Mövzu 10 KOAKSİAL KABELLƏR, ONLARIN KONSTRUKTİV VƏ ELEKTRİK XASSƏLƏRİ Həndəsi ölçülərinə görə koaksial kabellərin dörd konstruksiyası mövcuddur. Bunlar aşağıdakılardır:
mikrokoaksial cütlüyə malik kabel. Bunun əsas elementi olan koaksial cütlüyünün ölçüləri, d/D=0,7/2,9-dur. Koaksial cütlüklərin (KC) sayı, 4, 7, 19 daha çox ola bilər. AVS-lərinin köməyi ilə 300 telefon kanalı təşkil etmək mümkündür. Tezlik diapazonu 1,3 MHs-dir. RVS-ləri üçün isə telefon kanallarının sayı, 30÷120, tezlik diapazonu 2÷8,5 Mbit/san.-dir. Bu kabel əsasən ŞTŞ-də istifadə olunur;
kiçik ölçülü KC-yə malik KK. KC-ün ölçüləri, d/D=1,2/4,6-dır. Analoq və rəqəm verilis sistemləri qoşula bilər;
orta ölçülü KC-yə malik KK. Daxili və xarici naqillərin (KC) ölçüləri, d/D=2,6/9,5 mm-dir. Beynəlxalq və şəhərlərarası TKŞ-lərində tətbiq edilir. İnformasiyanın bütün növlərini həyata keçirmək qabiliyyətinə malikdir;
böyük ölçülü KC-yə malik olan KK-lər. Bir qayda olaraq bunlar d/D=7/27, 11/40 və s. ölçülərə malik bir cütlükdən ibarətdir. Onlar ikikabelli sistemlərdə istifadə olunur. Tezlik diapazonu 300 və 600 MHs-dir, 50000 və 100000 telefon kanalı yaratmaq mümkündür. Dəniz və okeanların altı ilə çəkilən, KC-lərinin ölçüləri, d/D=5/18; 8,4/25,4 və s. olan böyük ölçülü KK-lərdə mövcuddur. Bunların köməyi ilə 48, 60, 120, 300 və 2700 və daha çox telefon kanalları yaratmaq mümkündür.
Göstərilən konstruksiyalardan başqa, orta və kiçik ölçülü KC-lərdən hazırlanmış kombinə olunmuş KK-lərdə varıdır. Bunların tərkibi 4, 6, 8 orta və 4, 6 kiçik ölçülü KC-lərdən ibarətdir. Orta ölçülü KC-lərdən son məntəqələr və iri rabitə qovşaqları arsında çoxkanallı rabitəni və televizya verilişlərini həyata keçirmək üçün istifadə olunur. Kiçik ölçülü KC-lərdən isə trassa boyunca yerləşən yaşayış məntəqələrini rabitənin müxtəlif növləri ilə təmin etmək üçün istifadə olunur.
TKŞ-lərində orta və kiçik ölçülü KC-lərə malik KK-lərdən daha çox istifadə olunur. Ona görə də bu konstruksiyalardan olan kabelləri daha ətraflı öyrənmək lazımdır.