MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə120/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   116   117   118   119   120   121   122   123   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Kapitalın mahiyyəti - muzdlu əməyin istismar edilməsi nəticəsində izafi dəyər gətirən avanslaşdırılmış dəyərdir.
Kapitalın natural forması müxtəlif şəkildə: pul, əmtəə, məhsuldar (xammal və avadanlıq, həmçinin muzdlu iş qüv­vəsi şəklində) - ola bilər.
İstehsal vasitələri, əmtəə və ya pul heç də həmişə kapital rolunda çıxış etmir, heç də həmişə özgənin əməyinin nəticə­lərinin mənimsənilməsinə xidmət etmir. Başqa sözlə, kapital pul, avadanlıq və s. formasında ola bilər, lakin hər bir pul, dəzgah, alət və s. kapital olmur. Onların kapitala çevrilmə­sinin meyarı, Marksa görə, onların muzdlu kimi bilavasitə işçilərə qarşı duran işçilərdən təcrid edilməsidir. Belə özgə- ninkiləşdirmə (yəni iş qüvvəsinin əmtəəyə çevrilməsi) Avro­pada ilkin kapital yığımının gedişində baş verirdi ki, bu zaman kəndli şəxsi azadlıq əldə edir, lakin əsas istehsal va­sitəsindən - torpaqdan məhrum olurdu (ingiltərədəki məş­hur «çəpərləmə»). Beləliklə, kapital əşyanı deyil, ictimai münasibətlərin müəyyən tipini ifadə edən spesifik iqtisadi kateqoriyadır. Kapital həmişə muzdlu əməyi, muzdlu əmək isə kapitalı müşayiət edir.
Kapitalın meydana gəlməsinin tarixi zəmini ümumi xarakter almış, inkişaf etmiş əmtəə istehsalı və tədavülü­dür. Kapital iqtisadi həyatın bütün sahələrini Özünə tabe edir, mənfəət cəmiyyətin inkişafının hərəkətverici səbəbi olur.
Qeyd etmək Lazımdır ki, tarixən kapital kapitalizmdən xeyli əvvəl, pulun ticarət dövriyyəsinə və ya sələmə (faizlə) yönəldilməsi hesabına mənfəət gətirən tacir və sələm kapitalı şəklində mövcud olmuşdur. Tacir mənfəətinin və sələm fai­zinin mənbəyi qullar və təhkimli kəndlilərin yaratdıqları iza­fi məhsul, həmçinin azad kəndlilər və sənətkarların yaratdığı məhsulun bir qismi idi. Bu kapital formaları bir əldə çoxlu pulun və maddi sərvətlərin cəmlənməsinə səbəb olur və bila­vasitə sənaye kapitalı üçün ilkin yığımı sürətləndirirdi. Ka­pitalın sənayeyə gəlməsi yeni ictimai münasibətlər tipinin yaranmasından xəbər verdi, çünki iki tamamilə yeni sinif yarandı: muzdlu fəhlələr və sənaye kapitalistləri.
«Sənaye kapitalı* məfhumu yalnız bilavasitə sənaye sahələrinin özlərinə deyil, həm də kənd təsərrüfatına, tikin­tiyə, nəqliyyata aiddir, əgər iqtisadiyyatın bu sahələri iqti­sadi cəhətdən kapitalist prinsiplərinə əsaslanırsa, yəni əgər onlarda istehsal vasitələrinin mülkiyyətçilərinin qarşı dur­duğu muzdlu əmək istifadə olunursa.
Kapitalist istismarının mahiyyəti və mexanizmini və kapitalist mənfəətinin mənbəyini izah etmək üçün Marks kapitalı sabit və dəyişənə bölür.
Sabit kapital əmək vasitələrində əks olunandır. İstehsal prosesində onun dəyəri dəyişmir, yalnız hazır məhsula ötü­rülür. Belə ki, pambığın və əyirici dəzgahın dəyəri ipliyin dəyərinin tərkib hissəsinə daxil olur. Lakin nə pambıq, nə də dəzgah ipliyə özlərinin malik olduqları dəyərdən artıq dəyər verə bilməzlər.
Dəyişən kapital iş qüvvəsində əks olunandır. İşçi öz iş qüvvəsinin dəyərindən artıq dəyər yaratmağa qabildir. Bu artıqlıq izafi dəyər adlanır və kapitalistin mənfəətinin ma­hiyyətini təşkil edir.
Belə ki, hazır məhsulun dəyərinə üç komponent daxildir:
C - sabit kapitalın (istehsal vasitələrinin) keçirilmiş dəyəri;
V - dəyişən kapitalın (iş qüvvəsinin) dəyərinin təkrar is­tehsal olunmuş ekvivalenti;
M - izafi dəyər (yeni yaradılmış dəyərin iş qüvvəsi dəyə­rindən artıqlığı).
Kapitalın sabit və dəyişənə bölünməsi kapitalın hamısının deyil, yalnız onun dəyişən hissəsinin yeni dəyər yaradılma­sında iştirak etdiyini göstərməyə imkan verir. İş qüvvəsini dəyərinə görə ödəməklə, yəni mübadilənin ekvivalentlik qa­nununu pozmadan, kapital bununla belə fəhlə əməyinin bir qismini ekvivalentsiz mənimsəyir. Kapitalist istismarının mahiyyəti də bundadır.
Kapitalı səciyyələndirən Marks göstərirdi ki, hərəkətsiz o mümkün deyil. Hərəkətini dayandıran kapital artıq kapital deyil, o, ya müəyyən məbləğdə pul və ya boş dayanan ava­danlıq, xammal və materiallar ehtiyatı, məşğul olmayan iş qüvvəsi, satılmamış hazır məhsuldur. Yalnız daim hərəkətdə olub, natural-maddi formalarını dəyişərək kapital öz funksi­yasını realizə edə, yəni istehsalın təşkilinə avanslaşdırılmış- dan daha artıq dəyər yaratmaq məqsədilə istehsal vasitələrini işçilərlə birləşdirə bilər.
Kapitalizm inkişaf etdikcə sənaye kapitalı daxilində özünəməxsus ixtisaslaşma və əmək bölgüsü baş verir ki, nə­ticədə onun ayrı-ayrı funksional formaları (əmtəə və pul) ay­rılmağa və kifayət qədər müstəqil mövcud olmağa başlayırlar. Bu, birinci növbədə ticarət və borc kapitalına aiddir.
Ticarət kapitalı ticarət mənfəəti əldə etmək məqsədilə yalnız ticarətin təşkili ilə məşğul olmağa başlayır. Sırf tica­rət sahəsində fəaliyyət göstərən xüsusi kapitalın ayrılması sənayeçiyə istehsal və dövriyyə xərclərini azaltmağa, hazır məhsulun satışını və xammal alışını, bütövlükdə kapital döv­riyyəsini sürətləndirməyə və bununla da mənfəət kütləsini artırmağa imkan verir. Kapitalın sənaye və ticarət kapitalı­na bölünməsi mənfəətin iki təcrid olunmuş formaya - sahib­kar gəliri və ticarət mənfəətinə bölünməsinə səbəb olur. Ti­carət mənfəətinin sənaye mənfəətindən təcrid olunmasına aşağıdakılar səbəb olur: ticarətçi əmtəəni sənayeçidən dəyə­rindən bir qədər aşağı olan istehsal qiymətinə alır, satanda isə orta hesabla dəyərinə bərabər bazar qiymətinə satır. Yaranan qiymət fərqi ticarətçiyə ticarət işlərinin aparılması­na çəkilən xərcləri ödəməyə və özünə ticarət mənfəətini təmin etməyə imkan verir. Mövcud sahələrarası rəqabət bu­nunla nəticələnir ki, ticarət və sənaye kapitalı avans edilmiş kapitaldan eyni qazanc əldə edirlər, onların mənfəətinin həc­mi isə müvafiq olaraq ticarət və sənaye kapitalının həcminə uyğundur.
Borc kapitalı kapitalın qaytarmaq və faiz ödəmək şərtilə borc verilən pul kapitalının tədric olunmuş formasıdır. Borc kapitalı kimi cəmiyyətdə mənfəət, dövriyyə vəsaitlərinin bir qismi (əmək haqqının ödənişi, xammal və materiallar alışı vaxtının gəlib çatmasım gözlədikdə), amortizasiya fondunun bir hissəsi, şəxsi yığımlar və toplamalar kimi müvəqqəti sərbəst pul vəsaitləri cəmləşir. Borc kapitalı bu pul ehtiyatlarının həm bir yerə cəmləşməsinə kömək edir, həm də fəaliyyət göstərən və özü-özünə artma qabiliyyətinə malik olan kapitala çevrilməsinə imkan verir. Borc kapitalı sənaye və ticarət kapitalistlərinə fəaliyyət miqyaslarım genişləndirməyə, avadanlığı yeniləşdir­məyə, əmtəə satışı prosesini, bütövlükdə kapitalın dövriyyəsini sürətləndirməyə və bir qismi börc faizinin ödənilməsinə sərf olunacaq mənfəətlərini artırmağa kömək edir.
Borc kapitalının təcrid olunması zamanı kapital-mülkiy­yətin kapital-funksiyadan ayrılması baş verir. Belə təcrid olunma istehsal amillərinin üçamilli modeli daxilində dör­düncü amilin də - sahibkarlıq qabiliyyətinin (bəzi şərhlərdə - sahibkarlıq) ayrılmasına əsas vermişdi. Bir tərəfdən, bu sanki əmək qabiliyyətinin bir növüdür. Digər tərəfdən, sahibkarlıq kapital-funksiyanın başqa ifadəsidir. Müasir şəraitdə çox vaxt kapital birinin olur, başqaları isə onu hə­rəkətə gətirirlər. Bundan başqa, çox vaxt kapital-funksiya­dan kapitalın idarə edilməsi ayrılır, yəni istehsalı sahibkar özü idarə etmir, bunun üçün mütəxəssis-menecerlər dəvət edir. Belə əmək bölümü o qədər tipik olub ki, menecerial in­qilab (idarəçilər inqilabı) nəzəriyyəsinin yaranmasına səbəb olub, bu nəzəriyyəyə görə real hakimiyyət kapitalın formal sahiblərinə deyil, məhz idarəçilərə məxsusdur.
Kapital çərçivəsində əmək bölgüsü gəlir formalarının da təcrid olunmasına səbəb olub. Sənayedə yaradılmış bütün mənfəət kapitalın funksiyalarına müvafiq olaraq bir neçə tərkib hissəsinə bölünür. Kapitalı borc verən kapital sahibi borc faizi şəklində gəlir götürür. Sahibkar, yəni istehsalı təşkil edən və bütün istehsal amillərini birləşdirən, sahibkar gəliri və ya mənfəəti əldə edir. İstehsalı və kapitalı idarə edən muzdlu qulluqçunun bir növü olub maaş, yəni əmək haqqı alır. Bir şəxsin bir deyil, bir neçə sosial rol ifa etməsi, yəni öz kapitalını öz istehsalında istifadə etməsi və özü də onu idarə etməsi istisna deyil. Bu halda o, mənfəətin iki-üç funksional növünü əldə edə bilər.
Borc kapitalının təcrid olunması zamanı borc faizi irrasional adlandırılması mümkün olan özünəməxsus qiymət şəklində çıxış edir, çünki o, xüsusi növ əmtəə kimi borc ka­pitalının dəyərini ifadə etmir. Borc faizi daha çox borc ka­pitalının istehlak dəyərini, yəni müəyyən və sabit gəlir gətirmə qabiliyyətini ifadə edir. İstehsal və tədavül sahisində fəaliyyət göstərən kapital-funksiyadan fərqli olaraq borc kapitalı spesifik bazarda - borc vəsaitləri bazarında dövr edir. Borc faizi bu bazarda tələbin və təklifin həcmini müəy­yənləşdirdiyindən borc kapitalının qiyməti rolunda çıxış etdir. Bütün başqa şərtlərin eyniliyi şəraitində borc faizləri­nin yüksək dərəcələri kapital mülkiyyətçilərini borca daha çox vəsait təklif etməyə, sahibkarları isə, əksinə, börc götür­məkdən çəkinməyə təhrik edəcək. Buna görə də tələb əyrisi mənfi meylli, borc vəsaitlərinin təklif əyrisi isə müsbət meylli olacaq (şəkil 23.1).

Tələb əyrisilə təklif əyrisinin kəsişməsi borc kapitalı bazarında tarazlığı şərtləndirir və borc faizinin tarazlı bazar faizini müəyyənləşdirir.
Borc faizi kapital-funksiyanın gəlirini təşkil edən sahib­karlıq mənfəətindən fərqli olaraq, kapital-mülkiyyətdən gə­lən gəlirdir. Bununla belə, bu iki gəlir növü sıx əlaqədardır. Borc faizinin kəmiyyəti borc vəsaitlərinə olan tələb və tək­lifdən asılı olaraq dəyişə bilir. Bununla belə borc faizinin aşağı həddi sıfırdır: aydındır ki, kapital mülkiyyətçisi onu sahibkara müftə borca verməyəcək. Borc faizinin yuxarı həddi qismində sahibkar mənfəətinin həcmi çıxış edir, çünki bütün mənfəəti borc faizi kimi vermək lazım gələrsə, borc almağın mənası olmur.
Əməyin belə bölgüsü kapitala bütövlükdə istehsal və dövriyyə xərclərində qənaət etməyə, əmtəənin daha tez çat­dırılması və satılması hesabına kapitalın dövriyyə vaxtını tezləşdirməyə, müvəqqəti sərbəst pullardan daha səmərəli is­tifadə etmək və bütövlükdə kapitalın hərəkətindəki arzu­olunmaz fasilələrdən qaçmaq imkanı verir. Bu və bir sıra digər məqamlar izafi dəyərin məcmu kütləsinin artmasına səbəb olur ki, bu da sahibkara mənfəətinin bir qismini tica­rət və borc kapitalı ilə nisbətən ağrısız bölüşməyə imkan verir. Beləliklə, Marks sübut etmişdir ki, dəyər qanununu pozmadan ticarət mənfəəti və borc faizinin alınmasını izah etmək olar. Sənaye mənfəəti də, ticarət mənfəəti də, eynən borc faizi də sənaye fəhlələri tərəfindən yaradılmış izafi dəyərin hissələridir.
XIX və XX əsrlərin hüdudunda kapital yığımı və təmər­küzləşməsi həmçinin rəqabətin güclənməsi kapitalın funksio­nal formalarının ixtisaslaşması və təcrid olunması meyli mərkəzləşmə və universallaşma meyli ilə əvəzləndi. Sənaye və bank sahəsində inhisar birliklərinin yaranması zəminində onların maliyyə kapitalı şəklində qovuşması və birləşməsi baş verdi. Maliyyə kapitalı fenomeni alman alimi Hilferdinq tərəfindən dərindən təhlil olunmuşdu. Hilferdinqlə mübahi­səyə girən V.l.Lenin bu məsələyə böyük diqqət yetirmişdi. Sənaye və bank kapitalının birləşməsi və qovuşması qiymətli kağızlar (səhmlər, istiqrazlar, bonlar və s.) şəklində təmsil olunan və yalançı kapital adlandırılan kapitalın sürətli in­kişafı hesabına mümkün olmuşdur. Həqiqətən də, fabrik və bankın öz istehsalatlarını birləşdirib bir binada yerləşmələri­ni təsəvvür belə etmək olmaz. Sənaye və bank kapitallarının birləşməsi səhmdarlar cəmiyyətlərinin yaranması, sənayeçilər və banklar arasında səhm zərflərinin qarşılıqlı mübadiləsi, idarəetmədə birgə iştirakları, nəhayət sülalə əlaqələrin yara­dılmasına (Morqanlar, Rokfellerlər, Düponlar, Rotşildlər və b. qrupları) səbəb olmuşdur.
Maliyyə kapitalı həm sənaye müəssisələrini (çox vaxt müxtəlif sahələrə aid olan), həm də bankları, sığorta cəmiy­yətlərini, ticarət şəbəkəsini, nəqliyyat şirkətlərini, elmi-təd­qiqat və hətta tədris və səhiyyə müəssisələrini özündə birləşdirən güclü maliyyə-sənaye qruplarının formalaşmasına səbəb olmuşdur. Beləliklə, iqtisadiyyatın və ictimai həyatın bütün sahələri kapitalın nəzarəti altına düşdülər. Qərbi Av­ropa və Amerikada maliyyə kapitalının formalaşması prosesi on illərlə getmişdi. Müasir Rusiyada XX əsrin 90-cı illərinin iqtisadi və hüquqi özbaşınalığı şəraitində bu proses cəmi 5 il çəkmişdi. Qərb və ölkə informasiya vasitələrinin verdiyi məlumatlara görə 1996-cı ilin yanvarında Davosdakı Beynəl­xalq İqtisadi forumda Rusiya maliyyə oliqarxlarmın 1996-cı il prezident seçkilərində B.N.Yeltsini dəstəkləməklə bağlı qeyri-rəsmi toplantısı olmuşdu. Qeyd olunmuşdu ki, Çubays, Potanin, Berezovski, Qusinski, Smolenski, Xodorkovski və bir neçə başqasının başçılıq etdiyi 6-7 qrup ölkə sərvətinin 50%-dən çoxuna nəzarət edir. V.l.Leninin hələ XX əsrin əv­vəllərində qeyd etdiyi kimi, maliyyə kapitalı yalnız iqtisadi hökmranlıqla kifayətlənmir, o həm də, ya bilavasitə dövlət vəzifəsi tutmaqla, ya da öz adamlarını hakimiyyətə gətir­məklə siyasi hakimiyyətə can atır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin