MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə125/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   121   122   123   124   125   126   127   128   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

18.4. Torpaq və torpaq rentası
Torpaq lap əzəldən xalqların rifahını müəyyənləşdirən əsas istehsal vasitəsi olub. Təsadüfi deyil ki, klassik ingilis siyasi iqtisadının banisi V.Petti demişdir ki, əmək sərvətin atası, torpaq isə anasıdır.
«Torpaq» anlayışına yalnız coğrafi ərazinin özü deyil, həm də yerin altındakı hər şey (neft, filiz, qaz, kömür və s.), həmçinin meşə sahələri, su resursları, balıq sərvəti da­xildir. Bundan başqa, «torpaq» anlayışına insanın həyat sür­düyü və istehsal prosesini həyata keçirdiyi biosfera da daxildir.
Müxtəlif dövrlərdə həm bütövlükdə torpağın əhəmiyyəti, həm də onun ayrı-ayrı tərkib hissələrinin oynadığı rol eyni olmayıb. Belə ki, əsrlər boyu torpaq əsas yemləyici olub və birinci növbədə onun münbitliyi qiymətləndirilib. Sənaye in­qilabı və sənayeləşmə şəraitində ölkədə faydalı qazıntıların olması böyük əhəmiyyət kəsb edib və başqa dövlətlər onu ələ keçirməyə cəhd ediblər ki, bu da müharibələrə və müstəmlə­kələrin ələ keçirilməsinə səbəb olub.
Müasir şəraitdə torpağın insan həyatındakı əhəmiyyətini müəyyənləşdirmək bir o qədər də asan deyil. Bir tərəfdən, torpağın təbii qüvvələrinin rolu və insanın təbiət qüvvələ­rindən asılılığı xeyli azalıb. Elmi-texniki inqilab və yeni tex­nologiyalar torpağın süni münbitliyinin yaradılmasına, sintetik materialların meydana gəlməsinə, əvvəllər insan üçün əlçatmaz olan yeni enerji növlərinin mənimsənilməsinə səbəb olmuşdur. Digər tərəfdən, əvvəllər tükənməz hesab edilən təbii resurslar yox olmaq səviyyəsinə endi. Yer kürə­sinin hər yerində təmiz içməli su çatışmır. Aşkar edilmiş neft ehtiyatları 40 ilə, kömür ehtiyatları 100 ilə tükənə bilər. Yer üzündən meşələr, o cümlədən atmosfer havasının vəziyyətini tənzimləyən cəngəlliklər yoxa çıxırlar. Bütöv heyvan növləri məhv olurlar. Təbii su hövzələri çirklənir, balıq resursları azalır. İnsanın istehsal fəaliyyəti yalnız suyu və havanı deyil, həm də torpağı çirkləndirir və onun məhsul­ları artıq istifadəyə yaramır. Beləliklə, ekosferanın vəziyyə­tinin bütövlükdə pisləşməsi insanı təbiət qüvvələri qarşısında daha gücsüz edir ki, bununla əlaqədar olaraq torpağın (sö­zün geniş mənasında) əhəmiyyəti hədsiz dərəcədə artır. Fay­dalı qazıntılara, birinci növbədə neft, qaz kimi enerji daşıyıcılarına çıxışın əhəmiyyəti də artır.Torpağın insanın yaşayış və sənaye obyektlərinin yerləşdirilməsi yeri kimi əhəmiyyəti olduqca artır. Ayrı-ayrı şəhərlərdə, rayonlarda və hətta ölkələrdə əhalinin, avtomobillərin, sənaye və inzi­bati obyektlərin sıxlığı bütün hüdudları keçib, torpaq sahə­lərinin qiyməti isə durmadan artır.
Torpaqda təsərrüfatın aparılması müxtəlif ictimai forma­larda təşkil oluna bilər. Müasir şəraitdə dünya ölkələrinin çoxunda torpaq üzərində təsərrüfat bazar yönümlü, xüsusilə də kapitalist zəminində təşkil olunmuşdur.
Kapital inkişaf etdikcə yalnız sənaye, ticarət və maliyyə- kredit sahələrini deyil, həm də torpaq üzərində təsərrüfatın aparılması ilə bağlı sahələri də ələ keçirmişdir. Bu, birinci növbədə əkinçilik, faydalı qazıntıların çıxarılması, ağac tədarükü, tikinti və bir sıra başqa sahələrdir. Bu zaman tor­paqla əlaqədar istehsal münasibətləri əsaslı dəyişir, əvvəllər mövcud olmuş torpaq mülkiyyətinin bütün formaları dəyi­şikliyə məruz qalır.
Kapitalizmdə torpaqda təsərrüfatın aparılmasında üç sinfin: torpaq mülkiyyətçilərinin, icarəçi kapitalistlərin və muzdlu fəhlələrin maraqları toqquşur. Bir tərəfdən torpaq mülkiyyətinin torpaqda təsərrüfatın aparılmasından ayrılma­sı baş verir. Bu hadisəni kapital-mülkiyyətin kapital-funk­siyadan ayrılmasınının ayrıca halı kimi nəzərdən keçirmək olar. Torpaq üzərində iki inhisar növü formalaşır: torpaq üzərində xüsusi mülkiyyət inhisarı və torpaq üzərində təsər­rüfat obyekti kimi inhisar.
Digər tərəfdən, kapitalizm inkişaf etdikcə bilavasitə is­tehsalçının (kənd təsərrüfatında kəndlinin) torpaqdan, əsas istehsal vasitəsindən ayrılması baş verir ki, bu da bütövlük­də kapitalizm üçün səciyyəvidir.
Sahibkarın müvəqqəti istifadə üçün (icarəyə) torpaq sahəsi götürüb kapitalist təsərrüfatı aparması, yəni muzdlu əməkdən istifadə etməsi tipik hal olur. K.Marksm nəzəriy­yəsinə müvafiq olaraq, muzdlu işçilərin yaratdığı izafi dəyər bu zaman iki hissəyə ayrılır: biri orta mənfəət norması he­sabı ilə icarəçinin mənfəətini əmələ gətirir, digəri isə kapi­talı bu torpaq sahəsində tətbiq etmək hüququna görə torpaq mülkiyyətçisinə ödənilir. Beləliklə, torpaq rentası xüsusi torpaq mülkiyyətinin həyata keçirilməsinin iqtisadi forma­sını bildirir. Feodalizm şəraitində torpaq rentası iki sinfin: feodalların və təhkimli kəndlilərin münasibətlərini ifadə edirdi. Feodalizmdən fərqli olaraq kapitalist torpaq rentası üç sinfin: torpaq mülkiyyətçilərinin, icarəçi kapitalistlərin və muzdlu fəhlələrin münasibətləri məcmusunu səciyyələndi­rir. Bu münasibətlərin spesifik xüsusiyyəti ondadır ki, bir- biri ilə bilavasitə əlaqədə olurlar: birincisi, torpaq rentasınm ödənilməsinə görə icarəçi kapitalist və torpaq mülkiyyətçisi, ikincisi, dəyər və izafi dəyərin yaradılmasına görə kapitalist və muzdlu fəhlə. Elə görünür ki, torpaq mülkiyyətçisini və muzdlu fəhləni bir-biri ilə heç bir münasibət bağlamır. Am­ma torpaq sahibi rentanı mənimsəməklə fəhlənin yaratdığı izafi dəyərin bölgüsündə iştirak edir, yəni kapitalistlə birgə o da istismarçıdır. Beləliklə, Marks sübut edir ki, topaq ren- tası izafi dəyərin çevrilmiş formalarından biridir.
Marksm yanaşması digər renta nəzəriyyələrindən əsaslı surətdə fərqlənir. Belə ki, fiziokratlar rentanı təbiətlə əlaqələn­dirir, onu təbii qüvvələrin hədiyyəsi kimi nəzərdən keçirirdilər. Renta nəzəriyyəsinin inkişaf etdirilməsində D.Rikardonun xidmətləri böyükdür. 0, birinci olaraq torpaq rentasını dəyər qanunu əsasında izah etməyə çalışmış və onu əkinçilik məhsullarının ictimai və fərdi dəyərləri arasında fərq kimi nəzərdən keçirirdi. Bununla yanaşı, onun nəzəriyyəsi iki eh­kama əsaslanırdı. Rentanın yaranmasını Rikardo yalnız yax­şı torpaqdan pis torpağa keçid zamanı mümkün hesab edirdi. Bundan başqa, o hesab edirdi ki, eyni bir torpaq sahəsinə ardıcıl kapital qoyuluşu məhsuldarlığın azalması ilə səciy­yələnəcək. Torpağın məhsuldarlığının azalması « qanunu* iq­tisadçıların çoxu tərəfindən qəbul edilmiş və sonralar istehsal amilləri məhsuldarlığının azalması qanununun va­riantı kimi nəzərdən keçirilmişdi. V.l.Lenin K.Marksm xid­mətini renta nəzəriyyəsini yuxarıdakı iki ehkamdan azad etməkdə görürdü.
Xüsusi torpaq mülkiyyəti kapitalist istehsal üsulunun mövcud olmasının zəruri şərti deyil. Bundan başqa, torpaq üzərində xüsusi mülkiyyətin və bununla əlaqədar rentanın, kapitalın torpağa qoyulması müqabilində özünəməxsus haq­qın, vergi kimi saxlanılması sahibkar üçün sərfəli olmayıb, təsərrüfatın aparılmasından onun mənfəətini azaldır. Bu­nunla belə heç bir ölkədə kapitalizmin gəlişi ilə xüsusi mül­kiyyət ləğv edilməmişdi. Bundan başqa, məsələn, ABŞ-da kapitalizmin formalaşması bu regionda əvvəllər məlum olma­yan torpaq üzərində xüsusi mülkiyyətin tətbiqi ilə müşayiət olunmuşdur. Bəs nə üçün burjuaziya, məsələn, onu mənfəə­tin bir hissəsini renta şəklində ödənişindən azad edəcək torpağın milliləşdirilməsini həyata keçirmir? Məsələ bura­sındadır ki, torpaq üzərində mülkiyyət ümumiyyətlə xüsusi mülkiyyətin növlərindən biridir. Buna görə də milliləşdirmə bütövlükdə xüsusi mülkiyyət prinsipinin özünün bünövrəsi­ni laxlada bilər.
Güman etmək olar ki, renta problemi təsərrüfatçılıq edən subyekt tərəfindən torpaq sahəsinin alınması ilə həll oluna bilər. Amma bu zaman sahibkar renta ödənişindən azad olsa da, kapitalın xeyli hissəsinin torpaq sahəsinə görə ödənilmiş qiymət şəklində * dondurulması* baş verir. Müvafiq olaraq torpağa qoyulmuş məhsuldar kapitalın və onun gətirdiyi mənfəətin həcmi azalır. Bu ziddiyyətin özünü isə sahibkarlar ipotekanın köməkliyilə aradan qaldırmağa çalışırlar.
İpoteka daşınmaz əmlakın: torpağın, tikililərin girov qo­yulması müqabilində borc pul götürülməsidir. Bu, torpağın qiymətində «dondurulmuş» kapitalın bir qismini müvəqqəti olaraq canlandırmağa imkan verir. Lakin vaxtı çatanda bor­cu qaytarmaq lazımdır, bundan başqa, istənilən başqa kredit­lər kimi ipoteka da faiz ödənişini nəzərdə tutur. Beləliklə, ipoteka zamanı təsərrüfatçı subyekt formal mülkiyyətçiyə çevrilir. Bu halda torpaq sahəsinin faktik sahibi rentanı ipo­teka faizi şəklində mənimsəyən ipoteka bankı (və ya sığorta cəmiyyəti, başqa kredit institutları) olur.
İpoteka - torpaq rentasının hamısının və ya bir hissəsinin satılması deməkdir. Başqa sözlə, ipotekada renta münasibət­ləri saxlanılır, lakin forması dəyişir.
Torpaq rentasını siyasi iqtisad kateqoriyası kimi «icarə haqqı» ilə qarışdırmaq olmaz. İcarə haqqı icarəçinin torpaq sahibinə müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə pulun ödənilməsi şəklində təzahür edir. İcarə haqqının məbləğinə birinci növbədə torpaq rentasının özü daxildir. Lakin torpaq çox vaxt üstündəki tikililər, suvarma qurğuları, görülmüş meliorasiya işləri və s. ilə birgə icarəyə verilir. Borca veril­miş bu əsas kapitaldan istifadə üçün torpaq sahibi borc faizi, bir də amortizasiya ayırmaları alır. Bu məbləğlər də torpaq rentası ilə yanaşı icarə haqqına daxil edilir. Nəticədə torpaq rentası zahirən sanki borc faizi ilə qovuşur, müəyyən kapi­taldan gələn müəyyən gəlir kimi nəzərdən keçirilir. Torpaq rentasının kapitallaşması baş verir. Renta əldə etməyə im­kan verən torpaq alışı faiz gətirən (məsələn, banka pul qo­yuluşuna görə faiz) borca verilən kapital ilə eyniləşir.
Kapitalist torpaq rentası iki əsas formada mövcuddur: diferensial və mütləq. Hər iki renta formasının mənbəyi, ar­tıq qeyd olunduğu kimi, kənd təsərrüfatında, hasilat səna­yesində və s. muzdlu fəhlələrin izafi əməyidir. Kapitalist renta münasibətləri eyni dərəcədə həm torpaq sahiblərinin, həm də icarəçilərin maraqlarının təmin edilməsini nəzərdə tutur. Buna görə də normal şəraitdə torpaq rentası yalnız orta mənfəətdən əlavə qazancdır. Müəyyən orta səviyyədən əlavə mənfəətin yaranmasının iki əsas halı mövcuddur (bax cədvələ).
Birinci hal sahə üzrə orta göstəricilərlə müqayisədə daha yüksək əmək məhsuldarlığını təmin edən sahənin ayrı-ayrı müəssisələrində əlavə izafi dəyərin alınması ilə bağlıdır. Azad rəqabət şəraitində (sahədaxili) texniki təcrübənin ya­yılması əlavə izafi dəyərin alınmasını qısamüddətli edir. Bu, ayrı-ayrı sahibkarların ən məhsuldar istehsal amillərindən: dəzgahlar, texnoloji xətlər və s. istifadədə inhisarçı olma­maları ilə bağlıdır. Gec-tez başqa sahibkarlar da həmin ava­danlıqdan, hətta ondan da yaxşısını alacaqlar və texniki cəhətdən qabaqcıl müəssisələrin mənfəət həcmi sahə üzrə orta səviyyəyə çatdırılacaqdır.
Torpaqda təsərrüfat işlərinin aparılması bir qədər başqa cürdür. Topaq, münbitliyi, yerləşmə yeri, faydalı qazıntıla­rın, meşə və su resurslarının olması nəzərə alınmaqla, sər­bəst bərpa oluna bilməyən istehsal amilidir. Kapitalla gilli torpağı qara torpağa çevirmək, yaxud neft yatağı olmayan yerdə neft çıxarılmasını təşkil etmək mümkün deyil. Buna görə də daha məhsuldar (münbit) sahələrdə təsərrüfatçılıq edən sahibkarlar daha əlverişli vəziyyətdə olur və müvəqqəti deyil, daim əlavə izafi dəyər götürə bilirlər. Orta mənfəətdən əlavə olan bu gəlir fərqli (məhsuldarlıq fərqindən irəli gələn) və ya diferensial xarakter daşıyır.

Bu diferensial mənfəətin səbəbi torpaq üzərində təsərrüfat obyekti kimi inhisarın olmasıdır. Təsərrüfat işləri özünün torpaq sahəsində aparıldıqda diferensial mənfəət sahibkara çatır. Torpaq icarəyə götürülübsə, diferensial mənfəət diferen­sial renta şəklini alır və torpaq sahibinə ödənilir. Miqdarına görə diferensial renta daha məhsuldar sahələrdə istehsalın ictimai və fərdi qiymətləri arasındakı fərqə bərabərdir. Diferensial və mütləq torpaq rentasının yaranması

Əlavə
mənfəətin
mənbəyi

Əlavə mənfəətin alınmasını qısamüddət li edir

Əlavə mənfəətin alınmasım (torpaqda təsərrüfat­la məşğul olduqda) nə daimi edir

Nəticədə izafi mənfəət torpaq rentasının əsası olur

Torpaq
rentasının
kəmiyyət
ifadəsi

Əməyin
fərdi
məhsuldar­lığı sahə üzrə orta səviyyədən yüksəkdir

Sahədaxili
rəqabət

Təsərrüfat
obyekti
kimi
torpaq
üzərində
inhisar

Diferensial
renta

istehsalın
ictimai
qiyməti
çıxılsın
istehsalın
fərdi
qiyməti

Sahənin
əmək
məhsuldar­lığı orta ictimai səviyyədən aşağıdır

Sahələrara- sı rəqabət

Torpaq
üzərində
xüsusi
mülkiyyət
inhisarı

Mütləq
renta

ictimai dəyər çıxılsın istehsalın ictimai qiyməti və ya m-Por.




Kənd təsərrüfatı, hasilat sahələri məhsulları istehsalının ictimai qiymətinin yaranması xüsusiyyətlərinə diqqət yetir­mək lazımdır. Yaxşı torpaq sahələri azdır və onlar azad tək­rar istehsal olunmur. Onların verdiyi məhsul ictimai tələbatı ödəmək üçün kifayət etmir. Buna görə də daha az məhsuldar torpaqlar da dövriyyəyə qatılır. Kapitalların belə rəqabət xüsusiliyi nəticəsində istehsalın ictimai qiyməti pis torpaq sahələrində orta təsərrüfatçılıq şərtləri ilə tənzimlənir. Belə­liklə, diferensial renta yaxşı və orta sahələrə görə ödənilir.


Ekstensiv təsərrüfatçılıq metodları, yeni əkin sahələrinin, faydalı qazıntı mədənlərinin istifadəyə verilməsi ilə bağlı olan renta diferensial renta I adlanır. Bu torpağın münbitli­yinin fərqli olması, torpaq sahəsinin bazara nisbətən yerləş­mə yeri, yolların olması və s. ilə şərtlənir. Bu zaman torpaq sahələrinin pisdən yaxşıya və ya əks ardıcıllıqla istifadəyə qatılması vacib deyil. Ayrı-ayrı kapitalların təsərrüfatçılıq şərtlərinin müxtəlif olması faktı vacibdir. Bu renta növü təsərrüfatçılığın əsasən intensiv metodlarla aparılması ilə bağlı olan diferensial renta II inkişafının tarixi və məntiqi zəminidir.
Eyni bir sahəyə əlavə kapital qoyuluşu onun keyfiyyət göstəricilərini dəyişir və əmək məhsuldarlığının artmasına kömək edir. Belə ki, gübrə verilməsi, aqrotexnikanın təkmil­ləşdirilməsi, meliorasiya işlərənin aparılması süni və ya iqtisadi münbitlik yaradır və məhsuldarlığı artırır. Nəticədə, daha məhsuldar alınan əlavə kapital qoyuluşları (yaxşı, orta və ya pis sahələrə qoyulmalarından asılı olmayaraq) diferen­sial renta II gətirir.
Bu renta növünün xüsusiyyəti ondadır ki, icarə vaxtı başa çatanadək əlavə kapital qoyuluşundan diferensial mənfəəti icarəçi götürür. Müqavilə müddəti başa çatan kimi icarəçinin həyata keçirdiyi bütün yaxşılaşdırmalar torpaq sahibinə keçir. Bu, torpaq sahibinə yeni müqavilə bağlayanda icarə haqqını diferensial renta II həcmində artırmağa imkan verir. Beləliklə, icarəçi kapitalist qoyduğu əsas kapitalı çıxartmaq və icarə müddətində əlavə mənfəət götürmək üçün icarə müddətinin uzadılmasında maraqlıdır. Renta vasitəsilə özgə əməyini, özgə kapitalını və ictimai tərəqqinin nəticələrini mənimsəyən torpaq sahibi isə icarə müddətinin azaldılma­sında maraqlıdır.
XIX əsrin ortalarında icarələr əsasən uzunmüddətli olur­du: tikinti üçün sahələr 99 illiyə icarəyə verilirdi. Müasir dövrdə müqavilələr bir qayda olaraq hər il təzələnir. Təbii ki, belə şəraitdə uzunmüddətli kapital qoyuluşu mümkün deyil. İcarə müddətinin dəyişməsi icarəçi ilə torpaq mülkiyyətçisi arasındakı münasibətlərə də təsir etmişdir. Torpaq sahibi çox vaxt əsaslı xərclərdə, təsərrüfat qərarlarının qəbul edil­məsində iştirak edir, rentanı əkinçilik və ya heyvandarlıq məhsullarında pay şəklində, mənfəətdə pay şəklində alır.
Rentanın əsasını təşkil edən orta mənfəətdən artıq gəlir yalnız sahə daxilində deyil, həm də sahələr arasında əmək məhsuldarlığındakı fərq nəticəsində də əldə oluna bilər. Əmək məhsuldarlığının səviyyəsi cəmiyyətdəki orta məhsul­darlıq səviyyəsindən aşağı olan sahələrdə yaradılan izafi də­yər kütləsi bütün digər şərtlər eyni olduqda orta mənfəətdən böyükdür. Lakin bu sahələrin sahibkarları bir qayda olaraq sahədə istehsal edilmiş izafi dəyərin hamısını almırlar. Azad rəqabət şəraitində sahələrarası kapital axını baş verir və bu­nun vasitəsilə orta mənfəətdən artıq gəlir daha yüksək üzvi quruluşlu kapitalın xeyrinə götürülür.
Rəqabət inhisarla toqquşduqda bu prosesin gedişi və nəticələri dəyişir. Torpaq üzərində xüsusi mülkiyyət inhisarı özünəməxsus gömrük səddi kimi çıxış edir və torpağa kapi­tal qoyuluşu hüququ müqabilində renta şəklində rüsum ödə­nilməsini tələb edir. Kənd təsərrüfatında yaradılmış orta mənfəətdən əlavə izafi dəyər ümumi bölgü qazanına daxil olmayıb, sahənin özündə qalır. Orta mənfəətdən bu artıq gə­lir fəaliyyətdə olan kapitala rentanı ödəmək imkanı verir.
Keyfiyyətinə və yerinə görə torpaq sahəsinin necə olma­sından asılı olmayaraq, onda təsərrüfat aparılmasının şərti torpaq rentasının ödənilməsidir. Üzərində təsərrüfat işləri aparmaq hüququna görə bütün torpaq sahələrinin hamısına görə ödənilən renta mütləq torpaq rentası adlanır. Mütləq rentanın əsas yaranma səbəbi xüsusi torpaq mülkiyyətidir. Mütləq rentanın şərti sənayeyə nisbətən kənd təsərrüfatında kapitalın daha aşağı üzvi quruluşudur. Beləliklə, torpaq mülkiyyəti kənd təsərrüfatının iqtisadiyyatın başqa sahələ­rindən texniki geriliyini tüfeyliləşdirir və bu vəziyyətin saxlanılmasında maraqlıdır.
Kəmiyyətcə mütləq torpaq rentası bütün izafi dəyər
kütləsi ilə orta mənfəət arasındakı fərqə bərabərdir:
Mütləq renta = m-Por.
Mütləq rentanın kəmiyyətini istehsalın ictimai dəyəri ilə ictimai qiyməti arasındakı fərq kimi müəyyənləşdirmək olar.
Əslində kənd təsərrüfatı məhsullarının qiymətləri inhi­sar qiymətləridir (torpaq üzərində xüsusi mülkiyyət inhisarı olduğundan). Onların inhisar xarakteri dəyəri aşmalarında deyil, onların dəyərə bərabər və ya ondan aşağı, lakin isteh­salın ictimai qiymətindən yuxarı olmalarındadır. Torpaq üzərində xüsusi mülkiyyət kənd təsərrüfatı məhsullarını ba- halaşdıran amildir. Bu, hasilat sənayesi, meşə sənayesi, ba­lıqçılıq və s. sahələrin də məhsulları üçün doğrudur. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olunsaydı, mütləq renta ara­dan qalxar, kənd təsərrüfatı məhsullarının qiyməti isə dəyər səviyyəsindən istehsal qiyməti səviyyəsinə qədər azalardı.
Həm diferensial, həm də mütləq renta K.Marks tərəfin­dən dəyər və izafi dəyər qanunlarının fəaliyyəti nöqteyi-nə­zərindən izah olunmuşlar. Lakin bəzi hallarda rentanın daha bir növünə - əsasını ekvivalent olmayan mübadilə təşkil edən inhisar rentasına təsadüf olunur. Bəzi məhsullar (mə­sələn, müəyyən növ üzümlər) yalnız müəyyən iqlim və təbii şəraitdə, özü də məhdud miqdarda əldə oluna bilər. Bu məhsulların yaradılma şəraiti bərpaolunmaz olduğundan təklif həmişə tələbdən kəskin şəkildə geri qalır, bu isə bazar qiymətinin əmtəənin dəyərindən həmişə artıq olmasına imkan yaradır. Qeyri-ekvivalent mübadilə üstəlik inhisar mənfəəti mənbəyi olmaqla, özü də öz növbəsində inhisar ren- tası üçün əsas olur.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin