İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir.
Metodologiya metodlar haqqında elmdir.
İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O,
iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar:
subyektivçi (subyektiv idealizm mövqeyindən);
neopoz iti vist-empirik (neopozitiv empirizm və skepti- sizm mövqeyindən);
rasionalist;
dialektik materialist.
Subyektivçi yanaşmadaiqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren “mən” mütləq müstəqildir, buna görə də hamı bərabərdir. İqtisadi təhlilin obyekti iqtisadiyyatın subyektinin (“homoekonomiks”) davranışıdır, buna görə də nəzəri iqtisadiyyat tələbatın hədləri ilə müəyyənləşən insan fəaliyyəti haqqında elm kimi nəzərdən keçirilir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur.
Neopozitivist-empirik yanaşmahadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Əsas yerdə tədqiqatın texniki aparatı durur və o, alətdən dərketmə (riyazi aparat, ekonometrika, kibernetika və s.) predmetinə çevrilir, tədqiqatın nəticəsi kimi isə burada əsas kateqoriya olan müxtəlif növ iqtisadi modellər çıxış edir. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən makroiqtisadiy- yata bölməyi nəzərdə tutur.