MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 17. Əmək amili və onun iqtisadiyyatda rolu



Yüklə 1,26 Mb.
səhifə115/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   111   112   113   114   115   116   117   118   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 17. Əmək amili və onun iqtisadiyyatda rolu
17.1. Əmək anlayışına tarixi-nəzəri yanaşma
17.2. Əmək və əməyin qiyməti
17.3. Təkmil rəqabət şəraitində əmək bazarında qiymətin formalaşması
17.4. Qeyri-təkmil rəqabət şəraitində əmək bazarında qiymətin əmələ gəlməsi


17.1. Əmək anlayışına tarixi-nəzəri yanaşma
Bəşər cəmiyyətinin əsas həyat fəaliyyəti əməkdir. Əmək, təbiət materialları və bütün ətraf aləmi insanın və cəmiyyə­tin tələblərinə uyğunlaşdıraraq insan və təbiət arasında maddələr mübadiləsində vasitəçilik edir. Heyvanat aləminin həyat fəaliyyətindən fərqli olaraq insan əməyinin aşağıdakı spesifik xüsusiyyətləri var.
Əmək məqsədyönlüdür. İstənilən istehsal insan tərəfin­dən qoyulan müəyyən məqsədə xidmət edir. İşə başlamazdan əvvəl ən savadsız icraçı da xəyalən hərəkətlərinin ardıcıllı­ğını düşünür və plan qurur.

  • İnsanın əməyi ictimaidir. Bu, o deməkdir ki, Robinzon hətta boş, kimsəsiz adada təkbaşına çalışanda belə təkcə cə­miyyətin digər üzvlərinin düzəltdiyi bəzi alət və avadanlıq­lardan deyil, həm də ən əsası bəşəriyyətin topladığı istehsalat təcrübəsi, texnologiya və biliklərdən istifadə edirdi.

  • İnsan əməyi yaradıcı xarakterlidir, çünki onun son, əsas məqsədi nemət istehsalıdır.

  • Nəhayət, əməyin ən mühüm xüsusiyyəti əmək aləti yaratmaq qabiliyyətidir.

İnsan əmək prosesində təkcə ətraf aləmi deyil, həm də öz daxili təbiətini dəyişir, öz iş qüvvəsini, yəni əmək qabiliyyə­tini reallaşdırır: o, fiziki və əqli cəhətdən inkişaf edir, yeni biliklər qazanır, onun dili yeni anlayışları əks etdirir. Belə­liklə, əməyin insanı yaratdığını və onu inkişaf etdirməyə da­vam etdiyini söyləmək olar.
Yuxarıda qeyd edildiyi kimi, əmək prosesinin sadə mə­qamları canlı əməyin Özü, əmək cisimləri və vasitələridir. Əmək prosesinin son nəticəsi nemət yaradılmasıdır.
Əmək prosesində insan təkcə təbiətlə deyil, həm də digər insanlarla qarşılıqlı əlaqəyə girir. İqtisadçıları maraqlandı­ran münasibət - istehsal vasitələri üzərində mülkiyyət, mü­badilə, bölgü və son məhsulun mənimsənilməsi ilə əlaqədar olan ictimai istehsal münasibətləridir. İstehsal münasibət­ləri əmək prosesinin ictimai formasıdır. Eyni əmək prosesi müxtəlif ictimai-tarixi formalarda baş verə bilər: buğdanı qul, təhkimli kəndli, muzdlu işçi, azad fermer yetişdirə bilər. Bütün hallarda buğda eyni olacaq. Əmək münasibətlə­rinin xarakteri və işçinin istehsal vasitələrinə münasibətinin xarakteri bir-birindən fərqlənir. Bu münasibətlərin xarak­teri nə ilə müəyyən edilir? Marksizm nəzəriyyəsinə görə is­tehsal münasibətləri cəmiyyətin məhsuldar qüvvələrinin inkişaf səviyyəsi və xarakteri ilə şərtlənir.
İngiltərədə feodalizmdən kapitalizmə keçidin başlanğıcını göstərən ilk sənaye inqilabından başlayaraq və hazırda da bütün dünyada əməyin muzdlu forması üstünlük təşkil edir. Bu kateqoriyanı daha müfəssəl şəkildə nəzərdən keçirək. Əgər aşağıdakı şərtlər yerinə yetirilərsə, əmək muzdlu olur:

  • işçi şəxsən azad olmalıdır;

  • işçinin öz istehsal vasitələri olmamalıdır.

Bunlar olmayanda yaşamaq üçün vəsait əldə etməyin ye­ganə yolu öz iş qüvvəsini satmaq olur, özü də həmişəlik yox, müvəqqəti, əgər işçi iş qüvvəsini həmişəlik satsaydı, qula çevrilərdi.
Diqqət yetirək: marksizm iş qüvvəsinin satılması amilin­dən çıxış edir, lakin digər nəzəriyyələrin çoxu işçinin öz əməyini satdığı fikrindədir.
Marksm dəlillərinə nəzər salaq. Əmək əmtəə ola bilməz, çünki istehsal prosesinə kimi o hələ mövcud deyil. Əmək pro­sesi işə götürmək haqqında müqavilə bağlandıqdan sonra başlayır. Dəyər özü əmək məsrəfləri ilə müəyyən edildiyin­dən əmək dəyərə malik ola bilməz (bir anlayışı o birinin kö­məyilə müəyyən etmək olmaz, tavtologiya alınır). Nəhayət, Marks dəlilləri sonuncudan başlayaraq tətbiq edir. Tutaq ki, əmək əmtəə ola bilər. Əgər o, öz dəyərinə görə satılırsa və işçi öz əməyinin tam ekvivalentini alırsa, sahibkarın işçini muzdla tutmasının mənası itir, mənfəət də itir. Əgər fərz etsək ki, əməyə dəyərindən az pul ödənir (sahibkarın mənfəəti olsun deyə), bu dəyər qanununu, bazar mübadiləsi­nin ekvivalentliyi qanununu pozur.
K.Marks əməyin deyil, əmək qabiliyyətinin satıldığını əsaslandıraraq iş qüvvəsinin əmtəə kimi xarakteristikasını verir. İş qüvvəsinin müəyyən dəyəri və istehlak dəyəri (fay­dalılıq) var.
İş qüvvəsinin dəyəri iş qüvvəsinin təkrar istehsalına la­zım olan ictimai zəruri vaxtla müəyyən edilir. Bəs iş qüv­vəsinin təkrar istehsalı nə deməkdir? Bu işçiyə və onun ailəsinə öz həyat fəaliyyətinin və əmək qabiliyyətinin nor­mal, hətta daha yüksələn səviyyədə saxlamaq üçün tələb olu­nan bütün nemətləri, əmtəə və xidmətləri təkrar istehsal etmək deməkdir. Beləliklə, iş qüvvəsinin dəyəri onun təkrar istehsalı üçün zəruri olan həyat vəsaitlərinin dəyəri kimi müəyyənləşdirilir.
İş qüvvəsi dəyərinin tarixi, milli, sosial və mədəni ün­sürləri var. Məsələn, müxtəlif dövrlər, müxtəlif ölkələr xalqlar üçün orta ailənin tələbatı haqqında anlayışlar heç eyni deyil: isti iqlimdə isti paltar və yaşayış yerinin qızdırıl­ması tələb olunmur, Avropa və Asiyada sosial və mədəni tələbatlar da fərqlidir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin