MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İzokvant verilmiş həcmdə məhsulu istehsal etməyə qabil olan iki resursun bütün kombinasiyalarına müvafiq nöqtə­lərinin həndəsi yeridir



Yüklə 1,26 Mb.
səhifə105/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   101   102   103   104   105   106   107   108   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

İzokvant verilmiş həcmdə məhsulu istehsal etməyə qabil olan iki resursun bütün kombinasiyalarına müvafiq nöqtə­lərinin həndəsi yeridir. Bu zaman üfüqi oxda adətən əmək amili, şaqulidə isə kapital amili əks olunur. İzokvantın meyl bucağı texniki əvəzləmənin son hədd norması ilə müəyyənləşir.
İzokvantlar mahiyyət etibarilə də, forma etibarilə də la­qeydlik əyrisini xatırladır. Həqiqətən də, əgər hər hansı bir izokvantda A, B, C nöqtələri yerləşirsə, onda sahibkar üstün­lük verdiyini müəyyənləşdirib onlardan birini seçə bilməz, çünki bu nöqtələrlə qeyd olunmuş resurs kombinasiyalarından (A, B və ya C) hər biri eyni miqdarda əmtəə istehsal edəcək.
Firma çoxlu müxtəlif həcmdə məhsul istehsal edə bildiyi­nə görə onlara çoxlu izokvantlar müvafiq olacaq. Beləliklə, hər firma üçün ona xas olan izokvantlar xəritəsini qrafik şəkildə əks etdirmək olar. İzokvant koordinatların başlanğı­cından nə qədər ucada və uzaqda olsa, deməli o, bir o qədər böyük istehsal həcmini səciyyələndirir. Hər izokvant isteh­sal olunan məhsulun bir həcminə müvafiq olduğundan, bir xəritənin izokvantları kəsişmirlər.
Izokvantlar istehsal funksiyaları növlərinə uyğun olaraq müxtəlif formada ola bilir.
Xətti funksiya. Təkmil əvəzləyici resurslar üçün izokvant- lar xəritəsi mənfi maillikli paralel düz xətlərin məcmusudur (şəkil 13.5). Belə izokvantların maillik bucağını səciyyələndi­rən texniki əvəzləmənin son hədd norması daimi olub, (MRTS=b/a) izokvantının istənilən nöqtəsində b/a-ya bəra­bərdir.

Leontyev funksiyası. Mütləq tamamlayıcı olan və biri- birini əvəzləməyə qabil olmayan istehsal amilləri üçün izo- kvantlar ingilis hərfi L formasında olur (şəkil 13.6). istehsalçı üçün yeganə mümkün səmərəli qərar əyrinin dönüş nöqtəsi olacaq, çünki onun şaquli və ya üfüqi hissələri ilə irəliləməsi istehsal həcmini artırmadan resursların birinin mənasız yerə artırılması deməkdir. Məhsul istehsalını artırmaq üçün fir­ma yuxarıdakı izokvantın dönüş nöqtəsinə keçməlidir.
Izokvantın şaquli hissəsi üçün maillik bucağı sonsuzluğa bərabərdir (MRTS müəyyənləşdirilməyib), çünki əmək artımı (üfüqi xətt üzrə) sıfra bərabərdir. İzokvantın üfüqi hissə üçün maillik bucağı sıfra bərabərdir (MRTS = 0), çünki kapital artımı (şaquli xətt üzrə) sıfra bərabərdir. ki, iş qüvvəsi sahibləri üçün əmək haqqı gəlirdirsə (əməyə görə haqq), müəssisə üçün istehsal xərc­ləridir.
Bəs gəlir nədir?
Mikrosəviyyədə gəlir haqqında ən ümumi təsəvvür tərif­də verilir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin