Mühazirə Məşğələ Laboratoriya 6 7


RABİTƏ XƏTLƏRİNİN NÖVLƏRİ



Yüklə 2,58 Mb.
səhifə4/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
EL və ORX.(muh)

RABİTƏ XƏTLƏRİNİN NÖVLƏRİ. TKS-lərinin mürəkkəb, vacib və qiymətli elementlərindən biri rabitə xətləri hesab edilir. Rabitə xətləri vasitəsi ilə informasiyanın daşıyıcısı hesab olunan elektrik və optik siqnallar bir abunəçidən (stansiyadan) digərinə və əksinə ötürülür. TKS-lərinin bütünlükdə səmərəli işləməsi rabitə xətlərinin keyfiyyətindən, onların növlərindən, tezlik diapozunundan, konustruksiyalarından və digər amillərdən asılıdır.
İnformasiyanın ötürülməsi üçün rabitə xətlərinin iki növündən istifadə edilir. Bunlar radio- və məfttili rabitə xətləridir. Elektromaqnit və işıq dalğaları atmosferdə, keçirici və dielektrik mühitlərdə yayılır.
Radiorabitə xətlərinin əsas fərqləndirici cəhəti
elektromaqnit dalğalarının bütün mühitlərdə, o cümlədən, fəzada, kosmosda, havada, suda, yerdə və s. yayılma xassələrinə malik olmasıdır. Radio verilişlərini bir neçə metrdən, yüz milyon km-ə qədər məsafəyə ötürmək mümkündür. Radionu 1895-ci ildə rus alimi A.S.Popov kəşf etmiş və o, bu qurğu vasitəsi ilə informasiyanı bir neçə yüz metrə ötürməyə nail olmuşdur.
Hal-hazırda avtomatik kosmik apparatların köməyi ilə dünyanın bütün nöqtələrinə müxtəlif növ informasiyaları ötürmək mümkündür. Müxtəlif məsafələrdə (uzaq, yaxın) yerləşən abunəçilər (stansiyalar), xüsusəndə hərəkətdə olan obyektlər arasında rabitəni təşkil etmək üçün radiorabitə xətlərindən geniş istifadə edilir. Müxtəlif mühitlərdə elektromaqnit dalğalarının yayılması, ilk növbədə radiosiqnalların tezliyindən (daşıyıcı siqnalın tezliyi) asılıdır. Buna uyğun olaraq aşağıda göstərilən dalğa uzunluğunun qiymətindən və radiotezliklərdən istifadə olunur:
Ən uzun dalğalar (ƏUD), λ=100÷10 km, (ƒ=3÷30 kHs);
Optik diapazon (OD), λ=10÷0,1 mkm, (ƒ=3·1013÷3·1015 Hs).
Dalğa uzunluğu aşağıdakı ifadə ilə təyin olunur:
(1)
burada c=3·1014 mkm/san-fəzada işığın yayılma sürətidir; ƒ-tezliyin qiyməti olub Hs-lə ölçülür. Müxtəlif növ radiodalğalarin yayılması şəkil 1-də göstərilmişdir.
Şəkil 1-dən göründüyü kimi dalğa uzunluğundan (tezlikdən) asılı olaraq siqnallar radiorabitə xətlərinin uzunluğu boyunca aşağıdakı yolla yayılır:
- yer səthi ilə yayılan dalğalar, ƏUD,UD və OD, şəkildə 1-ci şüa;
- yer səthində və fəzada yayılan dalğalar, şəkildə 2-ci şüa;
- birbaşa düz və ya görünən dalğalar, şəkildə 3-cü şüa.

Yuxarıda göstərilən üstünlüklərdən başqa, radiorabitə xətləri vasitəsi ilə rabitənin baş tutması yüksək sürətlə yaranır, eləcə də ötürücü qurğuların (radio və televiziya) köməyi ilə xeyli sayda dinləyici və tamaşaçı auditoryasına informasiyanın çatdırılması mümkün olur. Radioxətlə yayım stansiya və xətt qurğularının birlikdə fəaliyyətindən ibarətdir və radio proqramlarını abunəçi aparaturalarına (dinləciyilərə) çatdırmaq üçün tətbiq edilir. Radioxətlə proqramların yayımı gücləndirici və kommutasiya qurğuları və xətt avadanlıqları vasitəsi ilə həyata keçirilir. Radioxətlərin üstünlüklərindən başqa aşağıda göstərilən çatışmayan cəhətləridə mövcuddur:


-radiodalğaların aşağı sürətlə yayılması;
-metr və daha yüksək uzunluqlarda ölçülən dalğaların elektromaqnit əlaqəsinini (həmrəyliyinin) kifayət qədər yüksək olmaması;
-ötürücü və qəbuledici aparaturaların mürəkkəbliyi; -ötürücü, xüsusəndə, uzun və daha yüksək dalğalarda işləyən sistemlərin dar tezlk zolağına malik olması, (bu halda informasiyanı daşıyan siqnalın tezlik zolağının eni və radiosiqnalların aparıcı tezlikləri arasındakı münasibət, kimidir.
B u çatışmayan cəhətləri azaltmaq məqsədi ilə daha yüksək tezlik diapazonları (santımetr, optik diapazon) mənimsənilməyə başlandı ki, buda ΔF-in mütləq qiymətini sıçrayışla artırmağa, radiokanalların buraxma qabiliyyətini yüksəltməyə, istiqamətlənmiş antenadan və lazer qurğularından istifadə etməklə ensizzolaqlı radiorabitə sistemləri yaratmağa, maneə səviyyəsini azaltmağa və elektromaqnit həmrəyliyinin dərəcəsini yüksəltməyə imkan verdi. Məsələn, ƏUD, UD, OD və QD-larda işləyən radiorabitə xətləri informasiyanın uzaq məsafəyə ötürülməsinə imkan verdiyi halda, onlarda radiokanalların buraxma qabiliyyəti aşağıdır (1÷2 tonal tezlik) və bu kanallar hədsiz dərəcədə maneələrə məruz qalırlar. Ona görə də bu dalğalarda işləyən radioxətlər elektrik rabitəsinin ümumi həcmində xüsusi çəkisinə görə aşağı yer tutur və əsasən radiolaşdırma, kantinentlər arası və əlçatmaz rayonlarla rabitə yaratmaq üçün istifadə edilir. Radiorele xətləri DMD və MMD-larda birbaşa görünən diapazon həddində işləyir. Onlar hündürlüyü 50÷70 m, aralarındakı məsafə 50 km olan retranslyator dövrələrinə bənzəyir. Radiorele xətlərinin işləmə prinsipi şəkil 2-də göstərildiyi kimidir. Antena maçtlarının hündürlüyü artdıqcan retranslyasiya məntəqələri arasındakı məsafəni 70÷100 km-ə çatdırmaq olar.
Radiorele xətləri 300÷1920 telefon kanalı və nformasiyanı uzaq məsafəyə ötürməyə imkan verir. Bu xətlərdən televiziya, radio verilişlərinin ötürülməsi və rabitənin başqa növlərinini yaradılmasında geniş istifadə olunur. Onlarda maneələrin təsir dərəcəsi aşağıdır, kifayyət qədər dayanıqlı, davamlı, etibarlı və keyfiyyətli rabitəni təmin edir. Bunlara baxmayaraq, verilişin mühafizə olunma dərəcəsi kifayət deyildir.
Standart sıxlaşdırma aparaturasının və KRX-lərinin köməyi ilə yüksəktezlikli stvolların bir hissəsi telefon kanallarının təşkil olunmasında istifadə edilir. Digər hissəsi isə televiziya proqramlarının yayılmasına xidmət edir. İki-üç stvol ehtiyat üçün saxlanılır.
RRX-lərinin aşağıda göstərilən stansiya növlərindən istifadədə edilir: a) aralıq; b) son; v) qovşaq; q) qovşaqla şaxələnən; d) qovşaqla kəsişən:
-aralıq radiorele stansiyası RRX-ti ilə verilən siqnalları gücləndirmək və retranslasiya etmək üşün tətbiq edilir. Stansiya əl (daimi texniki xidmətçilərin nəzarəti) və avtomatlaşdırılmış rejimdə işləyə bilər. Stansiya avtomatlaşdırılmış rejimdə işləyərkən, ona xidmət etmək üçün qovşaq və ya son stansiyalardan istifadə edilir;
-son radiorele stansiyası (SRRS) telefon kanalları və ya televizya qüllələri (stvol) vasitəsi ilə RRX-lərinə verilən siqnalları qəbul edir, onları televizya mərkəzləri, ŞaTS-ları və şəhərlərarası radioyayım aparaturaları arasında paylamaq üçün tətbiq edilir;
-qovşaq radiorele stansiyası (QRRS) telefon kanaları və ya televiziya qüllələri vasitəsi ilə RRX-lərinə verilən siqnalları lazımi istiqamətlərə paylamaq üçün şəbəkə qovşaqlarına ötürür;
-şaxələndirilmiş qovşaq radiorele stansiyası (ŞQRRS) siqnalları qəbul edib, onları paylamaqla yanaşı, televiziya qüllələrinin siqnallarını kommutasiya etmək imkanlarınada malikdir;
-bir və ya bir neçə kəsişməyə malik olan QRRS-yası yuxarıda göstərilən stansiyaların vəzifələrini görməkdən başqa, informasiyanın həcmini xeyli artıra bilən avadanlığada malikdir.
Peyk (yerin süni peyki) rabitə xətləri (PRX) RRX-ləri kimi santimetrlə ölçülən diapazonda istifadə olunur. PRX-ləri peykdə yerləşdirilmiş aparatla siqnalların retranslyasiya olunması prinsipində işləyir. Faktiki olaraq YSP xeyli hündür məsafəyə qaldırılmış RRX-nin retranslyatorunun vəzifəsini görür. YSP vasitəsi ilə kosmik rabitənin təşkil olunması şəkil 3-də göstərilmişdir. PRX-ləri çox uzaq məsafələrə şoxkanallı rabitənin həyata keçirilməsinə imkan verir. Hündürlüyü 35875 km olan qeostansionar orbitə qaldırılmış peyk yer kürəsinin sürəti ilə onun ətrafında fırlanır (24 saatda bir dəfə fırlanma). Bu halda bir-birindən 1200 bucaq altında yerləşdirilmiş üç peykin köməyi ilə yer kürəsinin bütün ərazisi ilə rabitəni təmin etmək mümkündür. Peyk rabitə xətləri informasiyanın xeyli uzaq məsafələrə ötürülməsini təmin edir, onun əhatə zonası çox böyükdür və əsas etibarı ilə televiziya proqramlarının yayılmasını, qəzetlərin çap olunmasını və s. kimi informasiyanın müxtəlif növlərinin ötürülməsi, qəbulu və emal olunması üçün istifadə olunur. İkitərəfli telefon rabitəsinin t əşkilinin mürəkkəb olması onun mənfi cəhətidir.
İstiqamətləndirici sistemlərin əsas fərqləndirici cəhətləri ondan ibarətdir ki, informasiyanı daşıyan siqnalların ötürülməsi üçün xüsusi dövrə və ya xətt traktının tələb olunmasıdır. Belə qurğular elektromaqnit dalğalarını istənilən istiqamətə, etibarlı və lazımi keyfiyyətlə ötürmə xassəsinə malik olub, istiqamələndirici sistemlər adlanırlar. İstiqamətləndirici sistemlər informasiyanı daşıyan siqnalları yüksək keyfiyyətlə, böyük sürətlə ötürülməsi onları kənar sahələrin təsirlərindən mühafizə edir, elektromaqnit əlaqəsini (həmrəyliyini) lazımi həddə çatdırır. Bundan başqa son qurğular sadədir və ucuz başa gəlir. Üstün cəhətlərlə yanaşı, kapital və istismar xərclərinin yüksəkı, rabitənin baş tutmasınını uzun olması onun çatışmayan cəhətlərindəndir.
Rabitə xətlərinin üç növündən geniş istifadə olunur. Bunlar hava rabitə xətlərindən (HRX), elektrik rabitə kabellərindən (simmetrik və koaksial) və optik liflərdən hazırlanmış optik kabellərdən (OK) ibarətdir. Kabel və HRX-ləri məftilli xətlərə aiddir. Burada istiqamətləndirici sistem (İS) vəzifəsini naqil-dielektrik görür. Optik lifli rabitə xətləri dielektrik dalğaötürücü kimi işləyir. Burada İS rolunu müxtəlif sındırma əmsalına malik dielektriklər görür.
Məftilli rabitə xətləri kilohers və meqahers tezlik diapazonlarında işləyir. Kabel rabitə xətləri (KRX) vasitəsi ilə tələb olunan məsafəyə, etibarlı və bütün maneələrdən mühafizə olunmuş rabitə yaratmaq mümkündür. Simmetrik və koaksial rabitə kabelləri telekommunikasiya səbəkələrinin bütün sahələrində geniş tətbiq olunur.
HRX-lərindən XX əsrin birinci yarısında geniş istifadə edilirdi. Lakin bunların bir sıra çatışmayan cəhətləri vardır. Bunlar aşağıdakılardır:
1) kanalın buraxma qabiliyyətinin aşağı olması (tonal tezlik diapazonunda 12 kanal);
2) qarşılıqlı təsirlərdən kifayət qədər mühafizə oluna bilməməsi;
3) atmosfer-iqlim təsirlərinə məruz qalması.
Ona görə də onların tətbiq sahələrinə məhdudiyyət qoyulur. Əsasən kənd telefon şəbəkəlrində (KTŞ) istifadə olunur.
İstiqamətləndirici sistemlərin ən yeni nəsili optik lifli rabitə xətləridir (OLRX). OLRX mikrodalğa tezlik diapazonunda işləyir. Optik kabellə yayılan dalğanın uzunluğu λ=0,8....1,6 mkm arasında dəyişir. İS-lərin bu növü daha perspektivli hesab edilir. OLRX-lərinin bir sıra üstün cəhətləri vardır. Bunlar aşağıdakılardır: 1) enerji itksi kiçikdir; 2)kanalın buraxma qabiliyyəti genişdir; 3) kütləsi az, qabarit ölçüləri isə kiçikdir; 4) əlvan metallara qənaət olunur; 5) xarici və qarşılıqlı təsirlərdən mühafizə olunma qabiliyyətinə malikdir.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin