Mövzu 9
ŞƏHƏRLƏRARASI SİMMETRİK KABELLƏR, ONLARIN KONSTRUKTİV VƏ ELEKTRİK XASSƏLƏRİ
Şəhərlərarası simmetrik kabellər tətbiq olunan izolyasiyanın növünə görə, kordel-kağız (MK), kordel-polistirol (MKS) və polietilen (MKP) kimi üç yerə bölünür. Bu kabellərin örtükləri Pb, Al və Fe materiallarından hazırlanır.
Şəhərlərarası rabitə üçün 4x4 və 7x4, zonalararası rabitə üçün isə 1x4 konstruksiyaya malik kabellər geniş tətbiq olunurlar. Kabellər analoq (AVS) və rəqəm veriliş sistemlərində (RVS) istifadə olunur. AVS-ləri kimi K-60; K-1020S və RVS-ləri kimi isə, İKM-120; İKM-480 aparaturaları tətbiq edilirlər.
Hal-hazırda MKS və MKP tipli kabellərdən geniş istifadə olunur. MKSA-4x4x1,2 (dördlük çəkilində burulmuş, dörd qrupa malik, cərəyan keçirən naqilinin diametri 1,2 mm olan, aiüminium örtüklü, stirofleks izolyasiyalı şəhərlərarası s immetrik kabel) markasına malik kabelin en kəsiyi şəkil 3.8-də göstərilmişdir.
Şəkil 3.8-də göstərilən elementlərin adları: 1-polietilen şlanq; 2-polivinilxlorid lent; 3-qır təbəqəsi; 4-polad məftildən olan zireh; 5-kabel ipliyi (cuqut); 6- iki polad lentdən olan zireh; 7-yastıq; 8-suvaşqan yapışdırılmış təbəqə; 9-Al (alüminium) örtük; 10-qurşaq izolyasiyası; 11-dördlük qrup; 12-lent; 13-kordel sap; 14-damar; 15-doldurucu .
Şəkil 3.8-də müxtəlif zirelərə malik beş kabelin konustruksiyası göstərilmişdir. Bu kabellərin markaları aşağıdakı kimidir:
MKSAŞp-4x4x1,2 (MKSA tipli kabelin üst təbəqəsindən suvaşqan yapışdırılmış və polietilen şlanq çəkilmişdir, Şp)
MKSABp-4x4x1,2 (Bp-xaricdən kabel ipliyindən olan cuqut çəkilmiş, polietilen şlanq geydirilmiş, ikiqat polad lentdən olan zireh);
MKSABpQ-4x4x1,2 (BpQ-xaricdən örtülməmiş, yəni çılpaq, ikiqat polad lentdən olan zireh);
MKSABpŞp-4x4x1,2 (BpŞp-xaricdən polietilen şlanqla örtülmüş, ikiqat polad lentdən olan zireh);
MKSAKpŞp-4x4x1,2 (KpŞp-polietilen şlanqla örtülmüş, dairəvi polad məftildən olan zireh).
Ayrı-ayrı konstruksiyalara malik kabellərin ümumi diametri aşağıdakı düsturla hesablanır:
Dkab.=Dört.+2·(tyas.+tzir.+tx.təb.) mm (3.10)
burada Dört.=Döz.+2tört. mm-kabelin mühafizə örtüyünə qədər olan diametridir; tört.-örtüyün, tyas.-yastığın, tzir.-zirehin, tx..təb.-xarici təbəqənin qalınlıqlarıdır, mm.
Şəkil 3.8-də göstərilən konstruksiyaya malik kabellərin cərəyan keçirən damarlarının diametri d=1,2 mm-dir. O diametri, δkor.=0,8 mm olan, müxtəlif boyalarla rənglənmiş polistirol kordel sapla və qalınlığı, Δp.len.=0,05 mm olan polistirol lentlə sarınır. Hər bir dördlük qrupun 1-ci cütlüyünün izolə olunmuş damarları qırmızı və sarı, 2-ci cütlüyünün damarları isə göy və yaşıl boyalarla rənglənmişdir. Hər bir dördlük qrupun mərkəzi diametri, δkor.=1,1 mm olan stirofleks kordel sapla doldurulur. Dördlük qrupların burulma addımları muxtəlifdir, qarşılıqlı olaraq razılaşdırılıb və h=125÷275 mm arasında yerləşir.
Tezliyin ƒ=50 Hs qiymətində MKSAPş-4x4 və 7x4 tipli kabellər üçün mühafizə əmsalının qiyməti, 0,65; zirehlənmiş kabellər üçün isə, 0,11÷0,33 arasında dəyişir.
Qurğuşum örtüyə, stirofleks izolyasiyaya malik şəhərlərarası simmetrik kabellər, MKSQ, MKSB və MKSK kimi markalanırlar. Polad örtüklü kabelin markası MKSSPş kimidir. Polad örtüyün qalınlığı 0,4 mm-dir. Elastikliyini artırmaq üçün qarmon şəkilində hazırlanır. Polad zirehin üstündən korroziyaya qarşı qır və polietilen şlanq çəkilir.
Qurğuşum və polad örtüyə malik kabellərin sönmə əmsalı 2÷3% çoxdur.
Dostları ilə paylaş: |