MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə102/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   98   99   100   101   102   103   104   105   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Qısamüddətli dövr elə bir zaman kəsiyidir ki, onun ər­zində ən azı bir istehsal amili öz əvvəlki ölçülərini (yəni təs­bit edilmiş, daim) saxlayır, firmalar isə sahəni nə tərk edə, nə də ona daxil ola bilirlər.
Uzunmüddətli dövr bütün istehsal amillərinin öz ölçü­lərini dəyişmək imkanına malik, yəni dəyişkən olması, fir­maların isə sahəni tərk edə, yaxud ona daxil ola bilməsi üçün kifayət edən vaxtdır.
Qısamüddətli və uzunmüddətli dövrlər arasındakı fərq dəqiq deyil, bu dövrləri birdəfəlik hər hansı konkret zaman kəsiyi ilə əlaqələndirmək olmaz. Qısamüddətli və uzunmüd­dətli dövrlər arasındakı fərq daha çox iki müxtəlif növ ida­rəçilik qərarlarını səciyyələndirir: gündəlik operativ və uzunmüddətli strateji. Bununla belə bu fərq istehsal funk­siyasının növünə bilavasitə təsir edir.
Qısamüddətli dövrdə istehsal və istehsal funksiyası
Qısamüddətli dövrün tərifindən çıxış edərək demək olar ki, istehsalın ikiamilli modelində istehsal olunan məhsulun həcmi yalnız bir amilin, məhz dəyişənin funksiyasıdır. Adə­tən belə amil kimi əmək çıxış edir, çünki onun həcmi daha asan ölçüyə gəlir. Belə ki, müəssisə və dəzgah parkı sayının təsbit edilmiş vəziyyətində fəhlələrin sayını və ya iş vaxtı­nın müddətini dəyişmək, əlavə zavodlar tikib onları dəzgah- larla təchiz etməkdən daha asandır. Qısamüddətli dövrdə istehsal funksiyası aşağıdakı şəkildə olur:
Q = f (L).
Daha bir əmək vahidinin tətbiqindən alman əlavə məhsul əməyin son hədd məhsulu adlanır (MP - marginal product of labour).
Qısamüddətli dövrdə istehsalın ən mühüm xüsusiyyəti ondadır ki, ehtiyatların məhsuldarlığı verimin azalmasının təsirinə məruz qalır.
Verimin azalması qanununa görə, əgər ölçülərinə görə təsbit olunmuş amillərə dəyişən amilin əlavə vahidləri əlavə edilsə, onda yekunda alınan əlavə məhsulun daim aşağı düş­məyə başladığı an gəlib çatar. Başqa sözlə, bir dəyişən amil vahidindən alman son hədd (əlavə) məhsulu qısamüddətli dövrdə azalmağa meyllidir.
Bu meyl cədvəl 13.1-də göstərilib.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin