MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə1/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
  1   2   3   4   5   6   7   8   9   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)




MİKROİQTİSADİYYAT FƏNNİNDƏN
MÜHAZİRƏ MƏTNİ

Mövzu 1. Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


1.1. İqtisadi nəzəriyyənin cəmiyyətin həyatında rolu
1.2. İqtisadi nəzəriyyənin predmeti və metodu
1.3. İqtisadi nəzəriyyənin metodologiyası və onun spesifikliyi
1.4. İqtisadi nəzəriyyədə iqtisadiyyatın tətbiqi səviyyələri
1.5. İqtisadi nəzəriyyənin əhəmiyyətinin ümumi səciyyəsi

    1. İqtisadi nəzəriyyənin cəmiyyətin həyatında rolu

İqtisadi nəzəriyyə - ən qədim elmlərdən biridir. O, alim­lərin və savadlıların diqqətini həmişə cəlb edib. Bu, iqtisadi nəzəriyyənin öyrənilməsinin insanların motivləri, onların təsərrüfat fəaliyyətində davranışları, təsərrüfatçılıq qanun­larının Aristoteldən, Ksenofontdan bu günə qədər bütün dövrlərdə dərk edilməsinin obyektiv zəruriliyi ilə bağlıdır.
Maraqlıdır ki, XIX əsrdə çar I Nikolay A.S.Puşkinə gənclə­rin tərbiyəsi prinsipləri barədə mülahizələrini hazılamağı tapşıranda o, birinci növbədə ev tərbiyəsinin əleyhinə fikir söyləmiş və öyrənilməsi vacib olan fənlər sırasında siyasi iqtisadın da adını çəkmişdi. XIX əsrin sonunda N.Bunge «Siyasi iqtisadın əsasları* kitabında siyasi iqtisadın ümum­bəşər inkişafın aşağı pilləsində olan xalqlarda olmadığını qeyd etmişdi.
Hazırda savadlıların iqtisadi nəzəriyyəyə (siyasi iqtisa­diyyata) diqqəti get-gedə artmaqdadır. Bu bütün dünyada, o cümlədən Rusiyada baş verən qlobal dəyişikliklərlə izah olunur. Görkəmli Amerika alimi P.Samuelson iqtisadi nəzə­riyyəni elmlərin şahı adlandırmışdı. Nobel mükafatı laureatı M.Fridmen yazır ki, iqtisadiyyat heyranedici elmdir, onun sehri fundamental prinsiplərinin sadəliyindədir, onları bir vərəqdə yazmaq mümkündür, bununla belə onları çox az adam başa düşür. İqtisadi fikir tarixi üzrə dünya şöhrətli mütəxəssis A.Heylbronerin sözləri ilə desək, mürəkkəb tə­sərrüfatçılıq aləmini əks etdirən bu elmin dərinliyi onu öyrə­nəndən «dəvə dözümü və müqəddəs səbri* tələb edir.
Hazırkı dövrdə ali təhsil müəssisələrinin məzunları geniş səpkili iqtisadi məsələlərdən baş açmalı, ictimai inkişafın mühafizəkar və müsbət meyllərini qiymətləndirməyi bacar­malı, işgüzar fəaliyyətə hazır olmalı və müəyyən dünyagörü­şünə malik olmalıdırlar. Bu məsələnin həlli bir sıra tədris fənlərinin, o cümlədən iqtisadi nəzəriyyənin öhdəsinə düşür. P.Samuelson bütün dünyada məşhur «Ekonomiks* dərsliyin­də yazır ki, iqtisadi nəzəriyyəni müntəzəm surətdə öyrənmə­yən adam musiqi əsərini qiymətləndirməyə cəhd edən kara bənzəyir.
iqtisadi nəzəriyyənin əhəmiyyəti bilavasitə təsərrüfat fəaliyyətində və siyasətində tətbiq olunan hazır məsləhətlər­dən ibarət olmasında deyil, C.M.Keynsin sözlərilə desək, metod, intellektual alət, düşüncə texnikası olmaqla ona ma­lik olana düzgün qərar və nəticələrə gəlməyə kömək edir.
Özü də, hədsiz dərəcədə nəzəriyyələşdirmək də arzuolunmaz- dır, çünki mənasızdır. İngilis iqtisadçısı İ.M.D.Litte belə alimləri obrazlı şəkildə «qeyri-iqtisadçılar» adlandıraraq, haqlı olaraq qeyd edirdi ki, «qeyri-iqtisadçılar» adətən həd­dindən artıq akademik olurlar, onlar real həyatdan hədsiz cidd-cəhdlə təcrid olunurlar.
İqtisad elminin böhranı, ümumi böh­ranın ayrılıqda təzahürü kimi təbiidir, çünki iqtisadi nəzə­riyyə cəmiyyətin iqtisadi həyatının əksidir. İqtisadi fikrin inkişaf tarixini yada salsaq, görərik ki, keçmişdə məhz iqti­sadi böhranlar iqtisadi nəzəriyyənin inkişafına güclü təkan verib. Belə ki, A.Marşallın ekonomiks nəzəriyyəsi 1872-ci il böhranı və ondan sonrakı iyirmi illik depressiya dövrü nəti­cəsində, keynçilik - 1929-1933-cü illər böhranı və bundan sonrakı depressiya dövrü, monetarizm isə - 60-70-ci illər böhranından sonra yaranıb və geniş yayılıb.
Dünya haqqında iqtisadi nəzəriyyədə formalaşmış fikir və təsəvvürlərin iflası, müasir iqtisadi fikrin böhranı lokal hadisə (yalnız Rusiya iqtisadi nəzəriyyələrinin) deyil, XX əsrdə ümumdünya tendensiyasıdır ki, bu da yalnız Rusiya­nın deyil, Qərbin də bir sıra dühaları tərəfindən qeyd olunur. Belə ki, C.Helbreyt yazırdı: «Bazar mikro- və makrotəhlili çərçivəsində qalan ekonomiks elmlikdən çıxır və elm adlan- dırılmağa cəhd edən və mühafizəkarcasma istifadə olunan inanclar sisteminə çevrilir*. Rus alimləri N.D.Kondratyev, V.I.Vernadski, A.A.Boqdanov, Y.Y.Slutski, L.N.Qumilyov və başqalan da əsərlərində dünya haqqındakı təsəvvürlərimi­zi dəyişməyin vacibliyini önə çəkmişlər. Hələ tarixi məktəbin nümayəndəsi Karl Menger qeyd edirdi ki, iqtisadi bilikləri yalnız iqtisadi nəzəriyyə deyil, xüsusi vəzifələri, predmetləri və məntiqi üsulları olan bir çox müstəqil konkret iqtisadi fənlər də verir. Konkret iqti­sadi fənlər praktik fəaliyyət üçün zəruri olan qaydalar sistemi hazırlayırlar və buna görə də ümumi nəzəriyyəyə deyil, təsərrüfatçılıq praktikası məharətinə aiddirlər. Buna görə də iqtisad elmini nəzəri və tətbiqi olmaqla iki hissəyə bölmək olar. Belə bölgü müəyyən qədər şərti olsa da, o, təd­qiqat obyektinin real fərqli xüsusiyyətlərini, iqtisadi obyekt­lərin və hadisələrin nəzəriyyəçi və praktiklərin tətbiq etdikləri dərketmə üsulları və təsvir metodlarım əks etdirir.
iqtisadi nəzəriyyə təbii ki, iqtisadi prosesləri və hadisə­ləri «təmiz», «ideal formadan təqdim və təsvir etməyə meyl­lidir, bir sıra mücərrəd kateqoriya və anlayışlardan istifadə edir, real gerçəkliyi olduqca təxminən əks etdirən modellərə müraciət edir. Real gerçəkliyi qeyri-adekvat əks etdirməsinə baxmayaraq, nəzəri modellər ümumi iqtisadi mənzərənin təsvirini vermək, əsas amilləri aşkarlamaq, təqribi təsəvvür­lər, istiqamətlər əldə olunması baxımından faydalıdırlar.
Nəzəri iqtisada iqtisad elmində iqtisadi proseslərin gedişinin ümumi qanunauyğunluqlarının aşkar edilməsi ilə bağlı nəzəri istiqamət kimi yaranmış iqtisadi nəzəriyyəni (siyasi iqtisadı) aid edirlər. İqtisadi nəzəriyyə ilə iqtisadi-riyazi modelləşdirmə, daha geniş mənada isə iqtisadiyyatın idarə olunmasının əsas prin­siplərini öyrənən iqtisadi kibernetika sıx əlaqədardır. Bu istiqamətlə onun ekonometrika adlanan və kəmiyyət nisbət­lərini, iqtisadi informasiyanın təhlil edilməsinin riyazi modellər və statistik metodların tətbiq edilməsi əsasında iqtisadi vahidlər arasındakı qarşılıqlı əlaqələri öyrənən tər­kib hissəsi sıx bağlıdır. Ekonometrika daha çox makroiqti­sadi göstəricilərin təhlili və proqnozlaşdırılmasında istifadə olunur.
Tətbiqi iqtisadiyyat konkret iqtisadiyyatla əlaqədə olur, nəzəriyyə nisbətən təcrübəyə, təsərrüfatçılıq təcrübəsinə, iqtisadi fəaliyyətin təsərrüfatçılıq təhlilinin konkret göstə­ricilərinə daha çox istinad edir, konkret iqtisadi vəziyyətləri mikro- və makroiqtisadiyyata uyğun olaraq öyrənir və bu zaman hədsiz mücərrədçilikdən, həyat gerçəkliyindən uzaq­laşmaqdan qaçır.
Həm nəzəri, həm də tətbiqi iqtisad elmi iqtisadi statis­tikanın göstəricilərindən, iqtisadi göstəricilərin təhlili, qar- şılaşdırılması, müqayisəsindən geniş istifadə edir. Lakin bu, iqtisadiyyatı təcrübəyə əsaslanan empirik elm hesab etməyə əsas vermir. İqtisadi praktika, şübhəsiz, toplanmış təcrübəni cəmləyir və onun əsasında ümumiləşdirici nəticələrə gəlir.
İqtisadi nəzəriyyə bütöv bir elmlər kompleksinin: sahə (ticarət işinin, sənayenin, nəqliyyatın, tikintinin və b. iqtisa­diyyatı); funksional (maliyyə, kredit, marketinq, menec­ment, proqnozlaşdırma və b.); sahələrarası (iqtisadi coğrafiya, demoqrafiya, statistika və b.) elmlərin metodoloji əsasıdır.
İqtisadi nəzəriyyə tarix, fəlsəfə, hüquq və b. yanaşı icti­mai elmlərdən biridir. O, insanın həyat fəaliyyətinin sosial hadisələrinin müəyyən hissəsini, hüqııq elmi bir, mənəviyyat elmi digər tərəfini açıqlamağa təyinatlanıb və yalnız nəzəri sosial və tarixi elmlərin məcmusu bizə bütün ictimai həyatı izah etməyə qabildir. Buna görə də iqtisadi nəzəriyyənin müddəalarını gerçəkliyin faktları ilə yoxlamağı tələb etmək düzgün deyil.
İqtisadi nəzəriyyə başqa iqtisadi elmlərin, həmçinin sosio­logiya, psixologiya, tarixin əldə etdikləri bilikləri nəzərə alır, çünki onlar nəzərə alınmazsa, iqtisadi nəzəriyyənin gəl­diyi qənaətlər səhv ola bilər.


    1. Yüklə 1,26 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin