1.5. İqtisadi nəzəriyyənin əhəmiyyətinin ümumi səciyyəsi
İqtisadi nəzəriyyə - ən qədim elmlərdən biridir. O, alimlərin və savadlıların diqqətini həmişə cəlb edib. Bu, iqtisadi nəzəriyyənin öyrənilməsinin insanların motivləri, onların təsərrüfat fəaliyyətində davranışları, təsərrüfatçılıq qanunlarının Aristoteldən, Ksenofontdan bu günə qədər bütün dövrlərdə dərk edilməsinin obyektiv zəruriliyi ilə bağlıdır.
Maraqlıdır ki, XIX əsrdə çar I Nikolay A.S.Puşkinə gənclərin tərbiyəsi prinsipləri barədə mülahizələrini hazılamağı tapşıranda o, birinci növbədə ev tərbiyəsinin əleyhinə fikir söyləmiş və öyrənilməsi vacib olan fənlər sırasında siyasi iqtisadın da adını çəkmişdi. XIX əsrin sonunda N.Bunge «Siyasi iqtisadın əsasları* kitabında siyasi iqtisadın ümumbəşər inkişafın aşağı pilləsində olan xalqlarda olmadığını qeyd etmişdi.
Hazırda savadlıların iqtisadi nəzəriyyəyə (siyasi iqtisadiyyata) diqqəti get-gedə artmaqdadır. Bu bütün dünyada, o cümlədən Rusiyada baş verən qlobal dəyişikliklərlə izah olunur. Görkəmli Amerika alimi P.Samuelson iqtisadi nəzəriyyəni elmlərin şahı adlandırmışdı. Nobel mükafatı laureatı M.Fridmen yazır ki, iqtisadiyyat heyranedici elmdir, onun sehri fundamental prinsiplərinin sadəliyindədir, onları bir vərəqdə yazmaq mümkündür, bununla belə onları çox az adam başa düşür. İqtisadi fikir tarixi üzrə dünya şöhrətli mütəxəssis A.Heylbronerin sözləri ilə desək, mürəkkəb təsərrüfatçılıq aləmini əks etdirən bu elmin dərinliyi onu öyrənəndən «dəvə dözümü və müqəddəs səbri* tələb edir.
Hazırkı dövrdə ali təhsil müəssisələrinin məzunları geniş səpkili iqtisadi məsələlərdən baş açmalı, ictimai inkişafın mühafizəkar və müsbət meyllərini qiymətləndirməyi bacarmalı, işgüzar fəaliyyətə hazır olmalı və müəyyən dünyagörüşünə malik olmalıdırlar. Bu məsələnin həlli bir sıra tədris fənlərinin, o cümlədən iqtisadi nəzəriyyənin öhdəsinə düşür. P.Samuelson bütün dünyada məşhur «Ekonomiks* dərsliyində yazır ki, iqtisadi nəzəriyyəni müntəzəm surətdə öyrənməyən adam musiqi əsərini qiymətləndirməyə cəhd edən kara bənzəyir.
iqtisadi nəzəriyyənin əhəmiyyəti bilavasitə təsərrüfat fəaliyyətində və siyasətində tətbiq olunan hazır məsləhətlərdən ibarət olmasında deyil, C.M.Keynsin sözlərilə desək, metod, intellektual alət, düşüncə texnikası olmaqla ona malik olana düzgün qərar və nəticələrə gəlməyə kömək edir.
Özü də, hədsiz dərəcədə nəzəriyyələşdirmək də arzuolunmaz- dır, çünki mənasızdır. İngilis iqtisadçısı İ.M.D.Litte belə alimləri obrazlı şəkildə «qeyri-iqtisadçılar» adlandıraraq, haqlı olaraq qeyd edirdi ki, «qeyri-iqtisadçılar» adətən həddindən artıq akademik olurlar, onlar real həyatdan hədsiz cidd-cəhdlə təcrid olunurlar.
Dostları ilə paylaş: |