Mövzu 13 OPTİK RABİTƏ KABELLƏRİNİN TƏSNİFATI Optik rabitə kabelləri (ORK) öz tətbiq sahələrinə görə beynəlxalq, magistral, zonalararsı və yerli rabitə sistemlərinə bölünürlər. Adi elektrik rabitə kabelləri kimi ORK-ləri də analoq və rəqəm veriliş sistemlərinə qoşula bilir. RVS-ləri kimi İKM-30; İKM-120; İKM-480 və İKM-1920 aparaturalarından geniş istifadə olunur.
ORK-ləri optik diapazonda işləyir. Hal-hazırda λ=0,8÷1,6 mkm olan tezlik zolağından istifadə edilir ki, buda infra qırmızı spektrə uyğun gəlir.
ORK-ləri müəyyən qayda ilə bir-birinə burulmuş 1÷100 və daha çox optk liflərin və ya işıqötürücülərin ümumi örtük altında yerləşdirilərək əmələ gətirdikləri istiqamətləndirici sistemlərin növlərindən biridir. İşıqötürücü optik diapazonda elektromaqnit dalğasının yayılmasını təmin edir.
Optik dalğaötürücünün həndəsi ölçüləri kiçik olduğuna görə onu işıqötürücü (İÖ) və ya optik ilf (OL) adlandırırlar. Işıqötürücü terminindən informasiya ötürülən zaman həndəsi optika qanunlarından istifadə edilirsə, OL terminindən isə ORK-lərinin konstruksiya və ya texnologiyasına aid olan suallara baxılırsa istifadə edilir.
ORK-ləri böyük həcmidə informasiyanı buaxma qabiliyyətinə, qarşılıqlı və xarici maneələrə qarşı davamlı olduğuna görə TKŞ-lərində geniş tətbiq olunur. Kütləsi yüngül, qabarit ölçüləri kiçik, odadavamlı olduğundan, bunlardan su nəqliyat vasitələrinin, uçan və başqa hərəkətdə olan obyektlərin, radioelektron, hesablama maşınlarının, ölçü cihazlarının, avtomatik idarəetmə sistemlərinin, kompüter texnikasının avadanlıqlarının və s. montajında geniş istifadə olunur.
Yüksək mühafizə olunma qabiliyyəti, az itkiyə malik olması və s. kimi keyfiyyətləri, okean və dənizlərdən keçərək magistral kabel xətlərinin çəkilişi və yüksək gərginlik xətlərində texnoloji rabitənin təşkili üçün imkan yaradır. Sualtı ORK-ləri bir sıra xüsusiyyətlərinə görə başqa OK-lərdən fərqlənirlər.
Xeyli miqdarda telefon kanalları tələb olunan yerlərdə və informasiyanı uzaq məsafəyə ötürmək lazım gəldikdə şəhərlər- və zonalararası ORK-lərindən istifadə olunur. Bu kabellər kiçik sönməyə və dispersiyaya, böyük həcmidə informasiyanı buraxma qabiliyyətinə malik olmalıdır. Rabitəni təşkil etmək üçün birmodlu OL-dən başqa, yarımkeçirici lazer, lavin fotodiodu (LFD), xətt regeneratoru da tələb olunur.
ŞTŞ-də ATS-ATS; ATS-ŞaTS; ATS-İATS; ATS-PŞ və s. kimi bir sıra obyektlər arasında birləşdirici kabellər kimi ORK-lərindən istifadə olunur.
Yerli və lokal şəbəkələr dedikdə, obyektlərarası, müəssisədaxili, təsviri göstərən telefon, kabellə televiziya yayımı, kompleks hesablama və avtomatlaşdırma sistemləri, xüsusi xidmət və s. kimi rabitə növləri başa düşülür. Belə şəbəkələrdə informasiya mübadiləsinin baş tutması üçün kvars və çoxkompanentli şüşə materialdan hazırlanmış pillə və qradyent şəkilli OL-lərdən ibarət OK-lər, işıq diodu (İD), yarımkeçirici injeksion lazer, fotodiod (FD), şaxələndirici və s. kompleks qurğulardan istifadə etmək lazım gəlir.
ORK-lərindən montaj məqsədi kimi də istifadə olunur. Bunlar lent və ya jqut şəkilində hazırlanırlar.
ORK-lərinin fiziki-mexaniki xarakteristikalarına qoyulan əsas tələbatlar aşağıdakılardır: qırılmaya qarşı yüksək dərəcədə möhkəm; mexaniki qüvvələr nəticəsində əmələ gələn itkiləri azaltmaq üçün kifayət qədər bufer mühafizəyə malik; işçi tempratura qarşı (-40......+500) davamlı; elastik; radiasiyaya, kimyəvi reaksiyaya və zərbələrə qarçı möhkəm; çəkilməsi və montajı sadə olmalıdır; 20 il ərzində etibarlı işlməlidir; rütubət və ya nəmliyi keçirməməlidir.
ORK-lərinin əsas optik xarakteristikaları dedikdə, onun kiçik sönməyə və dispersiyaya, eləcə də geniş buraxma zolağına malik oması başa düşülür.
Sualtı OK-lərə əlavə olaraq, onların nəmlikdən yüksək dərəcədə mühafizə olunması, ucuz başa gəlməsi və istismar zamanı etibarlı işləməsi kimi təlabat qoyulur.