MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Qeyri-təkmil rəqabət şəraitində əmək bazarında qiymətin əmələ gəlməsi



Yüklə 1,26 Mb.
səhifə118/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   114   115   116   117   118   119   120   121   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

17.4. Qeyri-təkmil rəqabət şəraitində əmək bazarında qiymətin əmələ gəlməsi
Qeyri-təkmil rəqabət müxtəlif formalarda təzahür edə bilər. Bir neçə səciyyəvi halı ardıcıl nəzərdən keçirək.
Əmtəə və xidmətlər bazarında İnhisar. Tutaq ki, hazır məhsul bazarında inhisarçı firma resurslarını təkmil rəqabət bazarında alır. Onda firma hazır məhsul bazarında qiyməti təyin edən, resurslar bazarında isə qiyməti hazır qəbul edən olur. Bu halda hazır məhsulun inhisar qiyməti əlavə məhsul vahidindən alınan son hədd gəlirindən yüksək olacaq. De­məli, resurslar bazarında əlavə resurs vahidinin istifadə edil­məsindən alınan son hədd məhsulunun qiyməti bu halda yaranan son hədd gəlirindən yüksək olacaq (şək.22.11).
22.11-ci şəkil aşağıdakıları göstərir. Birincisi, inhisarçı təkmil rəqabət bazarı ilə müqayisədə məhsul istehsalı həc­mini aşağı saldığından onun resurslara tələbatı da aşağı ola­caq, deməli, işçilərin məşğulluq səviyyəsi və ya digər resurslardan istifadə də təkmil rəqabətdə olduğundan aşağı olacaq.
İkincisi, əgər təkmil rəqabətdə son hədd işçisi üçün mar- jinalist nəzəriyyə heç olmasa formal ekvivalent mübadiləsi görüntüsünü nəzərdə tutursa (MRP=VMP=PL=W), əmtəə və xidmətlər bazarında inhisar olanda hətta bu son hədd işçisi də yaratdığı son hədd məhsulunun dəyərindən də aşağı əmək haqqı alır (W = MRP, MRP
Əmək bazarında monopsoniya. Əgər bazarda cəmi bir alıcı varsa, bu hal alıcının inhisarı və ya monopsoniya adla­nır. İstehsal amili, xüsusilə də əmək bazarında monopsoniya halları kifayət qədər tez-tez olur. Monopsoıüya da istehsal­çının inhisarı kimi həm ümumilli, həm də yerli, regional miqyaslarda mövcud ola bilər. Sonuncuya xüsusilə tez-tez təsadüf olunur. Belə ki, bütün həyatlan bir müəssisənin (mə­sələn, şaxtanın, kimyəvi, maşınqayırma və ya toxuculuq kombinatının) işinə əsaslanan şəhərlər az deyil. Belə müəs­sisə yerli bazarda demək olar ki, yeganə işə götürən olur və onun bağlanması bütün şəhərin mövcudluğunu təhlükə al­tına alır.
Təkmil rəqabət firmasından fərqli olaraq monopsonistə əmək təklifinin əyrisi, yəni ümumi bazar təklifinin əyrisi qarşı durur. Bu halda firma əlavə işçi götürmək üçün əmək haqqını artırmağa məcbur olacaq. Zərurətdən doğan bu ar­tım təkcə son hədd işçisinə deyil, bütün əvvəldən işə götü­rülənlərə də aid olacaq. Nəticədə əlavə işçiyə çəkilən son hədd xərcləri yeni, yüksək əmək haqqı səviyyəsindən yüksək olacaq (MRC>W). Qrafikdə (şək.22.12) bu son hədd xərclə­rinin əyrisinin orta xərclərin əyrisindən (mahiyyət etibarı ilə əmək təklifi əyrisindən) yuxarıdan keçməsi şəklində ək­sini tapacaq.

Şəkil 22.12. Monopsoniya şəraitində əmək
bazarında tarazlıq
Monopsonçu hansısa qiyməti heç vaxt fakt kimi qəbul et­mədiyindən, əməyə tələb əyrisi heç vaxt ona qarşı durmur (məhsul təklifi əyrisinin inhisarçı istehsalçıya qarşı durma­dığı kimi). Monopsonçu qiymət təyin edəndir və eyni zaman­da əməyin qiyməti və işə götürülən işçilərin miqdarından müəyyən kombinasiyalarından seçim etməlidir. Monopson- çunun davranışının əsas meyarı mənfəətin maksimuma çat­dırılmasıdır, deməli o, onun son hədd xərcləri və əlavə işçidən alınan son hədd gəlirlərinin bərabərliyi sabitləşənə qədər işçi işə götürəcək, yəni MRP=MRC. Son hədd xərclə­ri əyriləri və amildən əldə edilən son hədd gəlirinin əyrisinin kəsişməsi monopsonistin bazar tarazlığını və ona müvafiq məşğulluq səviyyəsini şərtləndirir. Əmək haqqı dərəcəsinə gəldikdə isə, onun səviyyəsi əməyin sahə təklifindən, müəy­yən sayda işçilərin göstərilən işi yerinə yetirməyə hazır ol­duğu transferlərin səviyyəsindən asılı olaraq müəyyən edilir. Qrafikdə bu əmək haqqının WM səviyyəsidir. Monopsonçu- nun daha böyük dərəcə təklif etməsinin mənası yoxdur, çünki o transferə bərabər əmək haqqı səviyyəsinə görə də verilmiş sayda işçi tapacaq. Beləliklə, monopsoniyada əmək bazarında MRC>Wm, deməli, MRP>Wm. Monopsonçunun işçilərə maaşı az verməsi və onları istismar etməsi faktı aşkardır.
Əgər monopsoniya və təkmil rəqabət bazarlarını müqayisə etsək, ikinci halda bazarın tarazlığının sahə təklifinin əyrisi ilə sahə tələbinin əyrisinin (əməkdən əldə edilən gəlirin identik əyrisindən) kəsişmə nöqtəsində başladığını görmək çətin deyil. Bu tarazlığa QCK məşğulluq səviyyəsi və əmək haqqının WCK dərəcəsi uyğun gəlir. Hər iki göstərici monop­soniyada olduğundan yüksək olur. Deməli, monopsonçu həm məşğulluq səviyyəsini, həm də əmək haqqını aşağı salır.
İkitərəfli inhisar. Müasir əmək bazarları həmrəy olan işəgötürənlərə qarşı duran kifayət qədər güclü və mütəşəkkil peşəkar həmkarlar ittifaqlarının iştirakı ilə səciyyələnir. Və­ziyyəti satıcı (kollektiv müqavilələr bağlayan həmkarlar itti- faqlan) və alıcı (işəgötürən firmalar) inhisarlarının mövcud­luğu kimi qiymətləndirmək olar. Bu halda əmək bazarında qiymət necə formalaşır? Vəziyyət xeyli mürəkkəbdir və qar­şıdurmanın dəqiq nəticəsini qabaqcadan demək bəzən müm­kün deyil. K. Marks bu haqda yazırdı ki, iki hüququn - satıcı hüququ və alıcı hüququnun toqquşması baş verir. Bi­rinci öz iş qüvvəsini mümkün qədər baha satmağa, ikincisi isə mümkün qədər ucuz almağa çalışır. İki hüquq toqquşan­da qərar gücə mənsubdur. Və həqiqətən də, tarixi təcrübə göstərir ki, əmək haqqının konkret səviyyəsi həmkarlar itti­faqları və sahibkarların güclərinin nisbətindən asılı olaraq müəyyən edilir.
Mücərrəd iqtisadi təhlil qarşıdurmanın dəqiq nəticəsini müəyyən edə bilməz, lakin o, əmək haqqı dərəcəsinin tərəd­düd aralıqlarını müəyyən etmək iqtidarındadır (şək. 22.13).
Məlumdur ki, əmək haqqı dərəcəsi bir tərəfdən -dən yuxarı qalxa bilməz, çünki bu monopsonistlərin tarazlıq nöqtəsidir, yoxsa, əməyin son hədd xərcləri əməkdən əldə edilən son hədd gəlirlərini ötüb keçməyə başlayacaqdır.
Digər tərəfdən əmək haqqı dərəcəsi monopsoniyada möv­cud olan səviyyədən aşağı ola bilməz (onsuz da WM işçilər

üçün ən pis variantdır). Deməli, əmək haqqının konkret sə­viyyəsi üçün mübarizə elə yuxarıda göstərilən səviyyələr arasındakı intervalda baş verəcək.
Həmkarlar bu intervalı daraltmaqda, yəni dərəcənin tək­mil rəqabətdəkindən aşağı olmamasında maraqlıdırlar. Qoy bu W2 səviyyəsi olsun. Onda orta və son hədd xərclərinin əyrisi əwəl üfüqi gedəcək, yalnız MRP əyrisi ilə kəsişdikdən sonra o, iki yüksələn əyriyə bölünür: MRC və AC. Qrafik həmkarlar ittifaqlarının bu halda həm məşğulluq səviyyəsi­nin (Q2), həm də əmək haqqının (W2) artmasına nail ola bilə­cəklərini göstərir.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin