Mühazirə Məşğələ Laboratoriya 6 7


OPTİK RABİTƏ KABELlərinin



Yüklə 2,58 Mb.
səhifə26/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
EL və ORX.(muh)

OPTİK RABİTƏ KABELlərinin KONSTRUKSİYALARININ XÜSUSİYYƏTLƏRİ. ORK-lərl istehsal olunan zaman sönmə, buraxma zolağının eni, OL-lərin sayı, apertura ədədi kimi xarakteristikaları, əyilmə radiusnun, mexaniki qüvvələrin və s. buraxıla bilən qiymətlərini nəzərə almaq lazımdır. Bu xarakteristikalar bir-biri ilə sıx əlaqədardır və aşağıdakı parametrlərlə təyin olunurlar: özəyin diametri; örtüyün qalınlığı; özəyin və örtüyün sındırma əmsalları, onlarda yaranan itkinin qiyməti; qeyri-həmcinslik və s.
OL-lərin fiziki-mexaniki xüsusiyyələri istifadə olunan şüşənin keyfiyyəti, texnoloji proses zamanı onun dartılması ilə təyin olunur. Məlumdur ki, şüşə kimyəvi maddələrlə reaksiyaya girmir. Buna baxmayaraq, OL-ləri əhatə edən mühitin təsiri nəticəsində onun səthində qüsurlar əmələ gəlir ki, buda onların mökəmliyini xeyli aşağı salır. Bunu aradan qaldırmaq üçün OL-lər istehsal olunan zaman onların üst təbəqəsindən lak çəkilir.
OL-lər mexaniki qüvvələrə və xarici mühitin təsirlərinə qarşı çox həssasdır. Ona görədə OL-lərin konstruksiyalarını işləyib-hazırlayan zaman bir sıra tələbatları nəzərə almaq lazımdır. Bu tələbatlara aşağıdakılar daxildir: kabelin mökəmləndirici elementlərlə təmin olunması; OL-lərin yerləşdirilməsinin sabitliyi; mexaniki və atmosfer təsirlərindən mühafizəsi; örtüyün əyilmədən qorunması; kabellərin montaj işlərinin sadələşdirilməsi, onların möhkəm və keyfiyyətli olması və s. Bütün bu tələbatlar OL-lərin hazırlanması üçün materialın seçilməsi və OK-lərin konstruktiv elementlərinin hesabatı ilə əlaqədardır.
Elektromaqnit dalğaları yayılan zaman onlar OL-lərin əyilən hissələrində şüalanmaya məruz qalır ki, buda əlavə itkinin yaranmasına şərait yaradır. Ona görə də OK-lərin konstruksiyaları işlənib-hazırlanan və onların istehsal texnologiyası layihələndirilən zaman, başqa amillər kimi bunları da nəzərə almaq lazım gəlir.
Yuxrda göstərilən təlabatları ödəmək üçün OK-lərin konstruksiyaları layihələndirilən zaman onun elementlərinin, seçilən materialların, OL-lərin yerləşdirilməsinin, özəyin qurulmasının və ümumiyyətlə kabelin komplektləşdirilməsinin bir neçə variantı seçilib müqayisə edilir və nəticədə optimal variant götrülür. Ona görə OL-lərin tipi (dəstə və ya tək), lifin örtüyü (bütöv və ya boru şəkilli), mökəmləndirici elementlərin yerləşdirilməsi (mərkəzdə və ya liflərin ətrafında), kabelin özəyinin konstruksiyası və s. kimi variantlara baxılır.
ORK-lərinin konstruksiyaları işlənib-hazırlanan və onların texnoloji prosesləri layihələndirilən zaman, OL-lə yanaşı başqa elementlərində varlığını nəzərə almaq lazımdır. Bu elementlərə aş-lar daxildir:
-kabelin uzunluğu boyunca yaranan gərginlikləri özünə qəbul edən və onun qırılmasının qarşısını alan, möhkəmkəndirici elementlər;
-bütöv plastmas çubuqdan olan, doldurucular;
-xaricdən göstərilən mexaniki təsirlərə qarşı OK-lərin dayanıqlığını artıran, armirləşdiricilər;
-kabelin özəyinə rütubətin, zərərli maddələrin buxarlarının daxil olmasının və xarici təsirlərin qarşısını almaq üçün istifadə olunan, dempfir təbəqə və xarici örtük.
ORK-lərinin vacib xüsusiyyətlərindən biridə, onların dartılmaya qarşı kövrək olması və OL-lərin mexaniki qüvvələrin təsirindən qırılmasıdır. Bunları nəzərə alaraq, kabelin konstruksiyası işlənib-hazırlanan zaman aşağıdakı tədbirləri görmək lazım gəlir:
-OL-lərin veriliş parametrlərini pisləşdirən dartılma və əyilmə qüvvələrindən qorumaq;
-kabelin dartı qüvvəsinə məhdudiyyət qoymaq;
-əyilmə radiusunun buraxıla bilən qiymətinə əməl etmək üçün, onu möhkəmləndirici elementlərlə təmin etmək;
-kabeli xaricdən yaranma ehtimallığı olan mexaniki qüvvələrdən və maneələrdən mühafizə etmək.
Göstərilən tədbirlərin hamısı konstruktiv elementlərin materiallarının seçilməsi, onların kabelin özəyində yerləşdirilməsi və lazımi hesabatların aparılması ilə həyata keçirilir.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin