Təsərrüfat fəaliyyəti insanların müəyyən maraqlara əsaslanan və müxtəlif cür tələbatların ödənilməsinə yönəldilmiş təsərrüfatçılıq prosesində məqsədyönlü cəhdləridir. Təsərrüfatçılıq prosesində insanın həyat fəaliyyəti bir tərəfdən enerji, resurs və s. sərfində, digər tərəfdən isə həyat məsrəflərinin müvafiq olaraq doldurulmasında təzahür edir. Bu zaman iqtisadi subyekt (təsərrüfat fəaliyyətindəki insan) səmərəli, yəni məsrəf və xeyrini tarazlaşdırmaq yolu ilə fəaliyyət göstərməyə çalışır (amma bu təsərrüfatçılıq qərarlarının qəbul edilməsində səhvləri istisna etmir). Belə davranış obyektiv səbəblərlə izah olunur. insanın həyat və fəaliyyətinin əhəmiyyətli xüsusiyyətlərindən biri onun maddi aləmdən asılılığıdır. Maddi nemətlərin bir qismi (hava, su, günəşin işığı) o qədər və elə formadadır ki, onlardan insan istənilən yerdə və hər zaman istifadə etmək imkanına malikdir. Onlara olan tələbatın ödənilməsi insandan güc və xərc tələb etmir. Bunlar azad və havayı nemətlərdir. Nə qədər ki, belə şərtlər qalmaqdadır, bu nemətlərin və onlara olan tələbatın ödənilməsi insanın qayğı və maraqlarına çevrilmir. Digər maddi nemətlər məhdud miqdardadır (müxtəlif cür «nadir» şeylər). Onlara olan tələbatı ödəmək və onlardan kifayət qədər olması üçün onları hasil etmək və tələbatlara uyğunlaşdırmaq yönümündə səy göstərmək lazımdır. Bu nemətlər təsərrüfat nemətləri adlanır. Praktik təsərrüfatçı və nəzəriyyəçi iqtisadçını məhz bunlar maraqlandırır. Bu nemətlərin itirilməsi itki və ziyandır ki, onların ödənməsi yeni səy, xərc, qurbanlar tələb edir. İnsanların maddi rifahı onlardan asılıdır, buna görə
İstehsalın əsas amili və son məqsədi kimi çıxış edən insan iqtisadi sistemdə mərkəzi yer tutur, çünki o, insansız mövcud deyil və son nəticədə onun üçün, onun ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərir. İnsanın yaranması uzaq keçmişin dərinliklərinə aid edilir. Müasir antropologiya «şüurlu insanın» nə vaxt və nə üçün yaranması sualına qəti və səhih cavab vermir. Özünün bioloji və ictimai inkişafında insan uzun və olduqca çətin yol keçmişdir. İnsan ictimai varlıqdır və bunun üçün o, keçmişin və indinin bir sıra alimlərinin fikrincə, əməyə borcludur. Əməyin, düşünülmüş məqsədyönlü fəaliyyət kimi, insanı heyvanat aləmindən fərqləndirməsi, ona şüur verməsi və onun mövcudluğunun ictimai xarakterini müəyyənləşdirməsi uzun müddət aksioma hesab olunurdu. Lakin hazırda bu fikir bəzi alimlər tərəfindən şübhə altına alınır və buna görə də çox güman, bu fikir sübuta ehtiyacı olan teorem olaraq qalır. İnsan cəmiyyətinin öyrənilməsində iqtisadi nəzəriyyə insanın eyni zamanda iqtisadi nemətlərin həm istehsalçısı, həm də istehlakçısı olması kimi mühüm müddəalarla çıxış edir. İnsan texnika və texnologiyaları yalnız yaratmır, həm də onları hərəkətə gətirir və onlardan istifadə üsullarını müəyyənləşdirir ki, bu da öz növbəsində insanın fiziki və intellektual parametrlərinə yeni tələblər irəli sürür. Bazar təsərrüfatı inkişaf etdikcə iqtisad elminin insana diqqəti daim artmışdır. Fərdin iqtisadi həyatda fəal rolu əsasən onun iqtisadi davranışının səbəbləri ilə müəyyənləşir. İngilis siyasi iqtisadının klassikləri A.Smit və D.Rikardonun əsərlərində iqtisadi insanınam konsepsiyası, yaxud modeli yaradılmışdır. İqtisadi nəzəriyyədə insan modeli müəyyən sosial-iqtisadi koordinatlar sistemində fəaliyyət göstərən insan haqqında vahid şəklə salınmış təsəvvürdür. Hər bir elmi model kimi, insan modeli də bəzi sadələşdir- mələrə əsaslanır. O, özündə fərdi səciyyələndirən əsas parametrləri və hər şeydən öncə, iqtisadi fəallığın səbəblərini, onun məqsədini, həmçinin insanın qarşıda duran məqsədə çatmaq üçün istifadə etdiyi dərk etmə, yaxud koqnitativ (lat.sözü: cognitio - bilik, dərk etmə) imkanlarını ehtiva edir. Bu zaman qeyd olunmalıdır ki, bütün humanitar elmlər (fəlsəfə, tarix, sosiologiya, iqtisadiyyat və b.) insanı öz pred- metləri nöqteyi-nəzərindən dərk etməyə çalışır və buna görə də bu elmlərin hər birinin yaratdığı surət müəyyən qədər birtərəfli olmaya bilmir. İqtisadi nəzəriyyə insanlarda əsasən onların iqtisadi davranışını izahetmə məsələsinə cavab verən məqamlara, yəni müxtəlif maddi və mənəvi nemətlərin yaradılması, onların bölgüsü və istifadəsi prosesində fərdi və ictimai hərəkətlərə diqqət yetirir. İnsanın iqtisadi modeli müəyyən birtərəfliliyi ilə fərqlənir, çünki insan yalnız özünü təsərrüfat həyatında realizə edən «iqtisadi insan» deyil. İnsanın özünü göstərə bildiyi bir çox başqa həyat fəaliyyəti sahələri var (siyasət, mədəniyyət, din, idman, ailə və başqa fərdlərarası münasibətlər və s.). ♦insan davranışını izah etmək üçün istənilən məntiqi modelin yararlılığının xeyli məhdud olması*2 barədə fikirin düzlüyü ilə razılaşmaq lazım gəlir.
A.Smit və D.Rikardonun klassik «iqtisadi insan* və ya «homo economicus* modeli aşağıdakılarla səciyyələnir:
iqtisadi davranışın səbəblərində şəxsi maraqların müəyyənləşdirici rolu;
iqtisadi subyektin öz işlərində səriştəliyi;
bazar iqtisadiyyatında insanın təsərrüfat fəaliyyətinin əsas səbəbi - rifahın qeyri-pul amilləri nəzərə alınmaqla (təhsilin asanlığı və çətinliyi, işin xoşa gəlməsi və gəlməməsi, məşğulluğun daimiliyi və ya müvəqqətiliyi, cəmiyyətdə nüfuz, uğurun çox və ya az dərəcədə ehtimallığı) gəlirin maksimallaşdırılması (varlanma).
♦İqtisadi insan *ın davranışını təhlil edən Adam Smit qeyd edirdi ki, o, iki cizgi ilə müəyyən edilir:
əmək bölgüsü nəticəsində insanın mübadiləyə meylliliyi;
aşəxsi maraq, xudpəsəndlik, daim öz vəziyyətini yaxşılaşdırmağa canatma.
Buna görə də bazar iqtisadiyyatında insan daha çox gəlir əldə etmək üçün elə fəaliyyət növü seçməyə çalışır ki, onun istehsal etdiyi məhsul daha yüksək dəyərə malik olsun. A.Smit qeyd edirdi ki, bazar iqtisadiyyatında hər kəs ♦cəmiyyətin xeyrini deyil, öz xeyrini güdür*, tacir və sənayeçilər isə, rəqabəti azaltmaq cəhdilə, «cəmiyyəti aldatmaqda və hətta istismar etməkdə* maraqlıdırlar. Yalnız azad rəqabət («görünməz əl), yəni bazar təsərrüfatı qanunları pəra- kəndə fəaliyyət göstərən xudpəsəndləri nizamlanmış sistemdə birləşdirir. Hərc-mərclik xeyli dəqiq təşkil olunmuş cəmiyyətlə əvəzlənir. Beləliklə, iqtisadi insan öz xeyrinə can atmaqla cəmiyyətin xeyrinə fəaliyyət göstərir. C.Mili «Siyasi iqtisadın əsasları* əsərində qeyd edirdi ki, insanın həqiqi davranışı sərvətə can atmaqdan xeyli mürəkkəbdir, o, əməyə nifrət və bahalı məmnunluğu dərhal almaq istəyi ilə müşayiət olunur.
Bazar iqtisadiyyatı nəzəriyyəsi əməyi insanın lazımi neməti əldə etməzdən öncə çəkdiyi özünəməxsus xərc növü kimi şərh edir. Əmək və birinci növbədə fiziki əməyin çətinliklərindən qurtarmaq istəyi insanı get-gedə daha çox çeşidli maddi nemətlər icad etmək üzərində işləməyə vadar edir. Belə ki, piyada gəzməmək üçün təkər icad olunur, torpağı əllə qazmamaq üçün kətmən, bel, daha sonra isə müasir ekskavatorlar və s. düzəldilir. Təsadüfi demirlər ki, sərvət insanın əməyilə deyil, tənbəlliyi ilə yaradılıb. Buna görə də bazar təsərrüfatında əməyin motivləri problemi, yəni insanı sözün ən geniş mənasında əmək fəaliyyəti ilə məşğul olmağa sövq edən hərəkətverici səbəblərin müəyyənləşdirilməsi problemi obyektiv mövcuddur.
Sivilizasiyanın yaranması və inkişafı tarixində bu fəaliyyətin iki əsas səbəbi məlumdur - əməyə qeyri-iqtisadi və iqtisadi məcburetmə. Birincisi əmək mükəlləfiyyətindən yayındıqda hakimiyyət tərəfindən onun ən müxtəlif təzahürlərində - quldar, mülkədar, diktator və b.k. - cəza almaq qorxusuna əsaslanır. Bu, işçinin iş verəndən şəxsi asılılığını nəzərdə tutur. İkincisi, iqtisadi və hüquqi azadlıq şəraitində insanın öz rifah səviyyəsini yüksəltməkdə şəxsən maraqlı olmasından irəli gəlir.
Bazar iqtisadiyyatında insanın davranışına C.Bentam böyük diqqət yetirirdi. O hesab edirdi ki, insan fəaliyyətinin məqsədi onun rifahıdır ki, bu da müəyyən vaxt ərzindəki əzabların cəmi çıxıldıqdan sonra qalan məmnunluqların cəminə bərabərdir. Fərdi * rifahlara can atmaların* Öz aralarında uyğunlaşdırılmasını o, bazara və rəqabətə etibar etmir, hesab edirdi ki, bu qanunvericiliyin vəzifəsidir. Bentamın «İnsanın təbiəti konsepsiyası»nın əsas əlamətləri A.Smit və Rikardonun «iqtisadi insan» modeli ilə müqayisədə aşağıdakılardır:
universallıq iddiası (konsepsiya iqtisadi sahəylə məhdudlaşmır);
siniflilikdən üstün səciyyə (insan heç bir sinfə aid deyil);
gedonizm, yəni insanın bütün motivlərinin ardıcıl olaraq məmnunluğa və kədərdən uzaqlaşmağa nail olmaq;
hesablama rasionalizmi -xoşbəxtliyə aparan bütün hərəkətləri insanın hesablaya bilmək qabiliyyəti.
Təsərrüfatçılıq edən subyekti istehsalçı kimi nəzərdən keçirən klassik məktəbdən fərqli olaraq Bentamın marjinalist- lər tərəfindən dəstəklənmiş «səmərəli gedonist3* modeli təsərrüfatçılıq edən subyekti istehlakçı kimi nəzərdən keçirirdi. Lakin marjinalistlər iqtisadi subyektə mühüm əlavə etdilər və optimallaşdırıcı-insan konsepsiyasını yaratdılar. Onun əsas əlamətləri:
ən yüksək faydalılığa və ya gəlirə və ən az əziyyət və məsrəfə can atma;
fərdi üstüntutmalar sisteminin zaman daxilində də- yişilməzliyi və xarici şəraitdən və fərdlərdən azadlıq;
məqsədi onlara çatma vasitələri ilə müqayisə edə bilmə, vasitələrdən optimal variantı seçə bilmə qabiliyyəti;
optimal variantı tapa bilməyə imkan verən tam informasiyaya malik olmaq və səhvsiz qabağı görmək;
xarici şərtlərin dəyişməsinə ani reaksiya, hansı ki insanı «yarımallah edir*.
Siyasi iqtisad üzrə dərsliyinin (1879) «İnsanın iqtisadi təbiəti* fəslində A.Vaqner insan təbiətinin əsas xüsusiyyətini - «nemətlərin çatışmazlığını duymaq və bunu aradan qaldırmağa cəhd etməyi* - vurğulayır. O hesab edirdi ki, insanın iqtisadi fəaliyyətini idarə edirlər: