Şəkil 23.5. İnvestisiyaların son hədd səmərəliliyi (daxili gəlir norması)
azar çərçivəsində borc vəsaitləri təklifi bütövlükdə bank depozitlərindən, yəni vətəndaşların yığımlarından birbaşa asılıdır. Yığımların həcmi bilavasitə depozitlərə görə ödənilən faizin səviyyəsindən asılıdır. O nə qədər yüksək olsa, yığımların həcmi bir o qədər çox olar (bütün digər şərtlər eyni olarsa) və borca təklif olunan vəsaitlərin miqdarı da bir o qədər çox olar. Deməli, borc vəsaitləri təklifinin bazar əyrisi müsbət maillikli- dir. Borc vəsaitlərinə tələbin bazar əyrisinə gəldikdə isə o, mənfi mailliklidir, çünki faiz nə qədər yüksək olsa, investisiya üçün bir o qədər az kredit götürüləcək (şəkil 23.7).
Tələb və təklif əyrilərinin kəsişməsi faiz dərəcəsinin bazar tarazlığı səviyyəsini müəyyənləşdirir.
Yuxarıda verilmiş qrafiklər kapitala tələbi yalnız dolayısı ilə səciyyələndirir, çünki yalnız bilavasitə investisiya üçün maliyyə resurslarına tələbi (təklifi) göstərir. Axı bununla yanaşı bilavasitə investisiya əmtəələri (avadanlıq və s.) bazarı, yəni kapitalın fiziki, natural forması bazan da mövcuddur. Fiziki kapitalın bazar tələb və təklifi dəzgah, maşın, alətlər və s, tarazlıq qiymətini müəyyənləşdirir. Avadanlığın ayrı-ayrı investorlar və satıcılar tərəfindən tələb və təklifi onların son hədd xərci və son hədd gəlirinin məlum qaydası ilə tənzimlənir.
18.3. Torpaq istehsal amili kimi Torpaq təbii amil kimi nəzərdən keçirilir. O, insan fəaliyyətinin nəticəsi deyil. Bu qrup istehsal amillərinə istehsal prosesində istifadə oluna biləcək təbii sərvətlər: faydalı qazıntılar, kənd təsərrüfatı üçün yararlı torpaqlar, meşələr və s. daxildir.