İkinci şərt - istehsalçıların iqtisadi cəhətdən təcrid olması, təsərrüfatçı qərarların qəbul edilməsində (nə istehsal etməli, necə istehsal etməli, istehsal olunmuş məhsulu kimə satmalı) tam müstəqilliyi, muxtariyyatlığı. Bu ayrılma tarixən xüsusi mülkiyyət zəminində yaranır, sonra kollektiv mülkiyyətə (kooperativlər, səhmdarlar cəmiyyəti, dövlət müəssisələri və s.) şamil olur. Cəmiyyətdə təsərrüfat fəaliyyəti subyektləri mülkiyyət hüququna malik deyillərsə, bazar mövcud ola bilməz. D.Xayman yazırdı ki, bazarlar yalnız üzərində mülkiyyət hüququ asanlıqla müəyyənləşdirilə, özü satıla və ötürülə bilən məhsullar üçün mövcud ola bilər1.
Bu iki şərt bazar iqtisadiyyatının dərin ziddiyyətlərini ifadə edir ki, bu da bir tərəfdən ictima əmək bölgüsünə görə istehsalçıların hamısının ümumi qarşılıqlı əlaqədə olmasının obyektiv zərurətində, digər tərəfdən isə istehsalçıların ümumi təcrid olunmasında (məhdudlaşmasında) təzahür edir. Məhz sonuncusu əmtəə münasibətlərinin, bazar münasibətlərinin mövcudluğunu müəyyən edir.
Üçüncü şərt- transaksion xərclər - mülkiyyət hüququnun verilməsi ilə bağlı mübadilə sahəsində xərclər probleminin həllidir. Bura subyektin seçdiyi təsərrüfat fəaliyyəti üçün icazə (lisenziya) alınması, informasiya axtarışı, danışıqlar aparılması, əmtəənin keyfiyyətinin dəyişdirilməsi ilə bağlı xərclər, reketlərə (əgər söhbət Rusiyadan gedirsə) pay çıxılması və s. daxildir. Əgər xərclər gözlənilən gəlirdən artıqdırsa, belə əmtəələrin bazarı yaranmayacaqdır. Transaksion xərclər məfhumu iqtisadi nəzəriyyəyə R.Kouz tərəfindən «Firmanın təbiəti* (1937) məqaləsində daxil edilmişdi. O sübut etmişdir ki, transaksion xərclərin xüsusi çəkisi mülkiyyət hüququ zəif müəyyənləşdirilmiş (spesifik xüsusiyyətləri müəyyən edilmiş) cəmiyyətlərdə daha yüksəkdir. Bu keçid iqtisadiyyatlı ölkələr üçün səciyyəvidir. Həmin xərclərin azaldılması hüquqi normaların təkmilləşdirilməsi, etik əsasın möhkəmləndirilməsi, düzlük, məsuliyyət, yumşaq bazar infrastrukturunun yaradılması yolu ilə mümkündür.
Bazarın səmərəli fəaliyyəti üçün dördüncü şərt də zəruridir: istehsalçının müstəqilliyi, azad sahibkarlıq, resursların azad mübadiləsi. İstehsalçı nə qədər az məhdudlaşdırılırsa, bazar bir o qədər inkişaf etmiş olur. Sərbəst mübadilə sərbəst qiymətlərin formalaşmasına imkan yaradır ki, bu da istehsalçılara fəaliyyətlərinin daha səmərəli yönümünü müəyyənləşdirməyə imkan verir.
İctimai əmək bölgüsü dərinləşdikcə və əmtəə istehsalı inkişaf etdikcə «bazar» anlayışı daha mürəkkəb məna kəsb edir, bu da öz əksini dünya iqtisadi ədəbiyyatında tapır. Məsələn, fransız iqtisadçı-riyaziyyatçısı A.O.Kurno hesab edir ki, «bazar» məfhumu altında hər hansı bazar meydanı deyil, satıcılar və alıcılar arasında münasibətlərin azad olduğu, qiymətlərin asanlıqla və tez tənzimləndiyi hər hansı bir rayon bütövlükdə başa düşülməlidir. Bazarın belə təyinində onun məkan xarakteristikası qalır, lakin o tam olmur, yeni cizgilər əlavə edilir. «Siyasi iqtisad» dərsliyində (M.: Politizdat, 1988. s.511) deyilir ki, bazar əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşkil edilmiş mübadilədir. «İqtisadiyyat* (M.: 1994. s.15) dərsliyinin müəllifləri də həmin fikirdədirlər. V.İ.Dal və S.l.Ojeqovun izahlı lüğətlərində bazarın pərakəndəsatış yeri və əmtəə mübadiləsi məkanı olduğu göstərilir. Burada mütləq qeyd olunmalıdır ki, bazar yalnız əmtəə mübadiləsi məkanı deyil, həm də tədavül məkanıdır ki, bura pul, o cümlədən müasir qiymətli kağızlar bazarı da daxildir. Bazar münasibətlərinin subyektləri cəhətdən nəzərdən keçirildikdə bazarın yeni tərifləri yaranır: bazar alıcıların məcmusudur (F.Kotler. Marketinqin əsasları) və ya sıx iş əlaqələrinə girən və istənilən əmtəəyə dair iri müqavilələr bağlayan istənilən insan qruplarının məcmusudur (A.Mar- şall. «İqtisadi nəzəriyyənin prinsipləri»). Amma bu bazarın yalnız bir cəhətidir. Belə təriflər tam deyil, çünki bazar münasibətləri subyektlərinin bütün məcmusunu əhatə etmir (istehsalçıları, istehlakçıları və vasitəçiləri), tədavül dairəsində istehsal, bölgü və istehlak münasibətlərini əhatə etmir. «lş qüvvəsi» əmtəəsinin meydana gəlməsi ilə bazar ümumi xarakter alır, o get-gedə istehsala daha çox nüfuz edir: yalnız istehsal vasitələrinin deyil, həm də iq qüvvəsinin alınması da istehsalın şərti olur. Təkrar istehsal səciyyələri xüsusi əhəmiyyət daşıyır. «Ba- zar» anlayışı məcmu ictimai məhsulun, təkrar istehsalın bir hissəsi olmasına qədər genişlənir, həmin məhsulun əsas tərkib hissələrinin hərəkəti reallaşma formasını ifadə edir. Nəticədə bazarın «ictimai məhsulun əmtəə-pul formasında tədavülünün həyata keçirilməsinə kömək edən iqtisadi münasibətlərin cəmi*4 və ya «maddi nemətlərin istehsalı və istehlakı üzrə həmin istehsal üsuluna xas olan iqtisadi münasibətlərin təzahür etdiyi ümumi ictimai məhsulun bir hissəsinin realizə edilməsi sahəsi* (A.V.Orlov, F.A.Krutikov) kimi tərifləri yaranır. Bazarın tədavül sahəsi kimi və konkret iqtisadi münasibətlərin cəmi kimi təyin edilmələri bir-birindən əsaslı fərqlidirlər: birinci halda əsas diqqət bazar münasibətləri obyektinə - əmtəə-maddi dəyərlərin və pul vasitələrinin olmasına yönəldilir; ikinci halda «bazar» kateqoriyasının mahiyyətini ifadə edən münasibətlərə.