MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 20. Gəlirlərin bərabərsizliyi. Gəlirlərin yenidən böl-güsü



Yüklə 1,26 Mb.
səhifə133/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   129   130   131   132   133   134   135   136   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 20. Gəlirlərin bərabərsizliyi. Gəlirlərin yenidən böl-güsü
20.1. Gəlirlərin bərabərsizliyi: mahiyyəti və səbəbləri
20.2. Gəlirlərin bərabərsizliyinin göstəriciləri
20.3. Sosial ədalət nəzəriyyəsi
20.4. Ədalətlilik və səmərəlilik arasında seçim
20.5. Gəlirlərin yenidən bölgü-sü: formaları, metodları və döv-lət siyasətinin nəticələri
20.1. Gəlirlərin bərabərsizliyi: mahiyyəti və səbəbləri
Azad bazar iqtisadiyyatının mövcud olduğu dövrdə dövlətin fəal rolu minimum funksiyalarla məhdudlaşırdı ki, sosial siyasət bunlara daxil deyildi. Gəlirlərin cəmiyyətdə bölgüsü milli məhsulun yaradılmasına öz töhfələrini verdik­lərinə görə istehsal amillərinə bazar mexanizmi vasitəsilə mükafat kimi həyata keçirilirdi. Bunun nəticəsidir ki, azad bazar iqtisadiyyatına xeyli böyük bərabərsizlik xasdır. Müasir qarışıq iqtisadiyyatda bərabərsizlik səviyyəsini azalt­maq və əhalinin aztəminatlı hissəsinin gəlirlərini məqbul sə­viyyədə saxlamaq üçün dövlət fəal sosial siyasət aparır.
Bazar iqtisadiyyatında gəlir bölgüsü istehsal amillərinin satış şərtlərindən və müvafiq olaraq əvvəlcədən bu amilə ma­lik olmaqdan asılıdır. Belə ki, əmək gəlirinin bölgüsü gəlir əldə edə bilmək qabiliyyətlərinin bölgüsü, bir də işləmək istə­yindən asılıdır. Kapitala görə gəlirin bölgüsü həyat tsikli müddətində qənaətlə yığılmış vəsaitin həcmi, varislik və ailə vəziyyəti ilə müəyyənləşir. Verilmiş ilkin paylanmada gəlir bölgüsü amil qiymətlərindən asılıdır. Rəqabət bazarında on­lar istehsal amilinin son hədd məhsulu kəmiyyətinə bərabər­dirlər ki, bunlar da öz növbəsində çoxsaylı - nemətlər təklifi üstünlüyü və texnologiyaların inkişaf səviyyəsindən isteh­lakçıların üstünlükverimlərinə qədər - dəyişənlərdən asılı­dır. Lakin real həyatda bazarların çoxu təkmil rəqabətdən uzaqdır, onlarda informasiya yarımçıqlığı, müxtəlif növ ayrı-seçkiliklər və s. mövcuddur. Bunun nəticəsidir ki, fər­din gəlirini son hədd məhsulundan çox onun peşəsi və nü­fuzu müəyyənləşdirir.
Ayrı-ayrı fərdlərin gəlirlərinin bərabərsizliyini şərtlən­dirən əsas amillərə bütövlükdə aşağıdakıları aid etmək olar:

  • fərdin irsən aldığı amillər, yəni resurslara ilkin malik olmaq (məsələn, irs qalması), həmçinin təbii istedad, qabi­liyyət;

  • ömür ərzində toplanmış insan kapitalı, bu təhsil səviy­yəsi və əldə olunmuş təcrübədən asılıdır;

  • insanın məqsədə çatmaq üçün sərf etdiyi faktik əmək səyləri gərginliyi;

  • əmək bazarında ayrı-seçkiliyin olub-olmaması;

  • fərdi qərarın qəbul edilməsinə təsir edən bəxt, uğur.

Məsələn, bazarda hələ heç kimin müraciət etmədiyi bir sahə aşkarlayıb lazımi məhsulu istehsal etmək, yaxud uğursuz maliyyə qoyuluşu edib kapitalı itirmək olar.
Gəlirlərin bölgüsünə fərdi amillərdən başqa iqtisadiyyatın institusional təşkili xüsusiyyətləri xeyli təsir edir. Məsələn, sahənin quruluşu, inhisarlaşma səviyyəsi, iqtisadiyyatın idxal üçün açıq olması və s. böyük əhəmiyyət kəsb edir.
Gəlir bölgüsünün bərabərsizliyini dəyərləndirmək üçün « gəlir » kateqoriyasının özünün tərifini vermək və onu ölç­məyin üsullarını dəqiqləşdirmək lazımdır.
İlk baxışda «gəlir» məfhumu xeyli sadə və anlaşıqlı, gün­dəlik həyatda tez-tez rast gəlinən görünür. Lakin gerçəklik­də gəlirə vergi qoyulması məqsədi ilə verilən təriflə iqtisadi nəzəriyyədə qəbul oluna biləcək tərif arasında xeyli fərq var. İqtisadi nəzəriyyədə gəlir müəyyən dövr ərzində əldə edil­miş və fərd tərəfindən öz sərvətlərinin həcmini azaltmadan xərclənə biləcək vəsaitdir. Bu tərifin ən mühüm xüsusiyyəti hər şeyi əhatələyə bilməsindədir - fərdin maddi rifahının, mənbəyindən asılı olmayaraq (pul ödəmələri, natural trans- fertlər və s.), istənilən artımı onun gəlirinin müəyyən dövr ərzində artması deməkdir. Bunun nəticəsində «gəlir» məfhu­munun iqtisadi məzmunu ilə onun statistik dəyərləndirilmə­si arasında fərq yaranır. Məsələn, gəlirin statistik təyin edilməsinə aşağıdakılar daxil edilmir:

  • kapitalın dəyərinin dəyişməsi. Fərdə məxsus səhmlərin dəyəri 50000-dən 51000-ə qədər artmışsa, o, sərvətini azalt­madan xərclərini 1000 rubl artıra bilər. Dəyərin belə artma­sı, hətta səhmlərin satılması yolu ilə realizə olunmasa belə, sanki həmin 1000 rubl divident qismində alınmış gəlirin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Digər tərəfdən, əgər səhmlərin dəyəri düşürsə, kapital dəyərinin bu itkisi fərdin gəlirindən çıxılmalıdır.

  • fərdin iş yerində aldığı qeyri-pul faydaları. Bir çox müəssisələr əmək haqqı ilə yanaşı işçilərinə bir sıra pulsuz xidmətlər də göstərirlər. Məsələn, yeməkxanada pulsuz ye­mək, xidməti mənzil və avtomobil, xaricə ezamiyyət və s. fərdin rifahını yaxşılaşdırır və öz pul gəlirini başqa əmtəə və xidmətlərin istifadəsinin artırılmasına yönəltməyə imkan verir.

  • ev təsərrüfatı daxilində şəxsi istifadə üçün nemətlər is­tehsalı. Yuxanda verilmiş tərif istehlakm yalnız bazar tran- saksiyalarının həyata keçirilməsi nəticəsində artmasını nəzərdə tutmur. Ev təsərrüfatı daxilində məhsulun yaradıl­ması, məsələn, həyətyanı sahədə məhsul yetişdirilməsi gəlirin hesablanmasında nəzərə alınmalıdır. Bu cəhət ölkələrarası müqayisələrdə, ələlxüsus müxtəlif inkişaf səviyyəli ölkələrin müqayisəsində olduqca vacibdir.

  • mənzil mülkiyyəti ilə bağlı daxili xərclər, öz evində yaşayan insan icarə haqqı vermir və deməli, öz istehlakını onun həcmində artıra bilər.

Yuxarıda verilmiş tərifin daha bir mühüm xüsusiyyəti gəlirin dəyişməsinin real kəmiyyətidir. O, əmtəə və xidmət­lərdə ölkə regionlarında qiymət fərqi mövcud olduqda, bir də inflyasiya dövründə əhəmiyyət kəsb edir.
Fərdin gəlir kəmiyyətinin müəyyənləşdirilməsində gəlirin hesablandığı vaxt dövrü mühüm rol oynayır. Minimum he­sablama vaxtı - bir həftədir. Nəzərə almaq lazımdır ki, həf­təlik gəlirin dəyişməsi havadan, həmin həftə ərzində ilin nəticələrinə görə mükafatların verilməsinə qədər çoxsaylı amillərdən asılıdır. Belə dəyişmələr nəticəsində həftəlik gəlir bölgüsü daha uzun müddətə nisbətən daha çox bərabərsizlik göstərir. Bununla belə, əldə olunan gəlirin bərabərsizliyinin azaldılmasında fərdin borc almaq imkanları və ya kapital bazarının səmərəliliyi əhəmiyyətli rol oynayır. Əgər heç bir məhdudiyyət yoxdursa, aşağı gəlir alınan dövrlərdə fərd borc ala bilər və ya daha yüksək gəlir alan vaxtlarda borcunu ödəyə bilər. Bu halda aydın ola bilər ki, orta gəlir kəmiyyətlə­rinin çoxu yoxsulluq həddindən aşağıda deyil, şkalanın yuxan hissəsindədir. Lakin gerçəklikdə müxtəlif əhali qruplarının gəlirlərinin fərqlərini azaltmaq imkanları eyni deyil. Səhm­ lərinin qiyməti aşağı düşən və müvafiq olaraq gəliri azalan milyonçu onların qiymətinin gələcəkdə artmasına ümidlidir- sə, istehlakı barədə narahat olmaya bilər. Digər tərəfdən, iş­lədiyi zavod yaxın zamanlarda bağlana biləcək fəhlə istehlakını tənzimləmək üçün borc almaqda müəyyən çətinlik çəkir. Müəyyən gecikdirmələr nəticəsində sosial təminat almayan ailənin mənzil və ya işıq pulunu verməməkdən başqa borc mənbəyi yoxdur.
Vaxtarası tarazlama imkanı, bütövlükdə gəlir səviyyəsi­nin müvəqqəti azalmasını kompensasiya etmək üçün aktivlə­rin olmasından və kapital bazarlarının inkişaf səviyyəsindən asılıdır. Amma əhalinin bu tənzimləmənin gəlir səviyyəsi daha yüksək olan insanlara nisbətən daha əhəmiyyətli rol oynadığı aztəminatlı hissəsi daha çox çətinlik çəkir və inflyasiya kimi mənfi sarsıntılara daha çox məruz qalırlar.
Müxtəlif zaman kəsikləri üçün gəlirlərin hesablanması müxtəlif məqsədlərə xidmət edir. Belə ki, əgər məqsəd ehti­yacı olan və ya yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanların sayını müəyyənləşdirməkdirsə, hesablama dövrü həftə və ya ay götürülməlidir, çünki borc almaq imkanının olmaması şəraitində illik orta gəlirin hesablanması əsl ehti­yacı olanları aşkarlamaya bilər. Digər tərəfdən, bütövlükdə cəmiyyətdə gəlir bölgüsünün tədqiqi üçün ayrı-ayrı qruplar üzrə illik orta verilənlər daha məqbuldur.
Eyni zamanda nəzərə almaq lazımdır ki, fərdin gəlir sə­viyyəsi onun həyat tsiklinin dövründən asılıdır. Vaxtın hər bir anında az gəliri olan, lakin gələcəkdə yüksək gəlir göz­ləyən (tələbələr və başqa təhsil alanlar) adamlar və əvvəllər yüksək gəlir almış adamlar (təqaüdçülər) var. Həyat tsikli mövqeyindən gəlirlərin bölgüsünün öyrənilməsi göstərir ki, bölgüdə bərabərsizlik səviyyəsi cari gəlirlərlə müqayisədə daha azdır.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin