Mühazirə Məşğələ Laboratoriya 6 7


KƏND RABİTƏ KABELLƏRİ VƏ MƏFTİLLİ RADİOYAYIM



Yüklə 2,58 Mb.
səhifə24/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
EL və ORX.(muh)

KƏND RABİTƏ KABELLƏRİ VƏ MƏFTİLLİ RADİOYAYIM. Kənd telefon kabelləri (KTK) stansiyalararası birləşdirici və abunəçi kimi iki yerə bölünürlər. Stansiyalararası rabitə üçün yüksək tezlikli, simmetrik, koaksial və optik kabellərdən istifadə olunur. Bunlar əsasən aşağldakı kimi markalanırlar: KSPP-1x4 və KSPP-2x4. Bu kabellərə AVS və RVSiqnaləri qoşulur. Stansiyalararası birləşdirici kabellərin köməyi ilə informasiyanı 100 km (orta hesabla 40 km) məsafəyə ötürmək mümkündür.
Abunəçi xətləri üçün tutumu 10x2÷50x2 cütə qədər olan adi ŞTK-lərindən istifadə olunur. Abunəçi xəttinin uzunluğu 15 km-dən (orta hesabla 2÷3 km) artıq olmamalıdır. Polietilen izolyasiyalı polietilen örtüklü, cərəyan keçirən damarı mis materildan olan bir cüt naqildən ibarət kabellər də tətbiq olunur. Bunun markası PRPPM-1x2 kimidir.
Bir qayda olaaraq KTK-lərinin cərəyan keçirən damarları misdən olur. Bundan başqa, alüminium ərintilərindən və ya bimetal (alüminium, mis və polad) materiallardan da cərəyan keçirən damar hazırlanır.
Kənd yerlərində radioproqramları yaymaq üçün gücləndirilmiş konstruksiyalı MRM-1x2 və adi PRPPM-1x2 tipli kabellərdən istifadə edilir.
KSPP-1x4 tipli kabel bir neçə modifikasiyada hazırlanır:
KSPPB-1x4-polietilen izolyasiyalı, polietilen örtüklü, polad lentlə zirehlənmiş və KSPPK-1x4 polad məftillə zirehlənmiş kabel.
K SPP-1x4 tipli kənd telefon kabelinin en kəsiyi şəkil 3.13-də göstərilmişdir.

KSPPB-1x4 kabeli bilavasitə torpağa basdırılır. KSPPK-1x4 kabeli isə çay keçidləri olan yerlərdən çəkilir. Şəkil 3.13,b-də KSPPt-1x4 kabelində “T” hərifi trosla bir yerdə istehsal olunan kabelin markasını göstərir.


Kabelin nəmliyə qarşı davamlığını artırmaq üçün onun içərisinə hidrofob doldurucu daxil edilir ki, bu halda da kabel KSPZP; KSPZPB kimi markalanır.
İkidördlüklü yüksəktezlikli kabel, iki zirehli birdördlüklü KSPPB-2x4 tipli konstruksiyaya malikdir. Ümumi polietilen şlanqı var və en kəsiyindən səkkizə oxşayır.
Nəzərə alsaq ki, bir- və ikidördlüklü kabellərin (1x4; 2x4) özəkləri eynidir, onda əsas veriliş parametrlərinin də (müqavimət, tutum, sönmə əmsalı, dalğa müqaviməti) eyni olduğunu qəbul etmək olar. KSPPB-2x4 kabelinin əsas üstün cəhəti, müxtəlif dördlüklərdən olan dövrələr arasında keçid sönməsinin yüksəsək olmasıdır (A0=100÷120 dB/iu). Buda ikitərəfli rabitə yaratmağa, rəqəm və analoq veriliş sistemləri tətbiq etməyə imkan verir. Kənd
Kənd yerlərində cərəyan keçirən damarlarının diametrləri d=0,8; 0,9 və 1,2 mm olan PRPPM-1x2; PRPBM-1x2x1,0; PRPPA-1x2x1,6 və PRPJ-1x2x1,2 kabellərindən də istifadə edilir. Kənddə radioyayım üçün magistral fider kabeli olan MRM-1x2x1,2 və abunəçi kabeli adlanan PRPPM-1x2 tipli kabellərdən geniş istifadə edilir. MRM-1x2x1,2 kabelinin izolyasiyası porist polietilendəndir. İzolyasiya təbəqəsinin qalınlığı PRPPM tipli kabelin izoiyasiyasına nisbətən xeyli qalındır. Ona görədə MRM tipli kabel gərginliyi 960 V-a qədər olan radiotranslyasiya şəbəkələrində tətbiq edilə bilər. Bununla müqayisədə PRPJ-1x2x1,2 (cərəyan keçirən damarı polad, izolyasiya təbəqəsi və mühafizə örtüyü polietilendən olan kabel və ya cüt məftil) kabeli ilə 360 V-dan artıq gərginlik vermək olmaz.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin