Rusiya əhalisinin pul gəlirlərinin
ümumi həcminin bölgüsü, % -lə
Gəlir
göstərici
ləri
|
1991
|
1992
|
1993
|
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
2000
|
Pul gəliri, cəmi
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
100
|
Birinci qrup (ən az gəliri olan)
|
11,9
|
6,0
|
5,8
|
5,3
|
5,5
|
6,2
|
6,2
|
6,2
|
6,2
|
6,1
|
İkinci qrup
|
15,8
|
11,6
|
11,1
|
10,2
|
10,2
|
10,7
|
10,6
|
10,5
|
10,6
|
10,3
|
s
Üçüncü
qrup
|
18,8
|
17,6
|
16,7
|
15,2
|
15,0
|
15,2
|
15,1
|
14,9
|
14,9
|
14,5
|
Dördüncü
qrup
|
22,8
|
26,5
|
24,8
|
23,0
|
22,4
|
21,5
|
21,4
|
21,0
|
21,0
|
20,5
|
Beşinci qrup (ən yuxarı gəliri olan)
|
30,7
|
38,3
|
41,6
|
46,3
|
46,9
|
46,4
|
46,7
|
47,4
|
47,3
|
48,6
|
Fondlar
əmsalı
|
4,5
|
8,0
|
11,2
|
15,1
|
13,5
|
13,0
|
13,2
|
13,2
|
14,5
|
14,1
|
Cini əmsalı
|
0,260
|
0,289
|
0,398
|
0,409
|
0,381
|
0,375
|
0,381
|
0,379
|
0,394
|
0,400
|
Mənbə: RFnın Dövlət Statistika Komitəsinin verilənləri
Kvintil əmsalı
Desil əmsalı prinsipi üzrə hesablanır, lakin cəmiyyət gəlir səviyyəsinə görə 5 qrupa (hərəsi 20% olmaqla) bölünür. Kvintil əmsalı 4-cü və 5-ci kvintillərin sərhəd gəlir qiymətlərinin 1-ci və 2-ci kvintillərin sərhəd gəlir qiymətləri nisbətinə bərabərdir. Cədvəl 24.1-də 1990-cı illərdə Rusiyada gəlirlərin kvintil bölgüsü haqqında göstəricilər verilmişdir.
Aşkar görünür ki, kvintil əmsalının qiymətləri də iqtisadi bərabərsizliyin artmasını göstərir. Əhalinin ən yoxsul 20%-nin payına ümumi gəlir həcminin 6%-i (2000-ci ildə) düşdüyü halda, bütün gəlirlərin 48,6%-i yuxarı 20%-lik qrupun sərəncamındadır.
Kvartil əmsalı
Bu da desil əmsalı prinsipi üzrə hesablanır: cəmiyyət gəlir səviyyəsinə görə 4 (hərəsi 25% olmaqla) qrupa bölünür. Kvartil əmsalı 3-cü və 4-cü kvartillərin sərhəd gəlir qiymətlərinin 1-ci və 2-ci kvartillərin sərhəd gəlir qiymətləri nisbətinə bərabərdir.
Dispersiya və variasiya əmsalı
Bu statistik göstəricilər fasiləsiz bölgü funksiyasına (şəkil 24.2) əsaslanır və gəlir səviyyəsinin onun cəmiyyətdəki orta kəmiyyətindən uzaqlaşma dərəcəsini göstərir.
Dispersiya: F=-J (y, ~vf
n i-l
burada yr i-ci fərdin gəliri;
Ii - gəlirin orta kəmiyyəti; n - fərdlərin sayıdır.
Bu əmsalın üstünlüyü gəlirin orta kəmiyyətdən fərqini dəyərləndirib bərabərsizliyi nəzərə almaq imkanının olmasındadır. Dispersiyanm kəmiyyəti nə qədər böyük olsa, deməli, fərdlərin konkret gəlir qiymətlərinin orta qiymətlərdən fərqi bir o qədər çoxdur və deməli, bərabərsizliyin səviyyəsi bir o qədər yüksəkdir. Lakin bu əmsalın ciddi çatışmazlığı var: bütün fərdlərin gəlirləri eyni nisbətdə, məsələn, iki dəfə artsa, bərabərsizlik səviyyəsi dəyişməz, amma dispersiya artar. Bu problem variasiya əmsalı vasitəsilə həll olunur:
Variasiya əmsalının üstünlüyü dəyişmə şkalası miqyasından asılı olmamasmdadır. Lakin, o, ayrı-ayrı fərdlər üçün transfertlərin dəyərliliyini nəzərə almır. Məsələn, variasiya əmsalına gəliri 10000 rubl olan fərddən gəliri 1500 rubl olan fərdə 100 rubl həcmində transfert gəliri 1000000 rubl olan fərddən gəliri 998500 rubl olan fərdə 100 rubl həcmində transfert kimi təsir edəcəkdir.
Aztəminatlı fərdlərə transfertlərin sanbalını artırmaq üçün gəlir dispersiya loqarifmindən istifadə olunur:
H --irätfow, - k>g»f =
H əmsalı mütləq gəlir səviyyəsindən asılı deyil, istənilən gəlir səviyyəsində transfertlərə həssasdır və aztəminatlı fərdlərin transfertlərinə böyük sanbal verir. Lakin, ehtimal var ki, yüksək gəlir səviyyəsində varlılardan kasıblara trans- fertlər H -m kəmiyyətini artıra bilər.
Cini əmsalı və Lorens əyrisi
Gəlirlərin bölgüsündə bərabərsizliyi qrafik şəkildə Lorens əyrisi vasitəsilə şərh etmək daha əlverişlidir.
Lorens əyrisi gəlirlərin faktik bölgüsünün mütləq bərabər bölgüdən uzaqlaşmasını göstərir, bununla da cəmiyyətdəki bərabərsizlik səviyyəsi nəzərə alınır. Bərabər bölgü xətti göstərir ki, əhalinin 20% -i məcmu gəlirin 20% -ni alır, 40% -i gəlirin 40%-ni alır və b.k. Lorens əyrisi şəkil 24.3. a-da verilmişdir.
Lorens əyrisi əsasında Cini əmsalını hesablamaq olar. Qrafik şəkildə o, Lorens əyrisi ilə bərabər bölgü xətti arasındakı ştrixlənmiş sahə və bərabər bölgü xətti altındakı üçbu- caqlının sahəsi arasındakı nisbətdən ibarətdir. Cini əmsalının kəmiyyəti sıfırla bir arasındadır. Əgər gəlirlər tam bərabər bölünübsə, Cini əmsalı sıfra bərabərdir, bütün gəlirlər bir adamın əlində cəmlənərsə, əksinə, birə bərabərdir, inkişaf
e
Əhali, toplanmış faizlər a) Lorens əyriləri
Əhali, toplanmış faizlər
b) Böyük Britaniya və AFR üçün Lorens əyriləri, 1964-cü il
tmiş ölkələr üçün Cini əmsalının qiyməti cədvəl 24.2-də verilmişdir.
Şəkil 24.3. Lorens əyrisi
Cədvəl 24.2
İnkişaf etmiş ölkələrdə Cini əmsalı
ölkə
|
Cini əmsalı
|
Finlandiya
|
0,20
|
İsveç
|
0,21
|
Lüksemburq
|
0,23
|
AFR
|
0,25
|
Niderland
|
0,26
|
Kanada
|
0,28
|
Böyük Britaniya
|
0,29
|
Fransa
|
0,30
|
Yeni Zelandiya
|
0,30
|
İtaliya
|
0,31
|
Avstraliya
|
0,31
|
ABŞ
|
0,34
|
Mənbə: K.Gardiner. A Survey of tncome İnequality Over the Last Twenty Years. K., LSE, 1993. P.14.
Cədvəl 24.1 və 24.2-dəki verilənlərin müqayisəsi göstərir ki, gəlir bölgüsü səviyyəsinin bərabərsizliyinə görə müasir Rusiya inkişaf etmiş ölkələri qabaqlayır. ABŞ-da, Böyük Britaniyada və b. Cini əmsalı 0,2-0,3 olduğu halda Rusiyada 0,4-dür.
Cini əmsalından yalnız mövcud bərabərsizliyin dəyərlən- dirilməsində deyil, həm də sosial dəyişikliklərin və aparılan islahatların təhlilində istifadə olunur. Cədvəl 24.3-də sosialist ölkələrində islahatlar başlayan dövr üçün əmsalın dəyişməsi göstərilmişdir. İslahatlar Slovakiya və Belarus istisna olmaqla, ölkələrin hamısında iqtisadi bərabərsizliyin güclənməsinə səbəb olmuşdu.
C
G =
1
2nsfj
İ=J }=1
ini əmsalı formal olaraq gəlir cütlükləri arasındakı orta fərqə nəzərən normalaşdırılmış orta riyazi mütləq fərqlərin yarısına bərabərdir:
Hesablamaları sadələşdirmək üçün Lorens əyrisini hamar qırılmaz xətt kimi deyil, məsələn, kvintillərin qiymətləri üzrə qurulmuş qırıq-qırıq xətt kimi vermək olar (şəkil 24.4). Bu halda Cini əmsalını sahələr nisbəti kimi hesablamaq asan olur:
S
G=
ı
s] + s2
Özü də S2-nin sahəsi üçbucaq və trapesiyanın sahələri cəmi kimi hesablanır.
Cini əmsalı gəlirlərin mütləq ölçülərindən asılı deyil və fərdi gəliri orta qiymətlə deyil, bütün başqa gəlir səviyyələri ilə müqayisə edir. Lakin Lorens əyrisi və Cini əmsalı da yuxarıda nəzərdən keçirilən digər göstəricilər kimi qüsurlardan azad deyil.
Lorens əyrisi tamamilə digərinin içərisindədirsə (şəkil 24.3, a), onda demək olar ki, birinci halda ölkənin rifahı Ş
Dostları ilə paylaş: |