Utilitarizm
Utilitarizm başlanğıcını İremiya Bentamın (XIX əsrin əvvəlləri) əsərlərindən alır. Bu nəzəriyyəyə görə cəmiyyətin rifahı fərdlərin uğurlarının məcmusudur və dövlət məcmu nəticənin maksimallaşdırı İmasının qayğısına qalmalıdır. Uti- litarist təsəvvürlərə görə, fərd A-mn faydalılığı və ya ondan « xoşbəxtlik* əldə etmək qabiliyyəti fərd B-dən yüksəkdirsə, onun gəliri daha yüksək olmalıdır. Yenidən bölgü bir fərd üçün gəlirin son hədd faydalılığı, ikinci fərd üçün gəlirin son hədd faydalılığma bərabər olduqda dayandırılmalıdır. Bu tezisi şərh etmək üçün iki halı nəzərdən keçirək: fərdlərin son hədd faydalılıq şkalası eynidir (hal 24.5) və fərqlidir (hal 24.6).
Fərdlərin son hədd faydalılıq şkalasının eyni olduğu vəziyyəti (şəkil 24.5) nəzərdən keçirək. İlk rublun son hədd faydalılığı sonsuzluğa meylli olduğundan, onun ölçülməsi ilə bağlı çətinliyi aradan qaldırmaq üçün gəlir bölgüsünü minimum OM səviyyəsindən başlayaraq nəzərdən keçirək ki, buna da OE son hədd faydalılıq səviyyəsi müvafiqdir (qrafikdəki H və L nöqtələri müvafiq olaraq A və B fərdləri üçündür). Fərz edək ki, bölünməli olan gəlir kəmiyyəti MT parçasının uzunluğuna bərabərdir. Bir də təsəvvür edək ki, fərdlərin fayda-
Şəkil 24.5. Son hədd faydalılığının eyni şkalaları
Şəkil 24.6. Son hədd faydalılığının müxtəlif şkalaları lılığı ölçüyə gələn və müqayisə ediləndir. Məcmu rifahın maksimallaşması üçün gəlir fərdlər arasında bərabər bölünməlidir, belə ki, fərd A MN gəliri (nöqtə G) alır, fərd B isə MD gəliri (nöqtə K) alır, bu isə: MN+MD=MT deməkdir. Bu halda fərdlərin son hədd faydalılığı OF-yə, onların ümumi faydalılığı isə müvafiq olaraq son hədd faydalılığının MN və MD parçalarında funksiyasının inteqralına bərabərdir.
Qeyd etmək lazımdır ki, utilitaristlər üçün fərd A-nın gəlirinin bir rubl artıb fərd B-nin gəlirinin bir rubl azalması fərqsiz deyil. Əgər fərd A-nın gəlir səviyyəsi fərd B-nin gəlir səviyyəsindən aşağıdırsa, onda onun bir rubldan faydalılığı- nın artımı fərd B-nin faydalılığınm azalmasından çox olacaq. Yəni fərdlərin gəlirin son hədd faydalılıq şkalası f Qeyd etmək lazımdır ki, utilitaristlər üçün fərd A-nın gəlirinin bir rubl artıb fərd B-nin gəlirinin bir rubl azalması fərqsiz deyil. Əgər fərd A-mn gəlir səviyyəsi fərd B-nin gəlir səviyyəsindən aşağıdırsa, onda onun bir rubldan faydalılığınm artımı fərd B-nin faydalılığınm azalmasından çox olacaq. Yəni fərdlərin gəlirin son hədd faydalılıq şkalası fərqlidirsə (şəkil 24.6), onda eyni ilkin şərtlərdə (müvafiq fərqlidirsə (şəkil 24.6), onda eyni ilkin şərtlərdə (müvafiq olaraq H və L nöqtələri) həmin həcmdə gəlirin bölgüsü gəlirdən faydalılıq almaq qabiliyyəti daha yüksək olan fərdin, yəni şkalası sağda yerləşənin (fərd A) xeyrinə olmalıdır. Fərd A gəlirin MK- ya (nöqtə W) bərabər hissəsini, fərd B isə MV-yə (nöqtə P) bərabər hissəsini alarsa, ümumi faydalılıq maksimallaşır: MK + MV = MT. İki fərdin son hədd faydalılığı bərabərdir və OJ səviyyəsinə müvafiqdir, amma fərd A-nın ümumi fay- dalılığı fərd B-nin faydalılığmdan yüksəkdir, çünki o, gəliri daha yüksək qiymətləndirir.
Əhalinin sayı dəyişərsə, cəmiyyətin məcmu rifahının mak- simallaşdırılması (meyar 1) ədalətli bölgü haqqında anlayışa uyğun gəlməyə bilər. Əhali artdıqca milli gəlir artır. Lakin bütün digər şərtlərin eyniliyi şəraitində (məsələn, kapital ehtiyatının dəyişilməzliyi) məhsuldarlığın son həddinin azalması qanunu işləməyə başlayır. Bununla da ümumi rifahın artması onun orta kəmiyyətinin azalması ilə müşayiət olunacaq. Gəlirin son hədd faydalılığı hər nəfərə düşən gəlir azaldıqca artdığından məcmu gəlir maksimuma sonuncu fəhlənin son hədd məhsulu mənfi olduqda çata bilər. Bu an üçün orta rifah səviyyəsi olduqca aşağı olur. Buna yol verməmək üçün orta rifah səviyyəsini maksimallaşdırmaq (meyar 2) təklif olunur, çünki o yalnız gəlirin optimal bölgüsünü deyil, həm də ölkə əhalisinin optimal sayını da nəzərə alır. Yox, əgər söhbət əhali sayının verilməsi şərtilə gəlirin bölgüsündən gedirsə, birinci meyar tətbiq olunur. Eqalitarizm
Milli gəlirin ədalətli bölgüsünü qiymətləndirmə meyarı kimi məcmu rifahın maksimallaşdırılması xeyli süni görünür. Cəmiyyət fərdlərin cəmindən və ya «orta* fərdlərdən deyil, sadəcə fərdlərdən ibarətdir. Buna görə də eqalitaristlər əsas diqqəti fərdlər arasında gəlir bölgüsünün nəzərdən keçirilməsinə yönəldirlər.
Birinci yanaşma (meyar 1) cəmiyyətdə bütün fərdlərin bərabər dəyərə malik olması kimi humanist fikrə əsaslanır və hesab edir ki, milli gəlirin bölgüsü bərabər olmalıdır. Bu cərəyanın nümayəndələrindən Jan-Jak Russonu, Karl Mark- sı göstərmək olar. Bu ideyalar xristian etikası ilə səsləşir, hərçənd protestant etikasının bəzi ideyaları (məsələn, bax: Maks Veber. «Protestant etikası və kapitalizm ruhu*) daha çox ilkin paylanma meyarlarına yaxındır.
Milli gəlirin bərabər bölgüsü meyarının tətbiq edilə bilməsi fərdlərin eyni faydalılıq şkalasma malik olub-olmamasından asılıdır. Cavab müsbətdirsə, bölgünün nəticələri utilitarist konsepsiyada (bax şəkil 24.5 və 24.6) olduğu kimi olacaq. Cavab mənfidirsə, eqalitarist bölgü fərd A üçün MS gəlirini (Q nöqtəsi) və fərd B üçün MR gəlirini (U nöqtəsi) bildirir və beləliklə, MS+MR=MT; hər bir fərdin ümumi rifahı isə bərabər olur (son hədd faydalılığı əyriləri altındakı sahələr bərabərdir). Bu halda gəlirin çox qismini son hədd faydalılıq şkalası aşağı olan fərd alır və bölgü prinsipi utilitarizmdə tətbiq olunanın əksi olur.
Amma Russo və Marks kimi eqalitaristlərin bərabərsizli yi faydalılıq səviyyələri fərqi terminlərində nəzərdən keçirmələrini güman etmək çətindir. “Hər kəsdən qabiliyyətinə görə, hər kəsə tələbatına görə” sözləri gəlirin müxtəlif səviyyələrindən faydalılıq götürə bilmək kimi subyektiv qabiliyyətə deyil, məsələn, ailənin böyüklüyü və ya fərdin sağlamlığı kimi, obyektiv amillərlə şərtlənən fərqlərə aiddir. Faydalılıq götürə bilmək qabiliyyəti fərddən fərdə fərqli olsa da, eqali- taristlərin çoxu faydalılıq şkalaları bərabərliyini qeyri-aşkar nəzərdə tutaraq və yalnız fərdlərin xarakteristikalarının obyektiv müxtəlifliyinə diqqət yetirərək “bərabər pul dəyərlərini nəzərdən keçirirlər.
“Təmiz” eqalitarizmdən onun variasiyalarına keçərkən daha iki yanaşmanı fərqləndirmək mümkündür. Onlardan biri eqalitarizm və ilkin paylanma (meyar 2) ideyalarını birləşdirir və nəzərdə tutur ki, “bərabərlik” yoxsulluğa yer qoymayan minimum gəlir səviyyəsini təmin etməli, “ilkin paya malik olma” isə daha yüksək gəlir səviyyələrində obyektiv fərqləndirmə amili kimi çıxış etməlidir. Qeyd etmək lazımdır ki, bir çox ölkələr sosial siyasətin aparılmasında bu meyarı tətbiq edirlər.
Problemə daha bir baxış (meyar 3) Con Roulzun əsərlərində, o cümlədən “Ədalət nəzəriyyəsi” (1972) kitabında verilmişdir. Roulz bildirir ki, cəmiyyətin rifahı ən pis vəziyyətdə olan fərdin rifahından asılıdır. Cəmiyyətin rifahı sonuncunun rifahı yaxşılaşdıqda artır, başqa fərdlərin rifahının yaxşılaşmasından dəyişmir. Onun fikrincə, burada seçim yoxdur. Başqa sözlə, vəziyyəti daha yaxşı olan fərdin rifahının istənilən yaxşılaşması cəmiyyət üçün rifahı daha pis olan fərdin vəziyyətinin pisləşməsinin yerini doldura bilməz. '
Bununla belə Roulz mövqeyi ən böyük bərabərliyi nəzərdə tutan mövqe deyil. Elə dəyişikliklər ola bilər ki, onlar ən az təminatlı şəxsin vəziyyətini bir qədər yaxşılaşdıra və ən var-
Uların vəziyyətini xeyli yaxşılaşdıra bilərlər. Görülən tədbirlərin çoxu nəticəsində bərabərsizlik artır. Hər halda Roulz tərəfdarları da, utilitaristlər kimi, belə dəyişiklikləri arzu olunan adlandırardılar, çünki qayğısına qaldıqları yeganə adamların - ən yoxsulların - vəziyyəti yaxşılaşır. Məsələn, əgər varlılara verginin artırılması nəticəsində onların iş intensivliyi zəifləyərsə və buna görə də dövlətin gəlirləri azalarsa və son nəticədə dövlətin yoxsullar arasında bölüşdürə biləcəyi məbləğ azala bilərsə, roulsçular varlılardan vergilərin, bu vergi artımının bərabərsizliyə təsir effektindən asılı olmayaraq, artırılmasına etiraz edərdilər.
Dostları ilə paylaş: |