Mühazirə Məşğələ Laboratoriya 6 7


Mövzu 11 ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNDƏ İŞLƏDİLƏN KABELLƏR



Yüklə 2,58 Mb.
səhifə21/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
EL və ORX.(muh)

Mövzu 11
ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNDƏ İŞLƏDİLƏN KABELLƏR

ŞTŞ-ni qurmaq üçün abunəçi və birləşdirici kabellərdən istifadə edilir. Abunəçi kabeli ATS-lə abunəçinin telefon aparatını, birləşdirici kabel isə ŞTŞ-də olan ATS-ləri və ŞaTS-nı əlaqələndirmək üçün tətbiq edilir. Abunəçi xətləri üçün çoxnaqilli telefon kabellərindən (10x2÷2400x2), birləşdirici xətlər üçün isə bunlardan başqa, MKS-7x4 tipli simmetrik, MKT-4 tipli koaksial kabellərdən də istifadə edilir. Bu halda analoq veriliş sistemlərindən başqa rəqəm veriliş sistemləridə tətbiq olunur.


Abunəçi telefon kabelləri iki yerə bölünür:
-kağız izolyasiyalı (bu boru və ya porist şəkilində ola bilər) və metal təbəqə ilə örtülmüş (Pb, Al, Fe);
-bütöv polietilen izolyasiyalı plastmas örtüklü və ya poladla mühafizə olunmuş.
Kağız izolyasiyalı kabelin cərəyan keçirən damarının diametri d=0,4; 0,50,7 mm olub mis materialdan hazırlanır. Kabel, burulma addımı hc.b.=70÷100 mm-dən bir burularaq cüt qrupa və təbəqə şəkilində burulmuş özəyə malikdir. Mühafizə örtüyü qurğuşum və ya alüminiumdandır. Qurğuşum örtüyün qalınlığı 1,15÷3,0 mm təşkil edir.
Kabel zirehsiz (TQ) və müxtəlif konstruksiyalara malik zirelə istehsal olunurlar. Bunlara polad lent (TB), polad məftil (TK) və başqa variantlar aiddir. TQ tipli kabellərin tutumu TQ-5x2÷1600x2; TB və ya TK tipli kabellərin tutumu isə TB-5x2÷600x2 cütlüyə qədər ola bilər.
TQ tipli kabellərin yuxarıda göstərilmiş cərəyan keçirən damarlarının diametrləri uyğun olaraq 0,32; 0,5 və 0,64 mm-li diametrli damarlarla əvəz edilməsi nəzərdə tutulmuşdur.
Şəhər telefon kabelləri (ŞTK) əsasən özəkləri təbəqə və dəstə şəkilində burulmuş konstruksiyalarda istehsal olunur. Bunların ümumi görnüşü şəkil 3.11-də göstərilmişdir.
Plastmas izolyasiyalı kabellər. Bu kabellərin örtükləri polietilen və polivinilxloriddən, damarlarının izolyasiyası isə polietilendəndir. Zirehsiz və zirhlə istehsal olunur. TPP; TPV; TPPB vvə TPVB kimi markalanırlar. Polad örtüklü kabellər də (TPS) istesal olunur.
Cərəyan keçirən naqillərin dimetrləri d=0,32; 0,4; 0,50,7 mm, materialı mis, izolyasiyası isə, qalınlığı 0,2÷0,4 mm olan polietilendəndir. d=0,32d=0,4 mm olan kabellərin tutumu 10x2÷2400x2; d=0,5mm olan kabelin tutumu 10x2÷1200x2 və d=0,7mm olan kabelin tutumu isə 10x2÷600x2 cütlükdür. Zirehlənmiş TPPB kabeli 10x2÷600x2 cütlük qrupuna malikdir.
Özəyi təbəqə və dəstə şəkilində burulmuş kabellər buraxılır. Təbəqə şəkilində burulmuş özəyi ikipilləli sistem hesab etmək olar. Bundan fərqli olaraq, dəstə şəkilli burulmuş özək üç- və hətta dördpilləli sistemlə qurula bilər. 1-ci pillə qrupları, 2-ci elementar dəstələri, 3-cü az cütlüklərə malik kabelin özəyini və ya elementar qruplardan burulmuş əsas dəstələri, 4-cü pillə isə əsas dəstələrdən burulmuş çoxlu sayda cütlüklərə malik kabelin özəyini göstərir.
Dəstə şəkilində burulmuş özəyin əsas xarakterik xüsusiyyəti onların eyni tipli dəstələrdən burularaq qurulmasındn ibarətdir.
Dəstə şəkilində burulmuş özəkləri iki sxemlə qurmaq olar:
50 və ya 100 cüt (uyğun olaraq 25÷50 dördlük) dəstədən təşkil olunmuş qruplara malik özəklər;
10 cüt və ya 5 dördlük elementar dəstələrdən ibarət 50 və ya 100 cüt (uyğun olaraq 25÷50 dördlük) əsas dəstə adlanan qruplardan təşkil olunmuş özəklər.
Praktikada elementar dəstələrdəki cütlüklərin və ya dördüklərin sayı paylayıcı qutuların tutumuna bərabər, yəni 10x2 (5x4) götürülür. Əsas dəstələrin sayı isə payiayıcı şkaflardakı boksların tutumuna, yəni 100x2 və ya onun yarısına (50x2) bərabər götrülür. Bir qayda olaraq əsas dəstələrin sayı bütün ölkələrdə eynidir. Beləliklə, 10x2 elementar dəstələri qruplaşdıraraq 50x2 və ya 100x2 (uyğun olaraq 25x4 və ya 50x4) əsas dəstəyə malik özəyi qurmaq olar.
Dəstə şəkilində burulmuş özəklərdə özündən sonra gələn təbəqələrin sayı “n+6” qanununa deyil, “N+4” qanununa tabedir. Burada N-təbəqədəki , 4 isə mərkəzdəki dəstələrin sayını göstərir.
Beləliklə, 10x2 elementar dəstə (2+8)x2 iki təbəqəli və ya 5x4 beş dördlükdən ibarət bir təbəqəli sxemlə qurulur. Burada mərkəzdəki dəstələrin sayı 2, ikinci təbəqədəki dəstələrin sayı isə N=8-dir.
Əsas dəstə aşağıdakı sxemlə təşkil olunur:
50x2=5x(10x2); 25x4=5x(5x4); 100x2=(3+7)x(10x2); 50x4=(3+7)x(5x4); 30x2=3x(10x2).
Çox saylı cütlüklərə (150x2 cütlükdən başlayaraq) malik, dəstə şəkilində burulmuş kabellərin özəkləri iki sxemlə, yəni 50x2 və ya 100x2 dəstələrlə (uyğin olaraq 25x4; 50x4) qurula bilər. Məs. tutumları 300x2; 600x2; 2400x2 və s. olan kabellərin özəkləri aşağıdakı sxemlə qurulur:
300x2=(1+5)x(50x2); 300x2=3x(100x2); 600x2=(4+8)x(50x2);
600x2=(1+5)x(100x2); 2400x2=(4+8+12)x(100x2).
ŞTŞ-də işlədilən, dəstə şəkilində burulmuş özəklərə malik olan kabellərin özəklərinin qurulma sxemləri şəkil 3.12-də göstərilmişdir.
Kabelin özəyinin üstündən plastmas lent çəkilir ki, buda qurşaq izolyasiyası adlanır. Qurşaq izolyasiyasının üzərindən qalınlığı 0,1÷0,2 mm olan spiral şəkilində alüminium lent sarınır. Kabelin diametri 15 mm-dən artıq olduqda qarmon konstruksiyasına malik lentdən istifadə olunur. Alüminium lentdən olan ekranın üzərindən qalınlığı 2÷4 mm polietilen örtük çəkilir.
Cərəyan keçirən damarlarının izolyasiyası polietilendən olan kabellərin elektrik xarakteristikaları cədvəl 3.15-də göstərilmişdir.
Cədvəl 3.15

d, mm

R, Om/km

C, nF/km

Riz., MOm·km

U,
V

α, dB/km

|Zd|, Om

0,32

216

45

5000

1500

1,92

1358

0,4

139

45

5000

1500

1,54

1164

0,5

90

45

5000

1500

1,23

892

0,7

45

45

5000

1500

0,87

676

ATS-ATS və ATS-ŞaTS və başqa obyektlər arasında birləşdirici xətləri çəkmək üçün aşağıdakı kabllərdən istifadə olunur:



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin