Meyarlar arasında seçim Meyarlar çox olarsa, onlardan hansına üstünlük verməli? Bəlkə bir qədər geri qayıdıb yeganə düzgün meyann mövcud- luğundanmı danışmalı? Və onun həqiqətən də əsl həqiqi meyar olmasını sübut etmək mümkündürmü? Bunlar iqtisadidən çox, fəlsəfi suallardır və bu dərslik çərçivəsində onlara cavab vermək mümkünsüzdür. Platondan başlayaraq bəzi filosoflar deyirdilər ki, təbii nizam mövcuddur ki, ona görə insanın cəmiyyətdə mövqeyi onun doğum vaxtındakı statusundan asılıdır. Lokk və ya həmmüasirimiz Nozik kimi başqaları isə bildirirlər ki, insanlar Öz zəhmətlərinin bəhrəsindən və xüsusi mülkiyyət hüququna görə onlara məxsus olan digər amil gəlirlərindən istifadə etməlidirlər. Russo və başqaları güman edirdilər ki, İnsanlar təbiətən bərabərdirlər və onlann sosial vəziyyətləri də buna əsaslanmalıdır. Kant və həmmüasirimiz Roulz kimi mütəfəkkirlər isə hesab edirdilər ki, cəmiyyətdə ədaləti müəyyənləşdirən müəyyən əxlaqi qətiyyət mövcuddur. Hansı meyarın üstün olması hələ müəyyənləşdirilməyib. Bu sualın cavabı yalnız ayrı-ayrı ölkələrin və bütövlükdə dünya birliyinin inkişafının gedişində tapıla bilər.
20.4. Ədalətlilik və səmərəlilik arasında seçim Kompensasiya meyarı
Ədalətlilik və səmərəlilik arasında münaqişəni təhlil etməzdən əwəl səmərəlilik dedikdə nəyin başa düşüldüyünü daha dəqiq ifadə etmək lazımdır. Ən geniş yayılmış qiymətləndirmə meyarı Pareto meyarıdır. Ona görə, bir fərdin vəziyyətini digərinin vəziyyətini pisləşdirmədən yaxşılaşdırmaq mümkün deyilsə, bölgü səmərəlidir.
Pareto meyarı fərdidir, o yalnız aynca fərdin rifahı ilə bağlıdır, başqa fərdlərin nisbi rifahı və bilavasitə bərabərsizliklə bağlı deyil. Məsələn, varlını daha da varlı edən, lakin kasıba dəyməyən dəyişiklik, Paretoya görə, yaxşılaşma olardı.
Könüllü mübadilə Pareto-yaxşılaşmaya aparır. Lakin dövlətin həyata keçirdiyi məcburi yenidən bölgü nəzərdən keçirilərsə, tək bircə Pareto meyarı kifayət etmir, çünki məcburi təkrar bölgü həmişə cəmiyyətin bəzi üzvləri üçün itkilərlə baş verir. Bu vəziyyət şəkil 24.7-də öz əksini tapmışdır.
Fərz edək ki, cəmiyyət iki fərddən (və ya iki qrup fərd- lərdən) ibarətdir və U!- birincinin, U2- ikincinin faydalılıq funksiyasıdır. Şəkil 24.7-də U'2 U'j xətti əlyetər faydalılıq- lar, yəni əldə oluna biləcək nemətlərin ilkin verilmiş miqdarında U2 və Ui faydalılıq funksiyalarının mümkün birləşmə əyrisidir. U"2 U"-, xətti əldə oluna biləcək nemətlərin miqdarının artması zamanı əlyetər faydalılıqlar əyrisidir. Üfüqi oxdakı U'! U"1 nöqtələri birinci fərdin, bütün nemətlər onun sərəncamında olduğu halda, ala biləcəyi maksimum faydalı- lığı göstərir. İkinci fərd üçün analoji U'2 U"2 nöqtələri şaquli ox üzərində yerləşir.
Deyək ki, əvvəlcə iqtisadiyyat Ax nöqtəsində olub, sonradan müəyyən dəyişikliklər, məsələn, əmək məhsuldarlığının artması nəticəsində fərdin əldə edə biləcəyi nemətlərin sayı elə artır ki, nail olunmuş faydalılıqlar əyrisi sağa doğru yerini dəyişir. Bu halda A nöqtəsi Paretoya görə səmərəliliyini itirir. Səmərəliliyə çatmaq U"2 U": əyrisinin üstünə gəlmək deməkdir. B və C nöqtələri arasındakı əyri parçası Pareto-sə- mərəli həllidir. Həqiqətən də, ya birinci fərdin (C nöqtəsi), ya ikinci fərdin (B nöqtəsi), ya da hər ikisinin eyni zamanda (D nöqtəsi) vəziyyətini yaxşılaşdırmaq mümkündür.
Şəkildən göründüyü kimi, Pareto meyarının tətbiqi yeni əlyetər faydalılıqlar əyrisinin kiçik bir sahəsi ilə məhdudlaşır. E nöqtəsinə yerdəyişmə Pareto-pisləşməni bildirəcək, halbuki əyrinin bütövlükdə U'2 U'j vəziyyətindən U"2 U'! vəziyyətinə yerdəyişməsi cəmiyyətin rifah halının yüksəlməsini göstərir. Göstərilən ziddiyyətdən qaçmaq üçün Nikolos
Şəkil 24.7. Əlyetər faydalılıqlar əyrisi
Kaldor tərəfindən kompensasiya meyan təklif olunmuşdur. Onun mahiyyəti aşağıdakılardan ibarətdir: iqtisadi səmərəliliyin artması yalnız və yalnız əlavə qazanc əldə etmiş fərdlərin yeni vəziyyətdə uduzanlara onların itkilərini kompensasiya etməyə qabil olduğu və bu zaman ilkin vəziyyətlə müqayisədə qazanc əldə etdiyi halda olur. Beləliklə, kompensasiya meyarına görə, A nöqtəsindən E nöqtəsinə yerdəyişməni səmərəli hesab etmək olar, əgər birinci fərdin rifahı ikincininkinə nisbətən daha çox artmışsa. Qeyd etmək lazımdır ki, bu meyar real kompensasiyanı nəzərdə tutmur (bu Pareto-yaxşılaşma olardı), yalnız bunun
həyata keçirilməsinin potensial imkanı vacibdir.
Pareto meyarı ilə əvəzetmə meyarını müqayisə edərək, göstərmək olar ki, Pareto meyarına görə, gəlir bölgüsü nöqteyi-nəzərindən invariantlı olub, resurs bölgüsünə görə isə fərqlənən tədbirlərin səmərəliliyi müqayisə olunur. Əvəzetmə meyarı tədbirlərin iqtisadi səmərəlilik dərəcəsinə görə bölünməsində tətbiq olunur, bunlar da eyni zamanda həm resursların, həm də gəlirlərin bölgüsünə gətirib çıxardır. Əvəzetmə prinsipi iqtisadi səmərəlilik və gəlirlərin bölgüsü problemlərini ayırmağa imkan verir.