Mühazirə Məşğələ Laboratoriya 6 7


Mövzu 3 MAGİSTRAL VƏ ZONALARARSI TKŞ-



Yüklə 2,58 Mb.
səhifə7/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   60
EL və ORX.(muh)

Mövzu 3
MAGİSTRAL VƏ ZONALARARSI TKŞ-lərinin QURULMASI
TKŞ-lərinin tərkibinə aşağıdakılar daxildir: 1.informasiyanı ötürən sistemlər (xətlər və aparaturalar); 2.kommutasiya qurğuları (sistemləri); 3. son qurğular.
Yeni tikilib-quraşdırılan TKŞ-də kapital xərclərinin ən böyük hissəsi xətt qurğusunun və informasiyanı ötürən apparaturaların payına düşür. Ona görə də TKŞ-nin qurulmasının və şəbəkənin strukturunun optimal variantının seçilməsi vacib məsələlərdən biridir.
Şəbəkə qovşaqlardan (kommutasiya sistemlərindən, rabitə kanallarından) və onları bir-biri ilə birləşdirən rabitə xətlərindən ibarətdir.
TKŞ-ləri quraşdırılan zaman iki prinsip əsas götürülür. Şəbəkə iqtisadi cəhətdən səmərəli və texniki cəhətdən etibarlı və davamlı olmalıdır. Bu məqsədlə şəbəkənin qurulma variantlarını araşdıraq. Bu variantlardan bir neçəsi şəkil 2.1-də göstərilmişdir
Şəkil 1,a-da şəbəkənin “Biri hər biri” prinsipi ilə qurulması göstərilmişdir. Şəkildən göründüyü kimi hər bir qovşaq şəbəkədə olan qovşaqlarla bilavasitə əlaqə saxlaya bilir. Bu o deməkdir ki, belə variant texniki cəhətdən etibarlıdır, lakin iqtisadi cəhətdən səmərəli hesab olunmur. Çünki, bir qovşağın şəbəkədəki hər bir qovşaqla bilavasitə əlaqə saxlaması üçün bu qovşaqdan bir neçə istiqamətdə rabitə kabelləri çəkmək lazım gəlir.
Şəkil 1,b-də qovşaq prinsipi ilə qurulan şəbəkənin strukturu göstərilmişdir. Şəkildən göründüyü kimi, bir neçə məntəqə bir qovşaqda qruplaşır, sonra isə bu qovşaqlar öz aralarında birləşirlər. Bu prinsilə qurulan şəbəkə iqtisadi cəhətdən səmərəsiz hesab edilir.
Şəkil 1,c-də TKŞ-nin radial variantla qurulma prinsipi göstərilmişdir. Bu prinsiplə qurulan şəbəkə ucuz başa gəlməsinə baxmayaraq, qovşaqlar arasında ehtiyat əlaqə olmadığından etibarsız hesab edilir.

Beləliklə, etibarlı və dayanıqlı şəbəkə dedikdə, şaxələnmiş şəbəkinin yaradılması və müxtəlif növ RX-lərinin tətbiqi, eləcədə onların müxtəlif istiqamətlərə çəkilməsi kimi sistemlər başa düşülür.


Ölkənin TKŞ-si magistral və zonalararası rabitə şəbəkələrindən ibarətdir. Zonalararası şəbəkə zonadaxili və yerli şəbəkələrə bölünür. Zonadaxili rabitə rayon və şəhərləri bir-biri ilə birləşdirir. Yerli rabitə rayon və şəhərlərin mərkəzlərini kəndlər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələri ilə birləşdirir. Ölkənin magistral TKŞ-nin strukturu şəkil 2-də göstərildiyi kimidir.
Bütün şəbəkələrdə rabitə yaratmaq üçün simmetrik, koaksial və optik rabitə kabellərindən istifadə edilir.
Ölkənin beynəlxalq TKŞ-lərinə çıxışını təmin etmək üçün şəbəkənin qurulmasında “radial - qovşaq” prinsipindən istifadə etmək məqsədə uyğun hesab edilir. Bu prinsip vasitəsi ilə şaxələnmiş, uzunmüddətli, davamlı, etibarlı və qənaətli rabitə yaratmaq mümkündür. ‘Radial-qovşaq” prinsipi dolayı yolla yaranan rabitəni çox qısa müddətdə və kiçik məsafədə həyata keçirməyə imkan verir.

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin