MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İqtisadi anlayışların (tələb, tək­lif, faydalılıq, müvazinət və s.) ma­hiy­yə­tinin açılmasında mik­ro­iq­ti­sa­diyyatın rolu



Yüklə 1,26 Mb.
səhifə9/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   5   6   7   8   9   10   11   12   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

2.2. İqtisadi anlayışların (tələb, tək­lif, faydalılıq, müvazinət və s.) ma­hiy­yə­tinin açılmasında mik­ro­iq­ti­sa­diyyatın rolu
İqtisadi nəzəriyyə ənənəvi olaraq mikroiqtisadiyyata – ev təsərrüfatları və firmaların qərar qəbuletmə proseslərini və onların bazarda qarşılıqlı əlaqələrinin öyrənilməsinə və makroiqtisadiyyata – iqtisadiyyatın bütövlükdə öyrənilməsinə bölünür. Mikroiqtisadiyyat üzrə mütəxəssislər Nyu-Yorkda rentanın səviyyəsinin mənzillərin dəyərinə təsirini, xarici ölkə istehsalçıları tərəfindən ABŞ-ın avtomobil sənayesinə rəqabətin təsirini, yaxud fəhlələrin təhsil səviyyələri ilə əmək haqqı arasındakı asılılığın tədqiqi ilə məşğul ola bilərlər. Makroiqtisadiyyat problemlərini tədqiq edən alimlər federal istiqrazların milli iqtisadiyyat üçün nəticələrini, işsizliyin səviyyəsini və məşğulluğun uzunmüddətli perspektivlərini tədqiq edir, yaxud əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətlərinin alternativ proqramlarını təklif edirlər.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat arasında sıx əlaqə var. İqtisadiyyatda baş verən dəyişiklik milyonlarla fərdin bütövlükdə qəbul etdiyi qərarlar nəticəsində baş verir, deməli, ümumiqtisadi meyllərin dərk olunması onların makroiqtisadi səviyyədə qəbul edilməsi prosesinə baxılmasını tələb edir. Məsələn, federal verginin azaldılmasının əmtəələr və xidmət istehsalçılarının gəlirlərinin səviyyəsinə təsiri makroiqtisadi səviyyədə öyrənilir. Bu vəziyyəti təhlil etmək üçün iqtisadçı-təhlilçi vergi həcminin azaldılmasının ev təsərrüfatlarının əmtəələr və xidmət əldə etmək məqsədilə yönəldəcəkləri pul vəsaitlərinin həcmi haqqında qərarlarına təsirini araşdırır.
Amma mikroiqtisadiyyat ilə makroiqtisadiyyat arasında mövcud olan qarşılıqlı əlaqə elmin bu sahələrinin əhəmiyyətli fərqlərini aradan götürmür. Bəzi iqtisadçılar hesab edirlər ki, biologiyada olduğu kimi, onun sadə elementlərindən başlanmalı və bundan sonra onların qarşılıqlı təsirinin araşdırılmasına keçilməlidir. Lakin bu metodun tədqiqata tətbiqi özünü həmişə doğrultmur. Bu mənada, həyatın təkamülünü öyrənən biologiya molekulyar biologiyanın nailiyyətlərinə əsaslanır. Belə ki, bütün heyvanat və bitkilər molekullardan ibarətdir. Amma tədrici inkişaf və molekulyar biologiya elmin müxtəlif sahələrini, onlardan hər biri dərketmənin xüsusi metodlarından istifadə etməklə spesifik sualları araşdırır.
Mikroiqtisadiyyat və makroiqtisadiyyat analoji olaraq spesifik tədqiqat metodlarına malikdir və onlar müxtəlif yanaşmalara, metodlara, nəzəriyyələrə əsaslanır və bir çox hallarda ayrıca kurs kimi tədris edilir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin