MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 19. Fərdi təkrar istehsal. Müəssisə resurslarının hərəkəti



Yüklə 1,26 Mb.
səhifə127/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   123   124   125   126   127   128   129   130   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 19. Fərdi təkrar istehsal. Müəssisə resurslarının hərəkəti


19.1. Kapital qoyuluşlarının ma-hiyyəti (investisiyalar)
19.2. Əsas və dövriyyə kapitalı
19.3. Müəssisənin investisiya resurslarının hərəkəti: kapitalın dövranı
19.4. Kapitalın dövriyyəsi
19.5. İnvestisiya layihələrinin qiymətləndirilməsi. Diskontlaşdırma


19.1. Kapital qoyuluşlarının ma-hiyyəti (investisiyalar)
İstehsalın təşkil edilməsi və onun fasiləsiz işləməsi, yəni fərdi təkrar istehsalın təmin edilməsi üçün müəssisəyə isteh­sal resursları tələb olunur. İstehsal resurslarının natural və də­yər formalarım fərqləndirirlər. Belə ki, əsas resurslar natural formada muzdlu işçilər («əmək>> amili), müəssisə, dəzgahlar, alət­lər, xammal, yanacaq və s. (« kapital» amili) şəklində natural formada çıxış edirlər. Kapitalın natural-əşyavi elementləri həm əvvəlcə xərclənmiş kapitalı bərpa etmək, həm də kapitalın (müvafiq olaraq istehsalın da) həcmini artırmaq üçün istifadə olunur. Bu zaman kapital dəyərinin artması da baş verir. İstehsal həcminin kapital elementlərinin artımı hesabına artması kapital toplanışı və ya investisiya adlanır.
Kapitalın həcmindən danışdıqda onun elementlərinin müəyyən vaxta dəyər qiymətlərini nəzərdə tuturuq (məsələn, 1 yanvar 1998-ci il üçün). İnvestisiyalar müəyyən vaxt kəsi­yində (məsələn, təqvim ili ərzində) kapital elementlərinin dəyərinin artmasını səciyyələndirir.
Müxtəlif iqtisadi məktəblər investisiyaları müxtəlif cür səciyyələndirir, Avstriya «son hədd faydalılığı* məktəbinə görə, investisiyalar bugünkü tələbatların ödənilməsinin onların gələcəkdə ödənilməsi ilə əvəzlənməsidir.
Adi danışıqda «investisiya» məfhumu altında ayrı-ayn şəxslər və ya şirkətlər tərəfindən hər hansı bir əmlakın alın­ması başa düşülür. Bəzən bu məfhumu fond birjasında qiy­mətli kağızların alınması ilə məhdudlaşdırırlar.
İnvestisiyaların mahiyyətinin xarakteristikası baxımın­dan C.Keynsin investisiyanı «müəyyən dövr istehsal fəaliy­yəti nəticəsində istehsal vasitələrinin dəyərinə cari əlavələrə adlandırması daha doğru görünür. Menecerin sorğu kitabında standart məfhum Idmi investi­siya sahibkar gəliri və ya faizi əldə etmək məqsədilə «uzunmüd­dətli kapital qoyuluşu şəklində həyata keçirilən məsrəflərin məcmusu* kimi nəzərdən keçirilir. Belə tərif kapital qoyuluş­larının iqtisadi məzmununun xarakteristikasında əvvəllər işlədilmiş * resurs* və « məsrəf* yanaşmalarının birləşdiril­məsi cəhdidir.
Məsrəf yanaşması əsas kapitalın pul şəklində dövranın əhəmiyyətinin inkarına, istehsal mərhələsinin üstünlüyünün əsaslandırılmasına söykənir. Resurs yanaşması isə əsas fond­ların sadə və geniş təkrar istehsalı üçün təyinatlanmış maliy­yə vəsaitlərinin üstünlüyünə əsaslanır.
Qərb iqtisadi ədəbiyyatında investisiyalar gələcəkdə səmərəni (o cümlədən sosial) maksimumllaşdırmaq məqsədilə sahibkarlıq fəaliyyətinə qoyulan nemətlər, sərvətlər dəsti kimi nəzərdən keçirilir.
Rusiyanın təsərrüfat təcrübəsində investisiyanın aşağı­dakı məzmunda dərki daha geniş yayılmışdır.
İnvestisiyalar gəlir əldə etmək məqsədilə təsərrüfat fəa­liyyətinə qoyulan bütün növ aktivlərə (vəsaitlərə) deyilir.
Bu onların maliyyə tərifidir. İqtisadi məzmununa görə investisiyalar əsas kapitalın yaradılması, genişləndirilməsi və yenidən texniki təchizatı, həmçinin dövriyyə kapitalının bununla əlaqədar dəyişmələri ilə bağlı xərclərdir.
Müəyyən müddətdən sonra kapital həm natural formasına, həm də dəyərinə görə azala bilər. Bu proses amortizasiya və ya kapitalın qiymətdən düşməsi adı almışdır. Qiymətdən düşmə müxtəlif amillərlə şərtlənə bilir. Məsələn, kapitalın fiziki və mənəvi aşınması fərqləndirilir. Birinci halda ava­danlığın, tikililərin istehsal prosesində və sadəcə olaraq vaxt keçdikcə təbiət qüvvələrinin təsiri altında (paslanma, çürümə və s.) fiziki aşınmasi (qırılması, dağılması) səbəbin­dən onların qiymətdən düşməsi baş verir. Mənəvi aşınma za­manı qiymətdən düşmə güc vahidinə nisbətdə daha məhsuldar və ucuz yeni nəsi texnikanın meydana gəlməsi nəticəsində baş verir. Bu halda bir gun də belə işləməmiş köhnə nəsil dəzgah bir anda qiymətdən «düşür».
Hər bir müəssisədə investisiya qoyuluşu və amortizasiya prosesləri eyni zamanda baş verir. Kapital resurslarının bir qismi köhnəlir və qiymətdən düşür, onlar yeni dəzgahlar, alətlər, avadanlıqlar və sairlə əvəzlənir. Çox vaxt investisi­yalar həcminə görə amortizasiyadan çox olur, çünki müəssisə sadəcə olaraq əvvəlki istehsal həcmini saxlamağa deyil, onu genişləndirməyə və yeniləşdirməyə çalışır. Məcmu (ümumi) investisiyalardan əvəzləyici investisiyaları (kapitalın amor­tizasiya qiymətdən düşməsinə bərabər olan) çıxsaq, xalis in­vestisiyalar adlanan kateqoriyanı almış olarıq.
Xalis investisiyalar = ümumi investisiyalar — amorti­zasiya və ya xalis investisiyalar = ümumi investisiyalar — əvəzləyici investisiyalar.
İnvestisiyalar müxtəlif əlamətlərinə görə təsnif oluna bi­lərlər. Xüsusi və dövlət investisiyaları fərqləndirilir ki, bun­lar investorun kimliyi ilə - xüsusi şəxs (xüsusi firma) və ya dövlətlə müəyyənləşdirilir.
İnvestisiyalar investorun milli mənsubiyyətindən asılı olaraq da fərqləndirilir. Məsələn, Rusiya iqtisadiyyatından söhbət gedəndə Rusiya istehsalçıları və dövlətinin daxili in­vestisiyalarından, Rusiya bazarlarına xarici investisiyalar­dan və Rusiyanın xaricdə həyata keçirdiyi investisiyalardan, yəni Rusiyanın xarici investisiyalarından danışmaq olar.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin