Mövzu 29
9.3. QARŞILIQLI TƏSİR PARAMETRLƏRİ
Bir-birinə qonşu olan rabitə dövrələri və ya danışıq traktları arasında baş verən keçid prosesi təsir parametrləri ilə xarakterizə olunur. Rabitə xətlərinin elektrik xarakteristikalarını və onların düzgün layhələndirilməsini tam qiymətləndirmək üçün, naqillərin uzunluğu boyunca EME-nin yayılma prosesini öyrənməklə yanaşı, enerjinin bir dövrədən başqa dövrəyə keçməsini və onları yaradan mənbələrin aradan qaldırılması üçün mövcud metodları da bilmək vacibdir.
Enerjinin bir dövrədən başqasına keçməsi elektrik və maqnit sahələrinin təsiri nəticəsində baş verir. ES-nin təsiri nəticəsində yaranan təsirlərə elektrik və ya tutum, MS-nin təsiri nəticəsində yaranan təsirlərə isə induktiv və ya maqnit əlaqələri deyilir.
Qonşu rabitə dövrələri arasında yaranan elektrik və maqnit sahələrinin təsirləri uyğun olaraq elektrik və ya tutum K12 və maqnit və ya induktivlik M12 əlaqələri ilə xarakterizə olunur.
Elektrik və maqnit əlaqələri kimi təsirlər rabitə dövrə- lərinin birinci təsir parametrlərinə aiddir və aşağıdakı ifadələrlə təyin olunur:
(9.1)
(9.2)
burada g12-1-ci və 2-ci dövrələr arasındakı elektrik və ya tutum əlaqəsinin aktiv tərkib hissəsi; k1-dövrələr arasında tutum əlaqəsini göstərən əmsaldır; İ2M(ω)-maneə cərəyanının amplitudasının kompleks qiymətidir; l-dövrənən uzunluğu; ω=2πƒ-tezlik; i-isə kompleks kəmiyyətdir; E2M(ω)-təsirə uğrayan dövrədə yaranan e.h.q.-nin amplitudasının kompleks qiyməti; İ1(ω)-təsir edən dövrənin qısa qapanma rejimindəki cərəyanının qiyməti; r12-1-ci və 2-ci dövrələr arasındakı maqnit və ya induktivlik əlaqəsinin aktiv tərkib hissəsi; m1-isə bu dövrələr arasındakı induktivlik əlaqəni göstərən əmsaldır; U1(ω)-təsir edən dövrənin yüksüz işləmə rejimindəki gərginliyidir.
Həmcins xətlər üçün əlaqə əmsallarını [K12(iω), Sm/km və M12(iω), Om/km] adətən 1 km xəttin uzluğuna görə təyin edirlər:
. (9.3)
Dövrə işçi rejimdə razılaşdırılmış yüklərə malik olarsa, onda elektrik və maqnit əlaqələrini eyni ölçü vahidi ilə göstərmək zərurəti yaranır. Razılaşdırılmış yüklərə malik dövrələrdə U1=İ1ZD1 və İ2M=E2M/ZD2 olduğunu nəzərə alsaq, (9.1) və (9.2) ifadəlini aşağıdakı kimi yazmaq olar:
. (9.4) Maneə mənbələri qonşu dövrələrə keçən siqnallar olduğundan, bu maneələrin səviyyəsi təsir edən dövrələr ilə yayılan siqnalın səviyyəsindən və bu dövrələr arasındakı qarşılıqlı təsirin maneə yaratma drəcəsindən asılıdır. Dövrələr arasında danışıqların bir dövrədən o birisinə keçməsini xarakterizə edən qarşılıqlı təsirin maneə yaratma dərəcəsini qiymətləndirmək üçün ÜTİ (Ümumdünya Telekommunikasiya İttifaqı) tərəfindən keçid sönməsi anlayışı qəbul edilmişdir. Keçid sönməsi və dövrələrin maneələrdən mühafizə olunmasını xarakterizə edən parametrlər həmin dövrələrin ikinci təsir parametrləri adlanır. Rabitə xətlərində dövrənin özündə yaranan sönmənin qiymətini ( ) azaltmağa, dövrələr arasında yaranan keçid sönməsinin (A) qiymətini isə artırmağa çalışırlar.
Rabitə dövrələri arasında qarşılıqlı təsirin əsas parametrlərini təyin edək. Tezliyin (ω) verilən qiymətində xəttin başlanğıcnda keçid sönməsi:
dB və ya ,Np. (9.5)
Xəttin sonunda keçid sönməsi, Ai( ω ):
,dB və ya ,Np. (9.6)
Kvazistasionar rejimdə işləyən rabitə xətləri üçün (KK, SK, HRX) qarşılıqlı təsir parametrlərini çox vaxtı gərginlik və ya cərəyanın ampilitud qiymətləri ilə maneə siqnaları arasındakı münasibətlərlə ifadə edirlər. Beləki, belə rabitə xətlərində gərginlik və cərəyanı ölçmək gücü ölçməkdən sadədir. Siqnaların gücü, gərginliyi və cərəyanı arasındakı məlum münasibətdən istifadə edərək, aşağıdakıları yazmaq olar:
(9.7)
Bunları (9.5) və (9.6) ifadələrində nəzərə alsaq, keçid sönməsi aşağıdakı kimi olacaqdır:
dB, (9.8)
dB. (9.9)
Analoji olaraq (9.8) və (9.8) ifadələrini cərəyanın faydalı və maneə siqnallarına görə yazmaq olar:
,dB (9.10)
,dB (9.11)
(9.8)÷(9.11) ifadələri xəttin başlanğıcında və sonunda keçid sönməsinin ampilitud tezlik xarakteristikalarinı tədqiq etmək üçün geniş istifadə olunur.
Bir sıra hallar da qarşılıqlı təsirlərin təkcə ampilitud tezlik xarakteristikalarını deyil, onların faza tezlik xarakteristikalarınıda tədqiq etmək zərurəti yaranır. Bu məqsədlə qarşılıqlı maneələrin ötürmə funksiyası (QMÖF) kimi bir parametrdə daxil edilir. Uyğun olaraq rabitə xətlərindən təşkil olunmuş dövrənin başlanğıcında A0(iω) və sonunda Al(iω) keçid sönməsi aşağıdakı düsturlarla təyin olunur:
}, (9.12)
burada uyğun olaraq U10(iω) və U1ℓ(iω) gərginlik siqnallarının amplitudasının kompleks arqumenti; uyğun olaraq U20M(iω) və U2ℓM(iω) maneə gərginliyinin amplitudasının kompleks qiymətidir.
Qarşılıqlı təsirlərin ötürülən siqnalların keyfiyyətinə göstərdiyi maneəni qiymətləndirmək üçün, kabel magistralının 1-ci və 2-ci dövrələri arasında təsirə uğrayan traktın mühafizəsi kimi parametr daxil edilir. Mühafizə olunma 2-ci traktın başlangıcında və sonunda faydalı və maneə siqnallarının səviyyələrinin fərqi ilə təyin olunur:
, (9.13)
, (9.14)
burada
və s. faydalı və maneə siqnallarının nisbi səviyyələinin qiymətlərini göstərir və dB-lə ölçülür; P0=10-3 Vt=1mVt sıfır səviyyəsinin mütləq qiymətidir.
(9.13) və (9.14) ifadələrindən göründüyü kimi, hər iki traktın sonunda siqnalların səviyyələri eyni olarsa, onda dövrələr arasında mühafizə olunma AMO ilə keçid sönməsinin qiyməti üst-üstə düşür.
Dostları ilə paylaş: |