MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 18. Kapital və torpaq amili



Yüklə 1,26 Mb.
səhifə119/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   115   116   117   118   119   120   121   122   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 18. Kapital və torpaq amili


18.1. Kapital: ənənəvi və müasir şərhlər
18.2. Kapital bazarında qiymətin əmələ gəlməsi
18.3. Torpaq istehsal amili kimi
18.4. Torpaq və torpaq rentası
18.5. Torpaq bazarında qiymətin əmələgəlməsi xüsusiyyətləri


18.1. Kapital: ənənəvi və müasir şərhlər
Kapital iqtisadi nəzəriyyənin əsas və ən mürəkkəb kateqo­riyalarından biridir. Bu kateqoriyanın əhəmiyyətini birinci növbədə cəmiyyətin tarixi tiplərindən birinin - kapitalizmin və ona mənsub istehsal münasibətləri sisteminin adının ondan götürüldüyündən də görmək olar. Təsadüfi deyil ki, kapital nəzəriyyəsindən söhbət gedəndə ciddi-cəhdlə yalnız nəzəri görüşlər deyil, həm də sosial-sinfi mövqelər müdafiə olunur.
Kapital nəzəri və praktik cəhətdən mənfəət anlayışı ilə sıx bağlıdır. Onun əsas məzmunu bundadır və kapitalın bütün elmi yozumları bu məsələdə yekdildirlər. Alimlər bir də onda həmrəydirlər ki, kapital avans edilir, yəni birdəfəlik xərclən­mir və dövriyyəyə (sənaye, ticarət, pul) buraxılır ki, sonradan sahibinə qayıtsın və mənfəət şəklində gəlir gətirsin. Müxtəlif iqtisadi məktəblər arasında prinsipial fikir ayrılığı kapitalın təbiətinin və mənfəətin mənbəyinin izahındadır.
Kapitalın ən geniş yayılmış təriflərindən birinə görə o, əvvəllər istehsal olunmuş nemətlərdir (manufactured goods). Məsələn, fiziokratlar xammalı və alətləri kapital adlandırır­dılar. A.Smit kapitalı toplanmış əmək kimi xarakterizə edir.
Rikardo kapitala belə tərif vermişdi: «Kapital ölkə sərvə­tinin istehsalda istifadə olunan hissəsidir və əməyi hərəkətə gətirmək üçün zəruri olan ərzaq, paltar, alətlər, xam mate­riallar, maşınlardan və s. ibarətdir*11. İngilis siyasi iqtisad klassiklərinin fikrincə, hətta ibtidai ovçunun oxu və nizəsi də kapitaldır. Kapital bütün dövrlərə və xalqlara xas olan əbədi kateqoriya kimi nəzərdən keçirilir. Bu, müasir Qərb iq­tisadçılarının praktik olaraq hamısının bölüşdüyü mövqedir. Kapitalın əvvəlcə istehsal olunmuş nemət kimi müəyyən- ləşdirilməsinə demək olar ki, bütün «Ekonomiks» dərsliklə­rində rast gəlinir.
Müasir dövrdə kapitalın daha geniş şərhlərinə rast gə­linir. Məsələn, kapital fiziki və qeyri-fiziki kapitala bölü­nür. Fiziki kapitala istehsal və qeyri-istehsal tikililəri, maşınlar və avadanlıqlar, xammal və materiallar aiddir. Qey­ri-fiziki kapitala misal onun aşağıdakı formaları ola bilər. İnsan kapitalı əvvəlki «istehsalın» nəticəsidir: təhsil, tərbi­yə, əmək vərdişlərinin alınması. Biliklərin alınmasına xərclər gələcəkdə öz sahibinə daha yüksək əmək haqqı, nüfuzlu və maraqlı iş, sosial statusun yüksəldilməsi və s. şəklində mün­təzəm mənfəət gətirəcək kapitalı formalaşdıran investisiya kimi nəzərdən keçirilir.
Firmanın «təmiz adı» da kapital kimi nəzərdən keçirilə bilər. Firmanın özü və istehsal etdiyi məhsul haqqında müs­bət rəy yaratmaq üçün reklama, ictimaiyyətlə əlaqələrin qu­rulmasına, xeyriyyəçiliyə məsrəflər tələb olunur. Bu məsrəflər sadəcə xərc deyil, firmanın xüsusi kapitalını - onun yaxşı adını formalaşdıran investisiyalardır. Təmiz adın saxlanılması uzun illər ərzində firmanın məhsuluna yüksək tələb, əmtəə dövriyyəsinin artması, kreditlərin daha asan alınması və s. şəklində xeyir verə bilər.
Elmi potensial da qeyri-fiziki kapital kimi nəzərdən keçirilə bilər. Belə kapital ETSKİ-nə (elmi tədqiqatlar və sınaq-konstruktor işləmələrinə) investisiyalar nəticəsində yaradılır və artır. Kapitalın belə avanslaşdırılması sonradan məhsuldarlığın və mənfəətin artması, rəqiblərin qabaqlan­ması və hər hansı bir texnologiya və ya məhsulun inhisarlaş- dırılması (bu da inhisar mənfəəti verir) şəklində mütəmadi gəlir gətirir.
Bütün şərhlər kapitalın zamanda mövcudluğunu vurğu- layırlar. Vaxt keçdikcə kapital avadanlığın fiziki azalması və ya mənəvi köhnəlməsi nəticəsində qiymətdən düşə (amortiza­siyaya uğraya) bilər. Özü də mənəvi köhnəlmə yalnız fiziki kapitalın elementlərinə deyil, həm də onun qeyri-fiziki for­malarına da aid ola bilir: biliklər, texnologiyalar, nou-haular da eynən köhnələ və qiymətdən düşə bilir. Digər tərəfdən, kapitalın dəyəri vaxt keçdikcə mənbəyi hər şeydən əvvəl mənfəət olan investisiya hesabına arta bilər.
Kapitala mənfəətin özü də çox vaxt iqtisadçılar tərəfin­dən vaxtdan hesablanır. Məsələn, D.Rikardo hesab edirdi ki, «mənfəət kapital kimi yığılır və istifadə oluna bilmədiyi vaxt müddətinin ədalətli əvəzidir^1.
Bu mövqeyin özünəməxsus variantı N.Seniorun nəzəriy­yəsidir. O, mənfəəti sahibkarın kapitalı şəxsi istehlak üçün sərf etməkdən çəkinmək müqabilində mükafatı kimi şərh edirdi. Lakin bu zaman mənfəətin mənbəyi aydınlaşdırılma­mış qalırdı.
Mənfəəti sahibkarın kapital dəyəri avanslaşdırmaqla getdiyi riskə görə ödəniş hesab edənlərin fikri də xeyli tipik- dir. Bu zaman yenə də vaxt amili istifadə olunur. Bu konsep­siya daxilində düşüncə məntiqi xeyli sadədir. İnsan adətən gələcək nemətləri indikilərdən daha az qiymətləndirir (əlin­dəki sərçə göydəki qazdan yaxşıdır). Sahibkar isə riskdən qorxmayaraq, kapitalı avanslaşdırır. Bununla da gələcəyin potensial nemətlərinin indinin nemətlərinə çevrilməsinə rəvac verir. Bu nemətlərin qiymət artımı da riskə gedən sa­hibkarın mənfəət əldə etməsinə əsas olur. Beləliklə, mənfəə­tin əsasında nemətin psixoloji qiymətləndirilməsi prinsipi durur.
Belə bir fikir də geniş yayılmışdır ki, sahibkar istehsalı təşkil və idarə etdiyinə, istehsal amillərini birləşdirdiyinə və bununla da istehsal prosesini mümkün etdiyinə görə mənfəət götürür. Lakin bu yanaşmanın mövqeyi kapital-funksiyanın 'ÄHTOJiorHa əkohomıneckoft KJiaccHKH. T.1.M.:3kohob, 1993.C.422.
kapital-mülkiyyətdən təcrid olunmasından - kapital sahibi peşəkar idarəçilər tutmağa, iqtisadi nəzəriyyədə sahibkarlıq qabiliyyəti başqalarından, o cümlədən kapitaldan da fərqli müstəqil istehsal amili kimi nəzərdən keçirilməyə başlayan­dan sonra xüsusilə zəifləmiş oldu. Beləliklə, sahibkar isteh­salı özgə adamın (və ya bir qrup adamın) adından təşkil və idarə edirsə, o, əməyinin müqabilində haqq alır. Bəs kapital sahiblərinin mənfəətinin əsasını nə təşkil edir? Bu sual ca­vabsız qalır.
Kapitalın mahiyyəti və izafi dəyərin mənbəyi haqqında suala ən dolğun və hərtərəfli cavabı K.Marksın nəzəriyyəsi verir: o, kapitalı hər hansı əşyavi ilə eyniləşdirmir, kapitalın natural formasını və onun dəyərini, yəni forma və məzmu­nunu ayırır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin