İctimai rifahın funksiyası
Kompensasiya meyarından resursların bölgüsü və təkrar bölgüsünün qiymətləndirilməsi üçün istifadə bir sıra problemlər doğurur. Məsələn, qazancın miqdarını və fərdlərin itkilərini, o cümlədən potensial kompensasiyanın həcmini necə qiymətləndirməli? Təhlilin sadələşdirilməsi üçün Abram Berqson sosial rifahın funksiyası ideyasını vermiş, sonradan Pol Samuelson həmin ideyanı işləyib genişləndirmişdi.
“İctimai” rifah konsepsiyasına yalnız cəmiyyətin sərəncamında olan resurs və nemətlərin miqdarı deyil, həm də konkret iqtisadi məhsulun bölgüsündə ədalətə aid olan etik normalar daxildir. Bundan başqa, etik normalar alternativ iqtisadi nəticələrin rəqəmlə ifadə olunmuş, təsrif atına daxil edilə bilərlər ki, bu təsrifatın özü də hər bir fərddə olan fay- dalılığın sıra qiymətləndirməsindən asılıdır.
Sosial və etik normalar məhz hər bir fərdin əldə etdiyi əmtəə dəstini əks etdirən faydalılıq indekslərinin kəmiyyətinə deyil, həmin dəstlərin özlərinə sanbal və qiymət verirlər. Belə mövqeyin bir sıra problemli cəhətlərini bir tərəfə qoyub asanlıqla görmək olar ki, həmin normalar bölgü etikasının rolunu yüksəldir.
İctimai rifah funksiyası fərdlərin üstünlükverimlərinə reaksiya verir ki, bu da müəyyən dərəcədə Pareto meyarı ilə uzlaşır. Eyni zamanda ona etik bölgü normaları da daxildir ki, bunlar da Pareto meyarının nəzərə almadığı nəticələrin təsnifatını aparmağa imkan verir.
Fərdi faydalılıq funksiyası və fərdi fərqsizlik əyrisinin təriflərinə bənzətməklə ictimai fərqsizlik əyrisinə tərif vermək olar. İctimai fərqsizlik əyrisi eyni səviyyədə rifahı təmin edən, başqa sözlə, onlara səbəb ictimai rifahın eyni əhəmiyyət daşıdığı müxtəlif fərdlər və ya onların qruplarının faydalılıq kombinasiyaları çoxluğudur. İctimai fərqsizlik əyriləri cəmiyyət qarşısında duran, nəticədə bir qrupun aldığı, digərinin itirdiyi alternativ seçim tiplərini nəzərdən keçirməyin rahat üsullarını təklif edirlər.
Şəkil 24.8. İctimai fərqsizlik əyriləri
Görünür, hər bir fərd üçün aynlıqda yaxşı olması cəmiyyət üçün daha yaxşıdır - bu Pareto prinsipinə müvafiqdir. Belə ki, şəkil 24.8-də W2 ilə qeyd olunmuş ictimai fərqsizlik əyrisi üzərində olan 1-ci və 2-ci qrup faydalılıq kombinasiyalarının hamısı daha yüksək ictimai rifah verir, nəinki W1 əyrisi üzərindəki bütün kombinasiyalar.
ictimai vəziyyət funksiyası Pareto prinsipindən fərqli olaraq istənilən resurs bölgüsünü dərəcələrə bölmək üçün zəmin yaradır, çünki Pareto prinsipi ilə biz yalnız bir vəziyyətin digərindən yaxşı olmasını müəyyənləşdirə bilirik, o da əgər vəziyyətlər heç olmasa dəyişilməz qalarsa və kimsə onları yaxşılaşdırarsa. Deyək ki, Z nöqtəsi fərd qrupları arasında nemətlərin ilkin bölgü nöqtəsidir. Şəkildən göründüyü kimi, yenidən bölgü hesabına Z* nöqtəsinə yerdəyişmə ictimai rifahı artırır, özü də bu maksimum mümkün rifah səviyyəsi olacaq, çünki W2 fərqsizlik əyrisi çatılması mümkün olan faydalılıq əyrisinə toxunandır.
İctimai rifah funksiyasının xarakteristikasından göründüyü kimi, o. fərdi üstünlükverimlərinin aqreqasiyasının nəticəsidir:
burada Ult Un - fərdlərin faydalılıq funksiyasıdır.
Bəs fərdi üstünlük verimlərin ümumiləşdirilməsi necə baş verir? İctimai rifah funksiyasının qarşısında duran məsələlərdən birinin cəmiyyətin ədalət haqqında təsəvvürlərini əks etdirmək olduğundan, buna cavabı yuxarıda nəzərdən keçirilmiş libertarizm, utilitarizm və eqalitarizm nəzəriyyələri cavab verə bilər.
Dərhal qeyd etmək lazımdır ki, libertaristlər fərdi fay- dalılıqların müqayisə edilməsinin qeyri-mümkün olmasından və deməli, ictimai rifah funksiyasının qurulmasının qeyri- mümkün olmasını söyləyirlər. Üstünlük fərdi azadlıqlara və xüsusi mülkiyyət hüququna verilir. Libertarizm nöqteyi-nəzərindən yalnız Pareto meyarına cavab verən dəyişikliklər yol veriləndir.
Utilitarizm üçün bütövlükdə ictimai faydalılıq funksiyasını fərdi faydalılıqlarm məcmusu hesab etmək səciyyəvidir. Əgər hər bir cəmiyyət üzvünün rifahı eyni dəyərə malikdir- sə, onda ictimai rifah funksiyasını bentamian adlandırır və belə yazırlar:
Y
n
ox, əgər cəmiyyətdə hər hansı bir qrupa və ya fərdlər qrupuna (məsələn, aztəminatlı fərdlərə) üstünlük verilirsə, funksiya belə yazılır:
Burada at üstünlük əmsalıdır.
Bu hər hansı sosial qrupa üstünlük verilməsi prinsipi At- kinson indeksinin hesablanmasında istifadə olunur. Məsələn, utilitaristlər e-nin O-la 8 arasındakı qiymətini seçərlər, amma əhalinin yoxsul təbəqələrinin faydalılığı nə qədər çox qiymətləndirilsə, onun qiyməti bir o qədər yüksək olar. Aydındır ki, libertaristlər üçün e = 0, roulsiançılar üçün isə e = 8. İctimai rifahın Bentamian funksiyası hesab edir ki, cəmiyyət bir fərdin faydalılığının bir hissəsini qurban verməyə hazırdır ki, digərinin faydalılığı bir o qədər artmış olsun. Buna görə ictimai fərqsizlik əyrisi şəkil 24.9, a-da göründüyü kimi, maillik bucağı-1-ə bərabər olan tangensli düz xətdir.
Eqalitar yanaşma nöqteyi-nəzərindən cəmiyyətin rifahı - libertaristlərdə olduğu kimi, fərdlərin rifahının sadəcə ümumiləşdirilmiş adı deyil, hətta utilitaristlərdə olduğu kimi, fərdi faydalılıqların cəmi də deyil. Bu, cəmiyyətin özünün vahid bir orqanizm kimi ali maraqlarına cavab verir ki, burada fərdlər üzv funksiyalarını yerinə yetirirlər. Bu mövqedən bir qayda olaraq gəlirlərin böyük müxtəlifliyi ilə bir araya sığmayan birlik və həmrəylik daha yüksək qiymətləndirilir, nəinki fərdi uğurlar və fərdin dövlətdən müstəqilliyi. Beləliklə, libertaristlər kimi eqalitaristlər də ictimai rifah funksiyasının mövcudluğunu tanımırlar.
Eqalitarizm çərçivəsindəki yanaşmalardan birini - roul- sianlığı nəzərdən keçirsək, onda ictimai rifah funksiyasını belə əks etdirmək olar:
W(Ut UJ=min1pı\i = (l,n)
Dostları ilə paylaş: |