MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İqtisadi maraqların təmin olunması



Yüklə 1,26 Mb.
səhifə12/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   8   9   10   11   12   13   14   15   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

2.4. İqtisadi maraqların təmin olunması
İqtisadi maraq - iqtisadi tələbatların təzahür formasıdır.
Maraqlar təsərrüfat faydalılığını, mənfəətliliyini ifadə edir ki, bunları reallaşdıran təsərrüfatçı subyekt öz müstə­qilliyini, öz inkişafını təmin edir. Bu olmasa, o, təsərrüfat əlaqələrinin o biri mərhələsində layiqli tərəfdaş ola bilməz, özünü saxlaya və təkrar istehsal edə bilməz və iqtisadi həyat səhnəsindən gedər, müflis olar.
Təsərrüfatçı subyektlərin müxtəlifliyi iqtisadi maraqlana müxtəlifliyini doğurur. İqtisadi maraqlar müxtəlif meyarlar üzrə qruplaşır. Maraqların daşıyıcılarının müəyyənləşdirilmə­si əsasında ictimai, kollektiv və şəxsi maraqlar, milli və bey­nəlmiləl, regional və idarə, qruplar və ailə maraqları, müxtəlif sosial qrupların (işləyənlər, işləməyənlər, gənclər, təqaüdçülər və b.k.) sinfi maraqları fərqləndirilir. Cari və perspektiv, rasional və qeyri-rasional, həqiqi və yanlış başa düşülmüş, maliyə, əmək, mənəvi-əxlaqi və s. maraqlar xüsu­si qruplar təşkil edirlər.
Bütün bu maraqlar vəhdətdə mövcuddurlar, lakin onlar arasında ziddiyyətlər də var. Məsələn, daha çox nemətlər əl­də etmək kimi şəxsi maraq kollektivin maraqları ilə ziddiy­yətə girə bilər.
İqtisadi nəzəriyyə (siyasi iqtisad) mövcud obyektiv icti­mai-istehsal əlaqələrin yalnız obyektiv təzahür formalarını deyil, həm də subyektiv təzahür formalarını, yalnız iqtisadi maraqların konkret formalarını deyil, həm də onlardakı da­xili ziddiyyətləri və əksliklərin mübarizəsini əks etdirən toq­quşmalarını, həmçinin bu ziddiyyətlərin aradan qaldırılması üsullarını öyrənir.
İqtisadi ziddiyyətlər - hər bir iqtisadi prosesə xas olan, bir-birini inkar edən və bir-birini nəzərdə tutan obyektiv, zəruri dinamik münasibətdir, bu, eyni bir iqtisadi prosesdə bir-birini inkar edən meyl və xüsusiyyətlərin eyni zamanda təzahürüdür. Məsələn, tələb və təklifin münasibətləri.
iqtisadi ziddiyyətlər həmişə ictimai və predmetlidir, bu mənada ki, insanlar maddi nemətlərin və xidmətlərin isteh­salı, mübadiləsi, bölgüsü və istehlakına görə bir-biri və özü- özləri ilə ziddiyyətə girirlər. Bu, iqtisadi proseslərin mahiy­yətinin və özü-özünə hərəkətinin mənbəyidir.
Ölkəmizdə iqtisadi böhrana səbəb olan əsas ziddiyyət is­tehsalın ictimai xarakteri ilə istehsalın nəticələrinin dövlət, inzibati-amirlik, bürokratik mənimsənilməsi üsulu arasın­dakı ziddiyyətdir. Digər mühüm iqtisadi ziddiyyətlərdən aşa­ğıdakıları qeyd etmək vacibdir: istehsalla istehlak arasında, maddi və mənəvi tələbatların artması ilə onların təmin edil­məsi imkanı arasında, maddi və mənəvi tələbatların ödənil­məsi arasında, yığım və istehlak arasında və s.
Sistemin ziddiyyətləri onun inkişafının ziddiyyətli mey­lini şərtləndirir: bir tərəfdən bütövlük (eynicürlük), digər tərəfdən təcridlik (rəngarənglik); bir tərəfdən mərkəzləşmə, digər tərəfdən desentralizasiya; bir tərəfdən ictimailəşmə, digər tərəfdən təcridləşmə; dəyişkənlik və sabitlik və s. Bu, iqtisadiyyatın dalğavari inkişafını müəyyənləşdirir.
İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyətinin, onun mahiy­yəti, şərtləri, nəticələri və s. tədqiqinə yönümlənib.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin