Kobb-Duqlas funksiyası. Əksər hallarda istehsal amilləri eyni zamanda biri-birinin həm tamamlayıcısı, həm də əvəz- ləyicisi olurlar. Bu kimi ən çox yayılmış hallara aşağıdakı düstur uyğun gəlir:
Q = KaL\
Bu asılılıq növü Amerika alimləri Kobb və Duqlas tərəfindən təhlil edilmiş və aşağıdakı istehsal funksiyası növü onların adı ilə adlandırılmışdır:
Y = A KaLb,
burada A - xətti əmsaldır;
00Qüvvət əmsalları kapitalın (əməyin) 1% dəyişdiyi təqdirdə məhsul istehsalının nə qədər dəyişəyəcəyini göstərir. Başqa sözlə, a və b hər bir istehsal amilinin buraxılan məhsulun həcminin dəyişməsindəki rolunu göstərir, yəni a və b əmsalları istehsal həcminin müvafiq olaraq kapitala və əməyə görə elastikliyinin göstəricisidir. a = (AY/AK) x (K/Y). b = (AY/AL) x (L/Y).
Bu növ funksiya üçün texniki əvəzləmənin son hədd norması aşağıdakı düsturla təyin edilir:
MRTS = -bK/(aL).
1920-ci illərdə ABŞ-da aparılmış empirik tədqiqatlar göstərdi ki, əmək məsrəfinin 1% artması məhsul istehsalının 0,75% qədər artmasını təmin edir, amma kapital məsrəfinin eyni qaydada artımı məhsul həcmini yalnız 0,25% artırır.
Bir sıra sonrakı, o cümlədən R.Solou, E.Denison tərəfindən aparılmış tədqiqatlar göstərdi ki, insan amilinə investisiyalar, kapital qoyuluşundan çox gəlir gətirir. Müvafiq olaraq, təhsil və insan potensialının inkişafına investisiya qoyan ölkə bütün qalan şərtlərin eyniliyi şəraitində daha yüksək iqtisadi artım sürəti göstərir.
Kobb-Duqlas funksiyamın sonrakı işlənməsinin maraqlı istiqaməti təhlilə vaxt amilinin daxil edilməsi oldu. Bu zaman funksiya aşağıdakı şəkil alır:
Y - f(K, L, t).
Vaxt amili göstərir ki, resursların məhsuldarlığı elm və texnika artdıqca artır. Başqa sözlə, təhlilə texniki tərəqqi amili daxil edilir və söhbət amillərin yalnız kəmiyyətindən deyil, həm də keyfiyyətindən, yalnız ekstensiv deyil, həm də intensiv iqtisadi artımdan gedir.Bu zaman istehsal funksiyası aşağıdakı şəkil alır:
Y = A KaLbert.
Burada ert - istehsalda keyfiyyət dəyişikliklərini əks etdirən kompleks göstərici, yəni t zaman müddətində texniki tərəqqidir.
İstehsalın tərkib hissələri barədə daha aydın təsəvvür yaratmaq üçün istehsal funksiyası həm də artım sürəti və a və b elastiklik göstəriciləri vasitəsilə təqdim oluna bilər:
y = ak+bl+r.
Burada y, k, 1 - müvafiq olaraq məhsul, kapital və əməyin kəmiyyət artımı sürətidir.
r - resursların keyfiyyət dəyişmələri, yəni texniki tərəqqi hesabına məhsul artımı göstəricisidir.
Kobb-Duqlas istehsal funksiyası yalnız hər bir amylin ayrı-ayrılıqda rolunu göstərmir, həm də iqtisadi resurslardan bütövlükdə istifadənin səmərəliliyi, onların məcmu səmərəsi barədə fikir yürütməyə imkan verir, a və b dərəcə əmsallarının cəm qiymətinin köməkliyi ilə istehsal miqyası effektini qiymətləndirmək olar.
Əgər a+b=l olarsa, bu resursların daim səmərəliliyini göstərir, yəni miqyasın neytral effektini görürük. Məsələn, resurs məsrəfi 5% artır və istehsal həcmi də 5% artır. Cəbri qaydada bu belə olur:
f(2K, 2L) = 2f(K, L).
a+b>l olarsa, miqyas effekti müsbət, resursların səmərəsi isə artan olacaq. Məsələn, resurs məsrəfi 5% artarsa, istehsal həcmi 5% -dən çox, deyək ki, 7% olur. Bu halda cəbri qaydada müsbət miqyas effekti aşağıdakı tənliklə göstərilir:
f(2K, 2L) > 2f(K, L).
a+bf(2K, 2L) < 2f(K, L).
Miqyasın müsbət effekti istehsal artımı sayəsində qənaət əldə olunduğunu göstərir. Belə qənaət əməyin ixtisaslaşdırılması, daha səmərəli idarəetmə, binalardan, avadanlıqdan, elektrik enerjisindən və s. qənaətlə istifadədən asılıdır.
Miqyasın mənfi effekti göstərir ki, istehsal məsrəfləri faydalı nəticələrə nisbətən daha sürətlə artır. Məsələn, zavodların tikintisi və ya firmanın genişləndirilməsi zamanı nəhəngliyə uymaq idarəetmə xərclərini hədsiz artıraraq onun səmərəliliyini aşağı sala bilər; özü də bürokratizm, məsuliyyətin bir-birinin boynuna atılması və s. hallar artır.
Əlbəttə, hər bir istehsalçı məhsulun kapital- və əməktu- tumluğunun azaldılması və səmərəliliyinin artmasında maraqlıdır. Buna görə də firmanın məqsədəuyğun, səmərəli davranışı istehsal miqyasını, miqyasın müsbət və ya heç olmasa neytral effektinin əldə olunması imkanı olana qədər genişləndirməkdən ibarətdir. İstehsal funksiyasının qrafik şərhi Resurs məsrəfi ilə məhsul buraxılışı arasındakı asılılıq qrafik şəkildə göstərilə bilər. Yuxarıda göstərildiyi kimi, qısamüddətli dövr üçün istehsal funksiyası TP məcmu məhsul əyrisi ilə əks olunur. Özü də üfüqi oxda istehsalın dəyişən amilinin dəyişməsi, şaqulidə isə istehsal həcminin dəyişməsi izlənilir. Uzunmüddətli dövr üçün izokvant adlanan başqa növ əyrilər tətbiq olunur.