Mühazirə Məşğələ Laboratoriya 6 7



Yüklə 2,58 Mb.
səhifə20/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
EL və ORX.(muh)

Kiçik ölçülü KK-lər. Bu kabellərin KC-nün ölçüsü d/D=1,2/4,6 nisbətindədir. Tətbiq sahəsi müxtəlifdir. Əsasən zonalararası və yerli TKŞ-lərində istifadə olunur. Üstün cəhətləri, konstruksiyasının və texnologiyasının sadə olması, ucuz başa gəlməsidir.
Qurğuşum və alüminium örtüklərinə və dörd KC-yə malik kiçik ölçülü KK-lər geniş tətbiq olunur. Bu kabellərin markaları, MKTS-4 və MKTA-4 kimidir. Hər iki kabelin özəyi eynidir.
Kiçik ölçülü MKTS-4 markalı kabelin en kəsiyi və koaksial cütlük şəkil 3.10-da göstərilmişdir.
Daxili naqilin diametri d=1,2 mm, materialı misdir. İzolyasiyası hava-polietilen birləşməsindən olub, balon şəkilində hazırlanır. Xarici naqil, qalınlığı 0,1 mm olan uzunluğu boyunca tikilmiş mis materialdan hazırlanır. Qalınlığı 0,1 mm olan ikiqat ekrana malikdir. Dörd KC, cərəyan keçirən damarlarının diametri 0,5 mm olan beş simmetrik cütlüklə birlikdə burularaq kabelin özəyini təşkil edir. Özəyin üzərinə qurşaq izolyasiyası çəkilir və bunun üst hissəsindən qurğuşum örtük, əgər zirehlənmiş kabel olarsa onda xaricdən polad lentlə örtülür. İnşa uzunluğu 500 m-dir. Mexaniki qüvvə nəticəsində qırılma möhkəmliyi 1260 N-dur. Dalğa müqaviməti 75 Om, əks olunma əmsalı (3÷5)·10-3 arasında dəyişir. Tezliyin 1 MHs qiymətində sönmə əmsalı 5,33 dB/km-dir. Tezliyin 60 kHs qiymətində bir inşa uzunluğuna malik kabelin başlanğıcında və sonunda keçid sönməsinin qiyməti 104 dB-dir. Dəyişən g ərginliyə görə izolyasiyanın deşilmə gərginliyi 2000 V-dur.
Polietilen və polivinilxloriddən ibarət ikiqat plastmas örtüyə malik MKTP-4 tipli kabeldən də geniş istifadə olunur. Bunlarında zirehlənmiş markalarından istifadə olunur. Zireh ikiqat polad lentdən ibarətdir və MKTPB-4 kimi markalanır.
MKT-4 tipli KK-lər 300 kanallı yüksək tezlikli AVS-ləri üçün 60÷1300 kHs tezlik diapazonunda tətbiq olunurlar. Dördnaqilli birzolaqlı rabitə sisteminə malikdir. Sistem uzaqdan qidalanır. XOl GM-lər 6 km-dən, XOGM-lər isə 120 km-dən bir qoyulur. K-300 aparaturasının gücləndirmə qabiliyyəti (enerji potensialı) 44 dB-dir. İKM-480 kimi RVS-ləri də qoşula bilər. 1,4,6,8,12 cütlüklü kiçik ölçülü KK-lərində konstruksiyaları mövcuddur.
Orta və kiçik ölçülərdən ibarət kombinə olunmuş KK-lər geniş tətbiq olunur. Ölçüləri 2,6/9,5 olan KC-lərdən K-1920; K-3600 AVS-ləri və İKM-480; İKM-1920 RVS-lərinin köməyi ilə çoxlu sayda telefon kanalları və televiziya verilişləri təşkil etmək mümkündür.
Ölçüləri 1,2/4,6 olan KC-lərdən K-300 AVS-ləri və İKM-480 RVS-lərinin köməyi ilə magistral boyunca yerləşən şəhər və başqa yaşayış məntəqələrinə lazım olan rabitə kanalları tam təmin olunur.
KK-in tərkib hissəsi olan simmetrik cütlük və dördlük qruplarından xidməti rabitə və telesiqnalların ötürülməsi üçün istifadə olunur. KM-8/6 kabeli ölçüləri, səkkiz d/D=2,6/9,5; altı d/D=1,2/4,6 olan KC-dən, bir dördlük (1x4x0,9), səkkiz simmetrik cütlük (8x2x0,9) qruplarından və altı tək damardan (6x1x0,9) ibarətdir. Bütün simmetrik cütlük və dördlük qrupların, eləcə də tək damarların materialları mis, cərəyan keçirən damarların diametrləri isə 0,9 mm-dir. Boru-polietilen tipli izolyasiyaya malikdir.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin