Libertarizm konsepsiyası tərəfdarları azadlıq hüququna və xüsusi mülkiyyət hüququ da daxil olmaqla fərdin hüquqlarına üstünlük verirlər. Bu konsepsiyanın kökü Qobbs və Lokkun əsərlərinə gedib çıxır. Onlar təbii qanunlar fəlsəfəsi tərəfdarı olmaqla fərdin Öz əməyinin məhsuluna hüququ olmasından danışırdılar. Beləliklə də söhbət ilkin paylaşma əsasında bölgüdən və istehsal amillərinə qiymətin yaranmasından gedir.
Bu hüquq heç bir məhdudiyyətsiz həyata keçirilə bilər (meyar 1) və ya rəqabətli bazarlarda alman gəlirlərlə məhdudlaşa bilər (meyar 2). Bu halda inhisar hökmranlığı da, əmək haqqının işçinin son hədd məhsuldarlığı səviyyəsindən yuxarı müəyyənləşdirilməsi kimi düzgün hesab olunmayacaq. Daha bir yanaşma (meyar 3) ilkin paylaşma prinsipinin kapital gəlirlərinə deyil, “qazanılmış” gəlirə tətbiq olunmasını nəzərdə tutur. Bu düzgün ola bilər, çünki əmək antinemətdir və fay- dalılığın azalmasım əvəzləmək üçün fərd əməyinin məhsulunu Özündə saxlamalıdır. Digər tərəfdən, kapitaldan gəlir, “qazanılmayan” kimi, fərqli vergi qoyulması obyekti ola bilər.
Müasir libertaristlərin bir qismi də təbii hüquqlar nəzəriyyəsi tərəfdarıdır. Robert Nozik “Anarxiya, dövlət və utopiya”(1974) kitabında mülkiyyətə malik olmanın ədalət- liliyi (justice in holdinqs) və minimalist dövlət nəzəriyyəsini inkişaf etdirirdi.
Mülkiyyətə sahib olmanın ədalətliliyi üç tərkib hissədən ibarətdir - qazanılmış gəlirə sahib olmaq, alınmış, öz növbəsində qazanılmış kimi yaradılmış transfertlərə (irsə) sahib olmaq və dövlətin ədalətsiz yolla əldə olunmuş gəlirləri yenidən bölüşdürmək hüququ.
Yuxarıda müəyyənləşdirilmiş ədalət tərifi dövlətin funksiyalarına minimalist yanaşmanın klassik nümunəsidir: yalnız zorakılıqdan, oğurluqdan, kələkbazlıqdan müdafiə, müqavilələrin yerinə yetirilməsinin məcbur etməklə təmin olunması. Beləliklə, yenidən bölgü fəaliyyəti yalnız bu minimal xərclərin maliyyələşməsi ilə məhdudlaşır.
Ceyms Byükenen və Qordon Tallok ictimai seçim nəzəriyyəsini hazırlamaqla (1962) minimal dövlət hüdudlarından kənara çıxdılar. Onların fikrincə, hökumətə bütün cəmiyyət üzvlərinin təqdir etdiyi fəaliyyət növünü həyata keçirmək təklif olunur, çünki bircə fərdin də vəziyyətinin pisləşməsi güman edilmir. Bu, vergilərdən və dövlət xərclərindən Pare- to konsepsiyası mövqeyindən iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün istifadə etməyə imkan verir.
Libertarizmin digər istiqaməti Fridrix Xayek və Milton Fridmenin əsərlərinə əsaslanır. Xayek nəzəriyyəsi üç prinsipə əsaslanır:
fərdi azadlığın üstünlüyü;
bazar mexanizminin əhəmiyyətinin tanınması;
sosial ədalətə çatmağın cəmiyyət üçün yalnız faydalı deyil (çünki, belə bir şey ümumiyyətlə yoxdur), həm də zərərli olmasına inanmaq.
Libertaristlər üçün azadlıq fərd üçün məcburiyyətin və məhdudiyyətlərin olmamasıdır və özündə siyasi azadlıqları, söz azadlığını və iqtisadi azadlıqları ehtiva edir. Libertarist- lərin əsas dəlili bundan ibarətdir ki, bərabərliyə çatmaq üçün edilən cəhdlər azadlığı məhdudlaşdırır və ya məhv edir. Bazar mexanizmi desentralizasiya olunmuş nəhəng informasiya axınının ən yaxşı koordinasiyaçısı və bununla da səmərəli bölgü alətidir. O, istehlakçılar üçün səmərə yaradır, çünki rəqabət mübarizəsi seçim İmkanlarını maksiraallaşdırır, xərcləri minimallaşdırır və istehsalçı hökmranlığım azaldır.
Bundan başqa, o, cəmiyyət rifahlarını təmsil etməli olan hökumətin iradəsindən asılı deyil.
Libertarist nəzəriyyələrindən çıxış edərək ilkin malik olma prinsipinin müasir versiyası (meyar4) bərabərsizliyin olmasını ədalətli sayır (əgər bu, fərdlərin qabiliyyətinin, onların iş vaxtına və istirahətə nisbətdə üstünlükverimləri- nin və onların Öz aktivlərindən istifadə edə bilmək qabiliyyətinin müxtəlifliyi nəticəsində yaranırsa) və əgər onlar alınmış irsin, təhsil almaq imkanlarının müxtəlifliyi və ya ailə statusunun (məsələn, varlı ailəyə mənsubluq) nəticəsidir- sə bərabərsizliyin olmasını ədalətsiz sayır.