MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İstehsal amilləri bazarında tələb və təklif. Firmanın tarazlığı



Yüklə 1,26 Mb.
səhifə112/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   108   109   110   111   112   113   114   115   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

16.5.İstehsal amilləri bazarında tələb və təklif. Firmanın tarazlığı
İstehsal amilləri bazarı bazar iqtisadiyyatı sisteminin mü­hüm tərkib hissəsidir. Bu bazarda istehsalçı firmalar alıcı rolunda, ev təsərrüfatları isə tədarükçü rolunda çıxış edir. Bu zaman firmaların əldə etdikləri istehsal amilləri üçün ödədikləri qiymət ev təsərrüfatlarının amil gəlirləri adlanan ilkin gəlirlərini formalaşdırır. Amil gəlirlərinə əmək haqqı, renta, borc faizi, mənfəət aiddir. Beləliklə, istehsal amilləri bazarının uğurlu fəaliyyətindən nəinki ictimai istehsalın lazımi resurslarla fasiləsiz təminatı, həm də gəlirlərin cəmiy­yətdə ilkin bölgüsünün xarakteri, həmçinin gəlirlərin səviy­yəsi asılıdır.
istehsal amilləri bazarı - ümumiləşdirici anlayışdır. Onun tərkib hissələri əmək bazarı, kapital bazarı, torpaq ba­zarıdır. Bu bazarlardan hər birinin özünəməxsus xüsusiy­yətləri var. Bu və sonrakı fəsillərdə bu bazarlarda qiymətin əmələ gəlməsinin xüsusi və ümumi əlamətləri nəzərdən keçi­riləcək, habelə istehsal amilləri bazarında satılan spesifik malların xarakteristikası veriləcəkdir.
Əmtəə və xidmətlər bazarında olduğu kimi istehsal amil­ləri bazarının təşkili də tam rəqabətdən xalis inhisara kimi müxtəlif cür ola bilər. Bazarın rəqabət modelindən asılı ola­raq, istehsalın bu və ya digər amilinin tarazlıq qiyməti və
tarazlıq miqdarı dəyişəcəkdir.
Konkret vəziyyətlərin müzakirəsini mücərrəd baza mo­deli kimi təkmil rəqabətli bazarın təhlilindən başlamaq daha məqsədyönlüdür. Bunun üçün aşağıdakı şərtiliyi qəbul edək:

  • istehsal amillərinin satıcı və alıcıları çoxdur;

  • sahəyə daxil olmaq və çıxmaq azaddır;

  • istehsal amillərinin mobilliyi;

  • bazar informasiyasına daxilolma imkanı azaddır;

  • bütün istehsal amillərinin satıcı və alıcıları hazır qiy­mət qəbul edəndir.

Bundan başqa, fərz edək ki, istehsal amilinin bir növü­nün bazarında bu resursun bütün vahidləri yekcinsdir (mə­sələn, bütün bənnaların ixtisaslaşma səviyyəsi və əməyə motivasiyası eynidir).
Yuxarıdakı şərtiliklər olarsa, əmək bazarında bazar tələbi və təklifi məlum tələb və təklif əyriləri ilə əks olunacaq ki, bunların da kəsişməsi bazar tarazlığını müəyyən edir, yəni həmin anda amilin qiymətini və onun iqtisadiyyatda isti­fadəsi səviyyəsinə təsir edən bazar tarazlığını müəyyən­ləşdirir (şək. 22.1).


Şəkil 22.1. İstehsal amilinə bazarın tələb və təklifi

İstehsal amilinin ayrıca götürülmüş alıcısı və ya satıcısı tərəfindən tələb və təklifə gəldikdə isə burada müəyyən xü­susiyyətlər var. Bazar qiyməti nə qədər yüksək olarsa, hazır qiyməti alan olduğu üçün satıcı bazara həmin resursdan bir o qədər çox gətirməyə hazırdır, yəni onun təklif əyrisi adi müsbət meylliliyə malik olacaq. Lakin onun təklif etdiyi re­sursa olan tələb əyrisi üfüqi olacaq (şəkil 22.2, a). Bu o de­məkdir ki, bir satıcıda olan resursun bazar miqyaslarında cüzi olduğunu nəzərə alaraq bazar resurs sahibinin təklif et­diyi bütün ehtiyatı bazarın həmin tarazlıq qiyməti ilə qəbul etməyə hazırdır. Daha yüksək qiymət tələb etmək imkanı yoxdur, çünki bu cür resurs satıcıları çoxdur. Ucuz satmağa da ehtiyac yoxdur, çünki çoxsaylı alıcılar həmin resursu bazar qiymətləri ilə almağa onsuz da hazırdırlar.
Digər tərəfdən resurs istehlakçısı onun qiyməti nə qədər aşağı olarsa, ondan bir o qədər çox almağa hazırdır. Beləlik­lə, ayrı-ayrı alıcıların tələb əyrisi adi mənfi meylliliyə malik olacaqdır. Təklif əyrisi isə əksinə, üfüqi olacaq, bu da bazar­da bu istehlakçıya lazım olan istənilən miqdarda resursu mövcud bazar qiymətlərinə almağın mümkünlüyü göstərir (şək.22.2, b). Daha ucuz almaq imkanı yoxdur, çünki bazar-


Şəkil 22.2. Bazarda tarazlıq və fərdi tarazlıq: a - resursun fərdi satıcısı; b - resursun fərdi istehlakçısı; c - ümumilikdə bazar



da çoxlu sayda alıcı fəaliyyət göstərir. Daha artıq pul ödəmə­yə ehtiyac yoxdur, çünki satıcıların rəqabəti mövcuddur.
İstehsal amillərinə tələbin əsas xüsusiyyəti onun törəmə xarakterdə olmasıdır. Həqiqətən də, ayrı-ayrı resursa olan tələb, hər şeydən əvvəl bu resursun köməyilə istehsal olunan əmtəəyə (xidmətə) olan tələbdən asılıdır. Benzinə tələb nə qədər yüksək olarsa neftə, buruq qurğularına, neft kəşfiy­yatçılarının, neft çıxaranların əməyinə də tələb bir o qədər yüksək olar.
Resursa tələb həm də istehsal olunan məhsulun qiymətin­dən də asılıdır. O nə qədər yüksək olarsa, bütün digər şərt­lərin eyniliyi şəraitində resursun istehsalın alternativ deyil, məhz bu növündə tətbiqi daha sərfəlidir. Resursa tələb resursun özünün məhsuldarlığı ilə (yəni resurs vahidinin köməyilə alınmış hazır məhsulun miqdarı ilə) düz mütənasib­dir. Belə ki, torpağın münbit sahələrinə tələb gilli və şoran torpaqlara tələbdən yüksəkdir və s.
Resursun məhsuldarlığı daimi kəmiyyət deyil. Qısamüddət­li dövrdə, yəni istifadə olunan istehsal amillərindən ən azı biri daimidirsə və öz kəmiyyətini dəyişmirsə, dəyişən amil öz məhsuldarlığını yalnız müəyyən həddə kimi artıra bilər. Belə ki, torpaq sahəsinə gübrə verilməsi əvvəlcə məhsuldarlığın kəskin artımına səbəb olacaq, sonra artım bir qədər zəifləyəcək, sonra isə torpaq və becərilən bitkinin tərkibində sulfat, nitratların və s. miqdarı həddindən artıq olacaq ki, bu da hətta məhsulun məhvi ilə nəticələnə bilər. Bu fenomen kifayət qədər ümumi xarakter daşıyır və məhsuldarlığın azalması və veri­min azalması qanunu kimi məlumdur. Bu qanunun təhlil edil­məsinə marjinalist məktəbi böyük diqqət yetirir.
Marjinalistlərin istehsal amilləri bazarının təhlilində istifadə etdikləri əsas kateqoriyaları nəzərdən keçirək.
İstehsal amilinin son hədd məhsulu (MP^) - bu, hazır məhsulun əlavə resurs vahidinin istifadəsi hesabına əldə olu­nan artımıdır. Qısamüddətli dövrdə MP, əvvəlcə artır, sonra yenə azalmağa başlayır (şək. 22.3).

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin