RABİTƏ XƏTLƏRİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ HAQQINDA QISA MƏLUMAT. Rabitə xəttinə olan təlabat XIX əsrin ikinci yarısında elektrik teleqrafının tətbiqi ilə ələqadar olaraq meydana gəlmişdir. İlk dəfə elektrik rabitəsi kabel xətləri vasitəsi ilə təşkil olunmuşdur. Sonralar kabelin konstruksiyasının mürəkkəbliyi ilə ələqadar olaraq, onları hava rabitə xətləri əvəz etmişdir. İlk dəfə, yəni 1854-cü ildə hava rabitə xətləri vasitəsi ilə uzaq məsafəyə rabitə xətti çəkilmişdir. XIX əsrin 70-ci illərində bu məsafə artıq 10000 km-ə çatdırılmışdır. 1939-cu ildə dünyada ilk dəfə olaraq uzunluğu 8300 km olan, yüksək tezlikdə işləyən magistral kabel xətti istismara verilmişdir.
Kabel xətlərinin yaradılması rus alimi P.L.Şillinqin adı ilə bağlıdır. 1812-ci ildə Şillinq Peterburqda, suyun altında olan minaın partlamaını sınaqdan keçirən zaman özünün izolə olunmuş elektrik naqilindən istifadə etmişdir.
1851-ci ildə Moskva ilə S.Peterburq arasında dəmir yolunun çəkilişi ilə eyni vaxtda bu iki məntəqə arasında teleqraf kabel xətti qoyulmuşdur. İlk sualtı kabel 1879-cu ildə Xəzər dənizindən çəkilmişdir. 1866-cı ildə Atlantik okeanından keçməklə, Fransa ilə ABŞ-ı birləşdirən magistral kabel xəttinin tikintisi başlanmışdır.
XIX əsrin 90-cı illərinin əvvəllərində dünyanın müxtəlif ölkələrində şəhər telefon şəbəkəsində 54 ədəddən ibarət, izolə olunmuş damardan hazırlanmış kabel tətbiq olunmuşdur. XX əsrin əvvələrindən başlayaraq ŞTŞ-də tətbiq olunan kabellərin yeraltı çəkilişinin inşasına başlanmışdır.
Rabitə kabellərinin konstruksiyası XX əsrin əvvələrinə təsfdüf edir. Bu kabellər çox da uzaq olmayan məsafəyə telefon verilişi həyata keçirmək üçün tətbiq edilirdi. Bunların cərəyan keçirən naqilləri kağız-hava növündən olan dielektriklə izolə olunmuş, cüt burulmaya malik ŞTŞ-də tətbiq olunan kabellər adlanır. 1900-1902-ci illərdə induktivliyi süni sürətdə artırmaqla informasiyanı uzaq məsafəyə ötürmək mümkün olmuşdur. Bu məqsədlə Pupinin təklifi ilə dövrəyə induktivliyi xeyli çox olan sarğı qoşulmuş və ya Krarupa üsulu ilə cərəyan keçirən naqilin üzərinə ferromaqnit xassəsi yüksək olan materialdan dolaq sarınmışdır. Bu üsulları tətbiq etməklə həmin illərdə telefon və teleqraf rabitəsinin uzaqlığını bir neçə dəfə artırmaq mümkün olmuşdur.
XX əsrin 30-cu illərində çoxkanallı rabitə sistemləri inkişaf etməyə başlamışdır. Tezlik spektrinin yüksəldilməsi, xəttin buraxma qabiliyyətinin genişlənməsi, koaksial kabel kimi istiqamətləndirici sistemlərin meydana gəlməsinə şərait yaratdı. 1935-ci ildən başlayaraq koaksial kabellərin kütləvi şəkildə istehsalına başlanmışdır. Bunun əsas səbəbi yeni yüksək keyfiyyətli dielektrik materialların (polistrol, stirofleks və s.) yaranması ilə əlaqədardır. Bu kabellər vasitəsi ilə tezlik diapazonunu milyon hersə çatdırmaq mümkündür. Buda geniş tezlik spektrinə malik olan televiziya proqramlarını (verilişlərini) uzaq məsafəyə ötürməyə imkan verir. 1956-cı ildə Avropa və Amerika qitələri arasında çoxkanallı rabitəni həyata keçirmək üçün sualtı magistral kabel istismara verilmişdir.
1965-ci ildən başlayaraq geniş zolaqlı dalğaötürücü və ifrat keçirici kabel xətləri yaradıldı. 1970-ci ildən etibarən infra qırmızı diapazonda işləyən işıqötürücü və optik kabellərin yaradılması üçün intensiv işlər aparılmağa başlandı. 1980-cı illərin əvvələrində artıq optik rabitə kabelləri istehsalata vəsiqə almışdır. Yarımkeçirici lazer kimi şüalanma mənbənin yaranması optik rabitənin inkişafında həlledici rol oynadı. Hal-hazırda optik lifli rabitə xətləri vaitəsi ilə informasiyanın müxtəlif növləri yayımlanır. Telekommunikasiya şəbəkələrində optik rabitə kabellərinin tətbiqinə geniş yer ayrılmışdır. Artıq bir çox sahələrdə optik rabitə kabelləri (ORK) adi elektrik rabitə kabellərini əvəz etmişdir.