Mühazirə Məşğələ Laboratoriya 6 7


Mövzu 4 ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNİN TUTUMUNUN HESABATI



Yüklə 2,58 Mb.
səhifə9/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   60
EL və ORX.(muh)

Mövzu 4
ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİNİN TUTUMUNUN HESABATI
Hal-hazırda şəhər, rayon və şəhər tipli qəsəbələrdə telefon şəbəkəsinin tutumu telefon sıxlığının normasına görə təyin edilir. TKŞ-lərinin perspektiv sxemini işləyib hazırlayan zaman, ərazidə yaşayan əhalinin telefon rabitəsinə olan ehtiyacını bildirən sənədlərin araşdırılmasından, əldə olan materialların müayinəsindən, aparılan müşahidələrdən və istismar zamanı mövcud şəbəkələrdən alınan məlumatların nəticələrindən istifadə edilir.
ŞTŞ-nin ümumi tutumunun hesabatı, şəhərdə yaşayan əhalinin sayını və onun 5÷10 il ərzində artımını nəzərə almaqla aparılır. Bu məqsədlə ilk növbədə perspektiv müddət üçün əhalinin artımı təyin edilir.


Ht=Hüm.·(1+0,01·p)t min nəfər, (1)

burada Hüm.-cari ildə ərazidə yaşayan əhalinin ümumi sayıdır, min nəfər; p-əhalinin il ərzində orta artımıdır (təbii olaraq, bu halda başqa yaşayış məntəqələrindən köçüb gələn əhalinin sayıda nəzərə alınır ) və təqribi hesabat üçün p=(2÷3)% qəbul edilir; t-perspektiv müddətdir və t=5÷10 il götürülür.


Perspektiv müddət üçün sənayedə, müəsissə, idarə və başqa sahələrdə işləyən fəhlə və qulluqçuların sayı (Hfq.) bu bölmələrin mövcud fəaliyyətinə əsasən təyin edilir.
Xidmət sferasında (ticarət, ictimai-iaşə, tədarük və material-texniki təhcizat, fermer bölmələri, nəqliyyat, rabitə, mənzil-komunal təssərüffatı) özfəaliyyətlə məşğul olan əhalinin sayı, perspektiv müddətdə ərazidə yaşayacaq əhalinin sayının (25÷30)% qədər götürülür, yəni:


Hxs.=(0,25÷0,30)·Ht min nəfər, (2)

Məşğul olan əhalinin sayı aşağıdakı şərti ödəməlidir:





Qeyd etmək lazımdır ki, məşğul olan əhalinin sayı, əhalinin ümumi sayının 48÷50%-ni ötməməlidir.
ŞTŞ-nin ümumi tutumu aşağıdakı düsturla tapılır:


Nüm.=Nmən+Ns+Na= +
+(0,02÷0,04)·Nmən, min nöm. (3)

burada mənzil bölməsinə düşən telefonların sayını tapmaq üçün istifadə edilən əmsal olub, əhalinin ümumi sayının (25÷30)%-ə qədəri götrülür (yəni -sənaye müəsissələrinə (tikinti, tikinti-quraşdırma, elm və mədəniyyət, marif, səhiyə, istehsal müəsissələri, inzibati idarə) düşən telefonların sayını tapmaq üçün istifadə olunan əmsal olub, qiyməti işləyənlərin sayının (10÷15)% qədər götrülür, yəni eləcə də xidmət sferası üçündür və qiyməti xidmət sferasında çalışan işçilərin sayının (10÷20)% qədər götrülür, yəni Nmən-mənzil, Ns isə sənaye bölmələrrinin telefonlarının sayını göstərir; Na-telefon-avtomatların (taksafonların) sayıdır və mənzil bölməsinin telefonlarının sayının (2÷4)% qədər qəbul edilir. Adətən Na ŞTŞ-nin ümumi tutumunun (1,5÷2)%-ni təşkil edir.


ŞTŞ-nin telefonlarının sayı məlum olduqdan sonra şəhərin ərazisində yeni layihələndirilən RATS-ın tutumunu təyin etmək olar. Bu məqsədlə (3) dusturu ilə tapılmış şəbəkənin tutumundan və şəhərin ərazisinin konfiqurasiyasından (ərazinin uzunluğu, a və eni, h) istifadə olunur. Əgər şəhərin ərazisi mürəkkəb konfiqurasiyaya malik olarsa, onu uzunluğu a, eni h olan düzbucaqlı şəkilə gətirmək məqsədə uyğun hesab edilir.
Şəbəkənin bir nömtəsinin xətt qurğusuna sərf olunan xərcin orta dəyəri aşağıdakı düsturla hesablanır:


,min man. (4)

burada La Lb-uyğun olaraq, şəbəkədə bir cüt nömrəyə sərf olunan abunəçi və birləşdirici kabelin uzunluğudur, km; C1-telefon kanalizasiyasının dəyərini nəzərə almaqla bir km cüt naqilin dəyərinin orta qiymətidir, man./km; və sabit əmsallardır, rayonlaşmış şəbəkə üçün və qəbul edilir; şəbəkənin hər bir abunəçisinin ən böyük yüklənmə saatında (ƏBYS) məşğul olma müddətində yaratdığı yükün orta qiymətidir və hesabat üçün qəbul edilir.


(4) düsturunda dəyişən kəmiyyət RATS-ın axtarılan qiymətidir. NRATS=2000; 4000; 6000; 8000 və 10000 qiymətlərini verib, hesabat apararaq, Cx -minimal qiymətinə görə sərf olunan kabelin minimum olduğunu müəyyənləşdirərək RATS-ın tutumu tapılır. Bu məqsədlə qraf-analtik metoddan istifadə olunur.
RATS-ın tutumu təyin edildikdən sonra, onu yaxın minliyə qədər yuvarlaşdırmaq lazım gəlir. RATS-ın tutumunu yuvarlaşdırmaqda məqsəd ŞTŞ-nin ümumi tutumunu almaqdan ibarətdir.
Tutaq ki, Nüm.=30000 nöm., qraf-analtik metodla NRATSIQNAL=7500 nömrə olduğu tapılmışdır. Bu halda Nüm=2·NRATS1;2+2·NRATS3,4=2·7000+2·8000=30000nöm. götürmək məqsədə uyğun sayılır. Burada NRATS-1=NRATS-2=7000 nöm., NRATS-3= NRATS-4=8000 nöm. olduğu qəbul edilmişdir.
Bu qayda ilə şəbəkədə olan RATS-ların tutumunu təyin etdikdən sonra, şəhərin ərazisi telefon rayonlarına ayrılır və hər rayonun abunəçilərinə xidmət edən RATS-lar müəyyənləşdirilir. RATS-ın əhatə etdiyi ərazinin sahəsi aşağıda göstərilən təqribi düsturla hesablanır:
Sr-n=Sşəh.· , (5)
burada Sşəh.= ŞTŞ-nin xidmət etdiyi şəhərin ərazisidir. Bu halda şəhərdə telefonun sıxlığının müəyyən qədər bərabər paylandığı qəbul edilmişdir.
Telefon rayonunun hesablanmış sahəsi şəhər ərazisinin planı üzərində qeyd edilir. Bu qeydiyat geniş küçələrin, çayların, dəmir yollarının, parkların və s. kimi sahələrin üzərində aparılır ki, bu da sərhəd adlanır.
RATS-ın yerləşdiyi ərazinin sahəsi məlum olduqdan sonra ərazinin enini və uzunluğunu tapmaq üçün aşağıdakı düsturlardan istifadə olunur:
(6)
Rayonun konfiqurasiyasını düzbucaqlı və ya kvadrat şəkilinə gətirmək üçün 1,2 -konfiqurasiya əmsalından istifadə edilir. Şəhərdə olan telefon rayonlarının sayı aşağıdakı düsturla tapılır:
(7)
Telefon yükünün mərkəzini təyin etmək üçün rayon ərazisinin planı üzərində yaşayış evləri, xidmət sferasının binaları, zavod və fabriklərin əraziləri və s. qeyd olunmalıdır.

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin