MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İqtisadi kateqoriyalar və onların spesifikliyi



Yüklə 1,26 Mb.
səhifə10/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   6   7   8   9   10   11   12   13   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

2.2. İqtisadi kateqoriyalar və onların spesifikliyi
Abstrakt təfəkkürün köməkliyi ilə tədricən iqtisadi hadi­sələrin mahiyyətinin açılması baş verir ki, bu da real iqtisa­di gerçəkliyi inkişafda az və ya çox dolğun əks etdirən müəyyən məntiqi anlayışların formalaşmasını tələb edir.
Cəmiyyətin iqtisadi həyatının ən ümumi və mühüm tərəf­lərini əks etdirən məntiqi anlayışlar iqtisadi kateqoriyalar adlanır.
Kateqoriyalara məsələn, tələb, təklif, kredit, mülkiyyət, bazar, əmək haqqı, mənfəət və bir çox başqaları aiddir.
İctimai həyatın istənilən başqa sahələrində və təbiətdə olduğu kimi, iqtisadiyyatda da, ilk nəzərdən görünən hərc- mərclik və təsadüflər silsiləsi arxasından inkişafın zərurili­yi, qanunauyğunluğu özünə yol açır. Cəmiyyətdə iqtisadi prosesləri onlara xas olan daxili qanunlar - insanların icti­mai hərəkəti qanunları və ya iqtisadi qanunlar idarə edir. “Hüquq fəlsəfəsi” kitabında Hegel siyasi iqtisadı elm kimi səciyyələndirərkən yazır ki, bu elm “fikrə hörmət” gətirir, çünki qarşısında külli miqdarda təsadüflər olduğu halda o, onların qanunlarını axtarıb tapır. Hər bir qanun bu və ya digər hadisənin mahiyyətini ifadə edir; qanun və mahiyyət yekcins (eynisəpkili) anlayışlardır və insanın dünyanı dərk etməsinin dərinliyi haqqında təsəvvür yaradırlar. Hadisə qanundan geniş və zəngindir, lakin qanun hadisənin daxili mahiyyətini tuta bilir.
Qanunun fəlsəfədə sabit, davamlı, dəfələrlə təkrarlanan hadisə və bu hadisə və ya prosesə xas olan daxili, mühüm, zəruri, səbəb və nəticə, daimi, ümumi, kəmiyyət və keyfiy­yət əlaqələri (münasibətləri) kimi dərki tamamilə iqtisadi qanunlara da şamil edilə bilər.
İqtisadi qanunların göstəricisi məhz təsadüf ilik deyil, ti- piklik, daimilik, iqtisadi hadisələrin və proseslərin daxili mahiyyətini ifadə etməkdir, iqtisadi qanunları təbiət qa­nunları və təbiətşünaslıq qanunları ilə qarışdırmaq olmaz, çünki bunlar arasında bir sıra mühüm və ciddi fərqlər var.

  • təbii qanunlar təbiət qanunlarıdır, iqtisadi qanunlar isə ictimai həyatın inkişafı, insanların təsərrüfat fəaliyyətinin qanunlarıdır;

  • təbii qanunlar əbədidir, iqtisadi qanunlar tarixi xarak­ter daşıyır;

  • təbii qanunların kəşf edilməsi və tətbiqi nisbətən rahat baş verir, iqtisadi qanunların tətbiqi isə cəmiyyətin ölüb get­məkdə olan qüvvələri tərəfindən ciddi müqavimətə rast gəlir.

İqtisadi qanunlar bütövlükdə cəmiyyətin inkişafının iqti­sadi qanunlar sistemini təşkil edir ki, buraya da müxtəlif qrup və növ qanunlar daxildir.
İqtisadi qanunlar (tarixi sabitliklərindən asılı olaraq) aşağıdakı qruplara bölünürlər:

  • spesifik qanunlar;

  • xüsusi iqtisadi qanunlar (bir sıra dövrlər üçün qanunlar);

  • ümumi iqtisadi qanunlar.

Spesifik iqtisadi qanunlar - bunlar konkret, tarixən müəy­yən təsərrüfatçılıq formalarının inkişaf qanunlarıdır. Məsələn, quldarlıq, təhkimçilik dövrlərindəki bölgü qanunları və s. Ümumi iqtisadi qanunlar - istisnasız bütün dövrlər üçün xas olan qanunlardır. Onlar ictimai istehsalın irəliyə doğru inkişaf prosesini əks etdirirlər. Məsələn, vaxta qənaət qanunu, tələbatın yüksəlməsi (artması) qanunu, ictimai əmək bölgüsü qanunu.
Amma iqtisadi qanunlar özü-özlüyündə işləmirlər, iqti­sadi tərəqqi avtomatik həyata keçirilmir. Bunun üçün insan­ların fəaliyyəti zəruridir ki, onlar da hərəkətə tələbat və maraqlarla gətirilirlər.
Xüsusi iqtisadi qanunlar - fəaliyyət göstərmələri üçün şərait olan müəyyən tarixi dövrlərə xas olan qanunlar. Mə­sələn, dəyər (qiymət) qanunu.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin