mm (3.9)
burada nlen.-qurşaq izolyasiyasındakı lentlərin sayıdır; tqi.-qurşaq izolyasiyasındakı bir lentin qalınlığıdır, mm.
Mərkəzi təbəqədəki qrupların sayı (n) məlum olduqdan sonra, hər təbəqədəki qrupların sayı aşağıdakı qayda ilə tapılır:
1-ci təbəqədəki qrupların sayı:
2-ci təbəqədəki qrupların sayı:
q-cü təbəqədəki qrupların sayı:
Hər bir sonrakı qrup əvvəlkinin üzərinə vintvari xətt boyunca qoyulur. Ona görə də kabelin uznluğu ilə müqayisədə onun izolə olunmuş damarlarının uzunluğu artmış olur. Damarın uzunluğu burulma əmsalı ilə təyin olunur. Onda, ℓdam.=æ·ℓkab. km. Burada ℓkab.—RK-nin uzunluğudur, km; æ-burulma əmsalı olub, qiyməti æ =1,02÷ 1,07 arasında dəyişir.
Dostları ilə paylaş: |