Mühazirə Məşğələ Laboratoriya 6 7


Mövzu 2 MÜASİR ELEKTRİK RABİTƏSİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ



Yüklə 2,58 Mb.
səhifə5/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
EL və ORX.(muh)

Mövzu 2
MÜASİR ELEKTRİK RABİTƏSİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Hal-hazırda TKŞ-lərinin inkişafı kabel rabitə xətlərinin geniş tətbiqinə və onların təkmilləşdirilməsinə əsaslanır. Bu məqsədlədə şəhər və zonalararası rabitə şəbəkələrində istifadə olunan HRX-ləri artıq bütünlüklə KRX-ləri ilə əvəz olunmuşdur. 1970-ci ildən başlayaraq RRX-ləri tətbiq edilməyə başlanmışdır. Ölkənin ərazisində radio və televiziya yayımları RRX-ləri vasitəsi ilə həyata keçirilir. Eyni zamanda radiorele və KRX-lərinin inkişaf etdirilməsi onunla əlaqədardır ki, lazım gəldikdə bunlar bir-birini əvəzləyə bilir.
Xətt qurğusunun inkişafı 1960-cı ildən başlayaraq daha genşlənmişdir. Belə ki, içi boş, yaxşı keçirici xassısinə malik , boru və ya düzbucaqlı şəkildə hazırlanmış dalğaötürücülər, dielektrik dalğaötürücülər, linzalı və ya optik liflərdən silindirik şəkildə hazırlanmış işıqötürücülər, üzəri yüksək tezlik xassəsinə malik dielektrik materialla örtülmüş birnaqilli,sətvari müstəvi xətlər bu illər ərzində yaradılmış, inkişaf etdirilmiş, genişləndirilmiş və istehsalatda öz tətbiqini tapmışdır.
Müasir texnika və texnologiya ilə əlaqədar olaraq elektrik və optik rabitə aşağıda göstərilən istiqamətlər üzrə genişlənir və inkişaf edir. Bu məqsədlə beynəlxalq, şəhərlərarası və yerli şəbəkələrdə istifadə olunan rabitə xətləri qarşısında aşağıdakı təlabatlar qoyulur:
-ölkənin TKŞ-lərini daha da inkişaf etdirərək gələcəkdə beynəlxalq şəbəkəyə qoşulmanı təmin etmək;
-ölkə daxilində mənəvi cəhətdən köhnəlmiş rabitə kabellərini müasir kabellərlə əvəz edib, beynəlxalq TKŞ-lərinə qoşulmaq üçün onun uzaqlığını lazım olduğu qədər artırmaq;
-müasir informasiya növlərinin hamısının ötürülməsi üçün, o cümlədən, televiziya, məlumatların ötürülməsi, radioyayım, yüksək tezlikli telefonlaşma, qəzet və başqa mətbuat vasitələrinin verilməsi, internet şəbəkələrə çıxış və s. yararlı olan geniş diapazona malik tezlik zolağının yaradılması;
-elektrik rabitə kabellərindən təşkil olunmuş dövrələrin qarşılıqlı və xarici təsirlərdən, eləcə də atmosferdə baş verən elektrik boşalmalarından, tufandan və karroziyadan mühafizəsini lazımi səviyyədə təmin etmək;
-elektrik və optik parametrlərin dövrənin və danşıq traktının uzunlağu boyunca stabilliyini təmin etmək, dayanıqlı, davamlı və etibarlı rabitə yaratmaq;
-bütünlükdə TKS-lərinin iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək.
Beynəlxalq və şəhərlərarası TKŞ-lərində tətbiq olunan KRX-ləri çoxlu sayda elementlərdən ibarətdir və mürəkkəb texniki qurğuya bənzəyir. Beləki, KRX-ləri uzunmüddətli işləməli, onlar vasitəsi ilə yüz və minlərlə rabitə kanalları fasiləsiz olaraq informasiyanın ötürülməsini təmin etməlidir. Ona görə də xətt avadanlıqlarına, ilk növbədə elektrik və optik siqnalların daşınmasını həyata keçirən xətt trktına, KRX-lərinə daxil olan kabel armaturalarının normal, etibarlı və fasiləsiz işləməsinə böyük təlabat qoyulur.
Rabitə xəttinin növü və konstruksiyasının seçilməsi təkcə xəttin uzunluğu boyunca enrjinin yayılması ilə təyin olunmur. Bu vaxtı bir-biri ilə qonşu olan yüksək tezlikli dövrələrin qarşılıqlı təsir nəticəsində yaratdıqları maneələridə nəzərə almaq lazımdır. Kabel texnikasında müxtəlf xassəyə və konstruksiyaya malik dielektriklərdən istifadə olunur. Bu dielektrikləri seçən zaman yüksək tezlikli kanallar vasitəsi ilə kiçik itkiyə malik və gücləndirici məntəqələr arasındakı məsafənin xeyli böyük olmasını ödəyən xassə əsas götrülür.
Yuxarıda göstərilən təlabatların hamısını nəzərə alaraq kabel texnikası aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir:
1. Bir kabelli rabitə sistemi vasitəsi ilə işləyən, coxlu sayda telefon kanalı təşkil edən və televiziya verilişlərinin yayılmasını həyata keçirə bilən koaksial kabellərin genişləndirilməsinə üstünlük vermək;
2. İstehsal prosesində az tapılan əlvan metallar (Cu, Al, Pb) tələb etməyən, bir istiqamətdə çoxlu miqdarda rabitə kanalları yaratmağa imkan verən, aşağı və yüksək tezlik diapazonunda işləyə bilən optik kabellərdən geniş istifadə etmək;
3. Kabel texnikasında yaxşı elektrik və mexaniki xarakteristikalara malik olan, istehsal proseslərini avtamatlaşdırmağa imkan verən plastmas materialların (polietilen, polistirol, polipropilen və s.) tətbiq olunmasını daha da genişləndirmək;
4. Qurğuşum örtüyün bütünlüklə alüminium, polad, plastmas və metal-plastmas örtüklərlə əvəz edilməsini təmin etmək (rabitə kabellərinin örtükləri germetik olmalıdır və kabelin istismar müddətində elektrik parametrlərinin stabil qalmasını təmin etməlidir);
5. Zonadaxili və yerli şəbəkələrdə iqtisadi cəhətdən səmərəli olan kabellərin (bir cütlükdən ibarət koaksial, bir dördlükdən ibarət simmetrik, kiçik tutumlu optik və zirehsiz) konstruksiyalarının işlənib hazırlamaq və onların tətbiq etmək;
6. Xarici elektromaqnit təsirlərindən və atmosferdə elektrik boşalmalarından, onunla ötürülən informasiyanı etibarlı mühafizə edən ekranlara malik olan, xüsusəndə ikiqat örtükdən (Al-Fe, Al-Pb) ibarət kabellərin konstruksiyalarının işlənib hazırlamaq;
7. Rabitə kabellərində istifadə olunan izolyasiya materiallarinın elektrik gərginliyinə qarşı möhkəmliyini artırmaq. Müasir kabellər yüksək tezlik siqnallarını daşımaqla bərabər, yüksək gərginlik cərəyanlarını ötürmək xassələrinədə malik olmalıdırlar. Beləki, bu kabellər vasitəsi ilə xidmət olunmayan gücləndirici və regenerasiya məntəqələri məsafədən qidalanırlar.
8. Optik regenerator məntəqələri (ORM) arasındakı məsafənin km olmasını təmin edən, bir modlu rejimdə işləməyə imkan verən şəhərlərarası və beynəlxalq TKŞ-lərində geniş istifadə olunan ORK-lərinin tətbiqinin genişləndirilmək.
Rabitə xəttinin perspektiv inkişafı çoxkanallı rəqəm veriliş sistemlərinin, TKŞ-lərində yeni texnologiyaların şəbəkələrə tətbiqindən asılıdır.

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin