MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə14/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   10   11   12   13   14   15   16   17   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 3. Əmtəə və bazar anlayışı
3.1. İctimai təsərrüfatın əsas formaları və modelləri
3.2. Əmtəə (bazar) təsərrüfat
3.3 Bazar baxışların təkamülü. Bazar iqtisadiyyatı.
3.4. Bazarın mahiyyəti. İqtisadi sistemdə funksiyaları və rolu
3.5. Bazarın təsnifatı
3.1. İctimai təsərrüfatın əsas formaları və modelləri

Cəmiyyətin aşağı mərhələlərdən yuxarılara doğru yüksə­liş tarixi göstərir ki, istehsalın keyfiyyətcə müxtəlif inkişaf mərhələlərinin ictimai təsərrüfatına ictimai əmək bölgüsü və onun kooperasiyası baxımından məhsuldar qüvvələrin və istehsal münasibətlərinin vəziyyətini, mülkiyyət münasibət­ləri ilə istehsalçıların ayrılma və ya birləşmə dərəcəsini, iqti­sadi tərəqqinin məzmununu əks etdirən ümumi iqtisadi formalar xasdır.


Natural təsərrüfat — elə təsərrüfatçılıq formasıdır ki, burada maddi nemətlər və xidmətlər öz istehlakı üçün, ayrıca təsərrüfat vahidi daxilində istehlak edilməsi üçün istehsal olunurlar.
Natural təsərrüfatın maddi əsası ictimai əmək bölgüsünün aşağı səviyyədə olmasıdır. Natural təsərrüfat üçün müstəqil, qapalı, lokal, həmin təsərrüfatın çərçivəsiylə məhdudlaşan is­tehsal səciyyəvidir.
Natural təsərrüfat forması tarixən bütün mülkiyyət mü­nasibətlərinin bünövrəsi olan torpaq mülkiyyətinə əsaslanır. Eyni zamanda, torpaq üzərində xüsusi mülkiyyətin olma­ması, onun ali mülkiyyətçi kimi dövlətin əlində cəmlənməsi - nin qaçılmaz nəticəsi mülkiyyətlə dövlət hakimiyyətinin qovuşması oldu. Mülkiyyətlə hakimiyyətin qovuşması isə in­sanlar arasında münasibətlərin onların əməyinin nəticələri vasitəsilə deyil, bilavasitə qurulması ilə şərtlənir.
Bu əsas əlamətlər natural təsərrüfatın sabitlik, hərəkət­sizlik adlandırılan mühafizəkarlığını müəyyənləşdirirlər. Əsasını torpaq üzərində icma mülkiyyətinin saxlandığı kənd təsərrüfatı icmalarının min illər ərzində qalması məhz bu­nunla izah olunur. Natural təsərrüfat forması son dərəcə məhdud məqsədlərə yetməyi, yəni həcmcə cüzi və keyfiyyət tərkibinə görə yekrəng tələbatların ödənilməsinə ünvanlan­mış istehsal səviyyəsini əks etdirir ki, bu da son nəticədə ictimai təsərrüfatın ləngliyini, onun inkişafının aşağı sürəti­ni şərtləndirir.
Tarixdə olduqca rəngarəng natural təsərrüfatçılıq for­ması - modelləri olmuşdur: ibtidai icma, Asiya icması, alman icması (marka), slavyan «zadruqa» və s.
Əmtəə təsərrüfat forması natural təsərrüfatın əksi kimi əvvəlcə icmalar arasındakı münasibətlərdə yaranır, sonra isə onların daxilinə də nüfuz edərək tədricən natural təsərrüfatı cəmiyyətin ictimai həyatında ikinci dərəcəli və aradan qalx­maqda olan elementinə çevirir.
Natural təsərrüfatın əmtəə təsərrüfatı ilə əvəzlənməsi uzunmüddətli, mürəkkəb və müxtəlif səpkili prosesdir və bu da əsasən natural təsərrüfatın özünün xüsusiyyəti, onun mühafizəkarlığı, ləngliyi, durğunluğu ilə bağlıdır. Natural istehsal bütün sonrakı istehsal formalarının, o cümlədən əmtəə formasının əsasında dayanır. Əmtəə münasi­bətləri ictimai miqyasda götürülmüş natural təsərrüfat daxi­lində yaranır, fəaliyyət göstərir və inkişaf edir. Yada salaq ki, məhz natural təsərrüfatda hər bir təsərrüfat vahidi xammalın əldə edilməsindən istehlaka tam hazır məhsulun hazırlanmasına qədər bütün iş növlərini yerinə yetirir.
Deməli, əmtəə münasibətlərini natural forma daxilindəki fərqləndirilmiş və mürəkkəbləşmiş iqtisadi münasibətlər kimi nəzərdən keçirmək olar. Son nəticədə bütün dünya təsərrüfatını, hətta inkişaf etmiş əmtəə istehsalı şəraitində, öz istehlakı üçün bütün işləri görən və məhsul istehsal edən (natural təsərrüfatdakı kimi) təsərrüfat vahidi kimi nə­zərdən keçirmək olar.
Beləliklə, hər bir sonrakı təsərrüfatçılıq forması özündən əvvəlkinə əsaslanır və əvvəlkinin əsas cəhətlərini saxlamaqla onun mürəkkəbləşməsi, təbəqələşməsi kimi çıxış edir. Bəs təsərrüfatçılığın əmtəə forması nədir?
Əmtəə (bazar) təsərrüfatı — əmtəə istehsalına əsaslanan istehsalçı və istehlakçı arasında qarşılıqlı əlaqəni bazar va­sitəsilə təmin edən iqtisadiyyatın ictimai təşkil formasıdır.
Əmtəə istehsalı məhsulun hər birini hər hansı bir məhsu­lun istehsalı üzrə ixtisaslaşmış ayrı-ayrı, özəl, təcrid olun­muş istehsalçılar tərəfindən hazırlanmasını nəzərdə tutur. Buna görə də ictimai tələbatın ödənilməsi üçün məhsulların bazarda alqı-satqısı, onların pul-əmtəə mübadiləsi zəruridir. Əmtəə istehsalının bu cür başa düşülməsi onun bazarda mübadilə üçün məhsul kimi mahiyyətini müəyyənləşdirir və eyni zamanda onun yaranma şərtlərini göstərir.
Əmtəə istehsalının ilk zəruri şərti ictimai əmək bölgü­südür. İctimai əmək bölgüsü baş verdikcə, istehsalçıların hər hansı bir məhsulun istehsalı üzrə ixtisaslaşması baş verir. Mübadilə zərurəti yaranır.
İctimai əmək bölgüsü əmtəə istehsalı mövcudluğunun məhsuldar qüvvələrin müəyyən inkişaf səviyyəsi ilə səciy­yələnən maddi şərtidir.
Əmtəə istehsalının səbəbi əmtəə istehsalçılarının müxtəlif mülkiyyətçilər kimi iqtisadi cəhətdən təcrid olunması hesab olunmalıdır. Mübadilənin əmtəə mübadiləsinə çevrilməsi üçün bu zəruri və kifayətdir. Yalnız müxtəlif mülkiyyətçi­lər arasında mübadilə əmtəə mübadiləsi olur. İqtisadi cəhət­dən təcrid olunma xüsusi, kollektiv, icma, korporativ mülkiyyət şəraitlərində mümkündür. Şəraitdən asılı olaraq Bazar iqtisadiyyatının ilkin modeli tarixən mərkəzləşdi­rilmiş dövlətin mütləq iqtisadi və siyasi hakimiyyətinin hökm­ranlıq münasibətləri idi. İqtisadi sistemin inkişafına nə qədər mənfi təsir göstərsə də, bütövlükdə bu model kifayət qədər sabit və həyat qabiliyyətli idi. Onda mülkiyyətlə dövlət hakimiyyətinin qovuşması baş verir.
İqtisadi artımın yeni keyfiyyəti yalnız bazar iqtisadiyyatı­nın bu modelindən tədricən başqası, qərb modeli adlanan model ayrılanda aşkar oldu; həmin model b.e.ə. birinci minilliyin ortalarında yarandı və «yunan möcüzəsi» kimi məlumdur.
Torpaq üzərində dövlətdən asılı olmayan xüsusi mülkiyyə­tin formalaşması bu modelin əsası oldu. Dövlət ali mülkiy­yətçidən iqtisadi sistemin alətinə çevrildi. Hakimiyyət və mülkiyyətin yolları haçalanır, onlar ayrılmazlıqlarını itirirlər.
Xüsusi sahibkarlıq fəaliyyəti innovasiya fəallığı, istehsalın səmərəliliyinin artırılması üçün hədsiz güclü stimul yaradır.
Bu stimullar iqtisadi artımın əsası olur. Avropa onlara dəstəklənərək XV əsrdən başlayaraq get-gedə daha inamla intensiv inkişaf yoluna qədəm qoyur.
Bazar iqtisadiyyatının ikinci modeli şəxsiyyətin dövlət­dən üstünlüyü ilə, inkişafın əsas hərəkətverici qüvvəsi olan xüsusi mülkiyyətin hökmranlığı ilə səciyyələnir.
Sadə və ya inkişaf etməmiş əmtəə istehsalı səciyyələnir:

  • əmtəə istehsalı mövcudluğunun maddi şərti kimi icti­mai əmək bölgüsüylə;

  • istehsal vasitələri və əmək məhsulları üzərində xüsusi mülkiyyətlə;

  • istehsal vasitələri mülkiyyətçisinin şəxsi əməyilə;

  • əməyin məhsulunun alqı-satqısı vasitəsilə ictimai tələ­batın ödənilməsi;

  • insanlar arasında bazar vasitəsilə, yəni əşyalaşmış iqti­sadi əlaqə.

Sadə əmtəə istehsalı — müstəqil xüsusi əmtəə istehsal­çıları — kəndlilər və sənətkarlar tərəfindən mübadilə üçün məhsul istehsalıdır.
İnkişaf etmiş əmtəə istehsalında yalnız bütün əmək məhsulları deyil, həm də istehsal amilləri (torpaq, əmək, ka­pital və sahibkarlıq qabiliyyəti) əmtəə olurlar. Bazar müna­sibətləri ümumi xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin əşya- laşması baş verir, əmtəə fetişizmi yaranır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin