Rasionalist yanaşma sivilizasiyanın “təbii” və ya rasionalist qanunlarını tapmağı qarşısına məqsəd qoyur. Bu, iqtisadi sistemi bütövlükdə, həmin sistemi tənzimləyən iqtisadi qanunları tədqiq etməyi, cəmiyyətin iqtisadi “anatomiyasını öyrənməyi tələb edir. Kenenin iqtisadi cədvəlləri belə yanaşmanın zirvəsidir. İnsanın iqtisadi fəaliyyətinin məqsədi mənfəət götürməyə can atmaq, iqtisadi nəzəriyyənin məqsədi isə insanın davranışını deyil, ictimai məhsulun istehsalını, bölgüsünü tənzimləyən qanınları, bunun necə baş verməsini öyrənməkdir (D.Rikardo). Belə yanaşma cəmiyyəti bərabərhüquqlu subyektlərin məcmusu kimi təsəvvür edən subyektivçilərdən fərqli olaraq cəmiyyəti siniflərə bölündüyünü etiraf etməyə imkan verirdi. Belə yanaşmada əsas diqqət dəyərə, qiymətə, iqtisadi qanunlara verilirdi.
Dialektik-materialist yanaşma elmi problemlərin empirik pozitivizm (təcrübə) əsasında deyil, hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrini səciyyələndirən obyektiv təhlil əsasında yeganə düzgün həlli hesab olunurdu. İqtisadi problemlər və hadisələr daima yaranır, inkişaf edir və məhv olurlar, yəni daim hərəkətdədirlər, dialektika da bundadır.
Metodologiyanı elmdə tədqiqatın alətləri, üsulları məcmusu və onların iqtisadi kateqoriyalar və qanunlarda əksi olan metodlarla qarışdırmaq olmaz.
İqtisadi nəzəriyyə elmi dərketmə metodlarından geniş istifadə edir. Təsərrüfatçılıq hadisələrinin öyrənilməsində belə metodlardan biri elmi abstraksiya (latınca “abstractio” - uzaqlaşma, yayınma) metodudur. Tədqiqatçı hadisələrin ikinci dərəcəli tərəflərini diqqətdən kənarda qoyur ki, onlarda əsas olan və daim təkrarlanan məqamları müəyyənləşdirsin. Ümumiyyətlə istehsal, tələbat, bölgü, mübadilə və s. kimi ümumi anlayışlar belə yaranır.
Elmi abstraksiya metodu ən mühüm olsa da, iqtisadi nəzəriyyədə istifadə olunan yeganə elmi dərketmə metodu deyil. Burada təhlil və sintezdən, induksiya və deduksiyadan, tarixi və məntiqi metodlardan, iqtisadi-riyazi modelləşdirmədən, iqtisadi təcrübədən və s. fəal istifadə olunur.
Təhlil öyrənilən hadisənin xəyalən tərkib hissələrinə bölünüb həmin hissələrin hər birinin ayrı-ayrılıqda tədqiq edilməsidir; sintez yolu ilə iqtisadi nəzəriyyə vahid bitkin mənzərəni əks etdirir. İnduksiya və deduksiya da geniş yayılıb. İnduksiya (yönəltmə, tuşlama) vasitəsilə tək-tək amillərin öyrənilməsindən ümumi müddəalara və nəticələrə keçid təmin edilir. Deduksiya (çıxartma) ümumi nəticələrdən nisbətən tək hallara keçidi mümkün edir. Təhlil və sintez, induksiya və deduksiya iqtisadi nəzəriyyədə vəhdətdə tətbiq olunurlar. İqtisadi hadisələrin tədqiqində tarixi və məntiqi metodların mühüm yeri vardır. Onlar ziddiyyətə girmir, vəhdətdə tətbiq olunur, çünki tarixitədqiqatın çıxış nöqtəsi bütövlükdə məntiqi tədqiqatın çıxış nöqtəsi ilə üst-üstə düşür. Amma iqtisadi hadisə və proseslərin məntiqi (nəzəri) təhlili tarixi prosesin güzgüdə olduğu kimi tam əksi deyil. Bu və ya digər ölkənin konkret şəraitlərində hökmran təsərrüfatçılıq sistemi üçün vacib olmayan iqtisadi hadisələr meydana gələ bilər. Onlar faktiki (tarixi) olaraq mövcud olsalar da, nəzəri təhlil zamanı onları nəzərə almamaq da olar. Biz onlardan ayrıla, uzaqlaşa bilirik. Tarixçi isə bu kimi hadisələri diqqətdən kənarda qoya bilməz. O, onları təsvir etməlidir. Tarixi metoddan istifadə edən iqtisadi nəzəriyyə təsərrüfatçılıq prosesləri və hadisələri onların həyatın özündə yaranıb inkişaf etdiyi, bir-birini əvəzlədiyi ardıcıllıqla tədqiq edir. Belə yanaşma müxtəlif iqtisadi sistemlərin xüsusiyyətlərini konkret və bariz göstərməyə imkan verir. Lakin onun bir qüsuru var: təsviri materialın və ayrı-ayrı tarixi təfərrüatların çoxluğu təsərrüfatın ciddi nəzəri öyrənilməsini çətinləşdirə bilir.İqtisadi model — iqtisadi hadisə və proseslərin tədqiqatın obyektiv xüsusiyyətləri və subyektiv məqsədli xarakteri ilə şərtlənən quruluşunun formal təsviridir.
Modellərin qurulması ilə bağlı iqtisadi nəzəriyyədə funksional təhlilin rolu xüsusi qeyd olunmalıdır.
Funksiyalar - başqa dəyişən kəmiyyətlərdən asılı olan dəyişən kəmiyyətlərdir.
Funksiyalara gündəlik həyatımızda rast olunur və biz bunu çox vaxt dərk etmirik. Onlar texnikada, fizikada, həndəsədə, kimyada, iqtisadiyyatda və s. rast gəlinir, iqtisadiyyatda buna misal olaraq qiymət və tələb arasındakı funksional əlaqəni göstərmək olar. Tələb qiymətdən asılıdır. Əmtəənin qiyməti yüksələrsə, başqa göstəricilər eyni qalmaqla ona olan tələb aşağı düşür. Bu zaman qiymət sərbəst dəyişən və ya arqument, tələb isə asılı dəyişən və ya funksiya olur. Beləliklə, qısaca demək olar ki, tələb qiymətin funksiyasıdır. Lakin tələblə qiymətin yeri dəyişə bilir. Tələb nə qədər yüksək olsa, qiymət başqa göstəricilər eyni qalmaqla yüksək olar. Deməli, qiymət tələbin funksiyası ola bilər.
İqtisadi-riyazi modelləşdirmə iqtisadi nəzəriyyənin modeli kimi XX əsrdə geniş yayılmışdı. Lakin iqtisadi modellərin qurulmasmdakı subyektivlik elementləri hərdən səhvlərlə nəticələnir. Nobel mükafatı laureatı M.Alle 1989-cu ildə yazırdı ki, iqtisadi elm qırx il ərzində səhv - riyazi formaliz- min üstünlük təşkil etdiyi tamamilə süni və hə-yatdan təcrid olunmuş istiqamətdə inkişaf edib, bu isə əslində geriyə böyük addımdır.
Xarici ölkələrdə tədrisə aid olan iqtisadi ədəbiyyatlarda « nəzəriyyə*, « model*, « prinsiplər* və <*qanunlar* məfhumları çox vaxt sinonim kimi istifadə olunur (K.Makkonelli və
S.Bryu).
İqtisadi nəzəriyyə modellərinin, prinsiplərinin çoxunu qrafiklər və riyazi tənliklər şəklində ifadə etmək mümkündür, buna görə də iqtisadi nəzəriyyəni öyrənəndə riyaziyyatı bilmək, qrafik qurmağı və oxumağı bacarmaq lazımdır.